məcra sözü azərbaycan dilində

məcra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məcra • 95.5224%
  • Məcra • 2.9851%
  • MƏCRA • 1.4925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çay məcrası

məcra sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Suyun axdığı yataq, yol. İnqilab daşqın bir çay kimi məcrasından çıxıb bütün Rusiyanı ağzına almışdı. Çəmənzəminli. Yalnız gur çayların məcrası deyil; Təbiət dəyişir, iqlim dəyişir. O.Sarıvəlli. 2. məc. Bir şeyin, hadisənin və s.-nin inkişafının gedişi, istiqaməti, yolu. Şairin həyat və fəaliyyəti də bu böyük hissin açdığı məcra ilə irəliyə doğru istiqamət almışdı… Ə.Məmmədxanlı. [Əlikram] …söhbətin məcrasını özgə səmtə salmağa səy elədi… B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / məcra
  • 2 ə. 1) su yatağı, çay yatağı; 2) gedişat, proses.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məcra

məcra sözünün etimologiyası

  • 1 Ərəb sözüdür. Ehtimal ki, “proses” mənasına uyğun gələn cərəyan, eləcə də “baş verən əhvalat” mənasını əks etdirən macəra sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / məcra

məcra sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MƏCRA (suyun axdığı yataq) Sığışmayır bu məcraya; Mənim oynaq ləpələrim (M.Rahim); YATAQ Dağlar nərilti ilə sahilə cumurdular, sanki Xəzər yatağından çıxacaqdı (H.Abbaszade).

    Azərbaycan dilinin sinonimlər lüğəti / məcra

məcra sözünün rus dilinə tərcüməsi

  • 1 русло реки

    Azərbaycanca-rusca lüğət / məcra
  • 2 I сущ. русло: 1. углубление в почве, по которому течёт водный поток (река, ручей). Çay öz məcrasını dəyişir река меняет своё русло 2. перен. направление, путь, по которому идёт движение, развитие чего-л. Həyat öz adi məcrasına düşdü жизнь вошла в свое обычное русло, elmi fikir yeni məcraya yönəldi научная мысль пошла по новому руслу, danışıqlar ərazi iddialarının tənzimlənməsi məcrasında gedir переговоры идут в русле урегулирования территориальных претензиий II прил. русловой. Məcra su anbarı русловое водохранилище ◊ çay öz məcrasından çıxdı река вышла из своих берегов

    Azərbaycanca-rusca lüğət / məcra

məcra sözünün inglis dilinə tərcüməsi

məcra sözünün fransız dilinə tərcüməsi

  • 1 is. lit m ; məc. cours m ; ~sından çıxmaq déborder vi ; çayın ~sını dəyişmək détourner une rivière de son lit ; öz ~sına düşmək reprendre son cours habituel

    Azərbaycanca-fransızca lüğət / məcra

məcra sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. яд авахьзавай, физвай рехъ (вацӀун, хвалан), вацӀун кьер, вацӀун къен (кьве къерехдин арада авай яд физвай чка); 2. пер. пад, тереф, рехъ.

    Azərbaycanca-ləzgicə lüğəti / məcra

"məcra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məcra nədir? #məcra sözünün mənası #məcra nə deməkdir? #məcra sözünün izahı #məcra sözünün yazılışı #məcra necə yazılır? #məcra sözünün düzgün yazılışı #məcra leksik mənası #məcra sözünün sinonimi #məcra sözünün yaxın mənalı sözlər #məcra sözünün əks mənası #məcra sözünün etimologiyası #məcra sözünün orfoqrafiyası #məcra rusca #məcra inglisça #məcra fransızca #məcra sözünün istifadəsi #sözlük