* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Təəssüf edən, təəssüflənən, kədərlənən, özünə dərd edən, heyifsilənən. Əsmərin uşağı olmayırdı, Məmmədbağır bundan mütəəssif də deyildi. S.Hüseyn. □ Mütəəssif olmaq – təəssüflənmək, təəssüf etmək, kədərlənmək, heyifsilənmək. Biz onu divanə hesab edib qüvveyi-əqliyyəsində vaqe olan xələl cəhətindən onun halətinə mütəəssif olacağıq. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / mütəəssif2 ə. təəssüf edən; təəssüflənən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mütəəssif