* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Öz adət və ənənələrini saxlamaqda ifratçılıq göstərən. …Qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər. C.Məmmədquluzadə. // məc. Bir şeyə dərin sədaqət bəsləyib onu ehtirasla müdafiə edən adam. Səhnədə Elxanla Aqşin qarşı-qarşıya durub öz məslək və dininin üstünlüyünü ən mütəəssib bir şəxs kimi müdafiə edirdi. M.Arif. 2. Qatı dindar olub, kor-koranə yeniliyə, mədəniyyətə, tərəqqiyə düşmən olan. Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / mütəəssib2 ə. 1) təəssüb çəkən; təəssübkeş; 2) hər hansı işə və ya əqidəyə ifrat dərəcədə tərəfdar olan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mütəəssib1 I прил. устар. 1. пристрастный (основанный на предубеждении) 2. фанатичный (слепо преданный какому-л: делу, необычайно приверженный какой-л. идее) II сущ. изувер: 1. человек, доходящий до крайней жестокости на почве нетерпимости и фанатизма; изверг 2. гонитель просвещения
Azərbaycanca-rusca lüğət / mütəəssib