qərq sözü azərbaycan dilində

qərq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qərq • 98.2912%
  • Qərq • 1.5602%
  • QƏRQ • 0.1486%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qərqabad
Qərqabad — İranın Mərkəzi ostanının Savə şəhristanının Nobar bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,394 nəfər və 1,229 ailədən ibarət idi.

qərq sözünün leksik mənası və izahı

  • 1 [ər.] Adətən “etmək”, “olmaq” köməkçi feilləri ilə birgə işlənir. □ Qərq etmək – 1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi; 2) boğmaq (suda). …Bir də gördüm dəryanın suyu qalxır yuxarı, az qalır məni qərq edə. C.Məmmədquluzadə; 3) məc. məhv etmək. Bu müsibət müharibə qızışdırıcılarını hökmən boğub qərq edəcəkdir. (Qəzetlərdən); 4) məc. bir şeyin çoxluğunu ifadə edir. [Çimnaz:] …Bəsdirin, qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı. [Kərim:] Bizə elə bir lampa lazımdır ki, günəş kimi parlasın, aləmi öz işığına qərq etsin. Ə.Sadıq; 5) batırmaq, bulamaq. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi. Çeynədilər, dişlədilər, diddilər; Bir-birini al-qana qərq etdilər. A.Səhhət. Qərq olmaq – 1) batmaq. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. Gəminin dalınca üzmək istədi, bacarmayıb suya qərq oldu. M.Hüseyn; 2) boğulmaq (suda). Batmış gəmidəki yolçuların hamısı qərq oldu. – Ciğato çayı minlərlə qərq olmuş insan meyitləri(ni) … axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi; 3) adətən tərkiblərdə işlənib bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirir. Gözümün yaşına qərq oldu tənim; Bu hal ilə işim müşküldür mənim. Q.Zakir. Sabir kimi qərq oldu gözüm yaşına cismim. M.Ə.Sabir. Keçmişdi keçən şəb gecədən bir neçə saət; Məhtab ilə olmuşdu cahan qərqilətafət. A.Səhhət. Sonra səs-səmir kəsildi, kənd böyük bir sükuta qərq oldu. Çəmənzəminli. Afaqın solğun üzü göz yaşları içərisində qərq oldu. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / qərq
  • 2 ə. 1) suda batma, suda boğulma; 2) bax qərqab (1-ci mənada).

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qərq

qərq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qərq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. погружение, потопление; qərq eləmək (etmək): 1. топить, утопить, потоплять, потопить, затоплять, затопить. Düşmənin hərbi gəmilərini qərq etmək топить вражеские военные корабли; qan dəryasına qərq etmək топить в крови 2. грубить; qərq olmaq: 1. тонуть, утонуть, утопать; 2. перен. погружаться, погрузиться во что. Fikrə qərq olmaq погрузиться в думы

    Azərbaycanca-rusca lüğət / qərq

qərq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. ~ etmək 1) to ruin (d.), to crush (d.); məhsulu ~ etmək to ruin the crops; ümidi ~ olmaq to crush one’s hopes, to frustrate one’s hopes; gəmini ~ etmək to sink* the ship; 2) to throw* about (d.), to scatter (d.), to scatter about (d.); to spill (d. over); ~ olmaq to ruin, to crush; (gəmi) to sink*, to go* down; to be* spilled (spilt) over / scattered about; ◊ fikrə ~ olmaq to be* lost / absorbed / buried / plunged in thought, to be* deep in thought

    Azərbaycanca-ingiliscə lüğət / qərq

qərq sözünün fransız dilinə tərcüməsi

qərq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.]: qərq etmək а) цин кӀаниз ракъурун, батмишрун (це); б) бамишун (це); в) пер. телеф авун, терг авун; г) пер. за затӀунин гзафвал манада; д) кьацӀурун, авун (мес. ивидлай); qərq olmaq а) цин кӀаниз фин, батмиш хьун; квахьун (цин къене); б) бамиш хьун (це); в) гафарин кӀватӀалда са затӀунин гзафвал, деринвал ва мс. манада.

    Azərbaycanca-ləzgicə lüğəti / qərq

"qərq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qərq nədir? #qərq sözünün mənası #qərq nə deməkdir? #qərq sözünün izahı #qərq sözünün yazılışı #qərq necə yazılır? #qərq sözünün düzgün yazılışı #qərq leksik mənası #qərq sözünün sinonimi #qərq sözünün yaxın mənalı sözlər #qərq sözünün əks mənası #qərq sözünün etimologiyası #qərq sözünün orfoqrafiyası #qərq rusca #qərq inglisça #qərq fransızca #qərq sözünün istifadəsi #sözlük