müttəsil sözü azərbaycan dilində

müttəsil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müttəsil • 90.9091%
  • Müttəsil • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

müttəsil sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. sif. Arasıkəsilməyən, biri-birinin dalınca davam edən; bitişik, bağlanmış. 2. zərf Arası kəsilmədən, ara vermədən davam edən. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ə.Haqverdiyev. Nəriman babasının müttəsil yağdırdığı və bir-birindən vacib sualların bilmirdi hansına cavab versin. Mir Cəlal. 3. zərf Həmişə, hər vaxt, daim, ara-bərəsiz. Ey Füzuli, müttəsil dövran müxalifdir mana. Füzuli. [Taybuynuz öküz] … müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. F.Köçərli.

    Azərbaycan dilinin izahlı lüğəti / müttəsil

müttəsil sözünün sinonimləri (yaxın mənalı sözlər)

müttəsil sözünün rus dilinə tərcüməsi

  • 1 непрерывно, беспрерывно, непрестанно, постоянно, все время

    Azərbaycanca-rusca lüğət / müttəsil
  • 2 устар. I прил. постоянный, беспрерывный, непрерывный, беспрестанный II нареч. 1. постоянно, беспрерывно, беспрестанно 2. всегда, всё время, вечно

    Azərbaycanca-rusca lüğət / müttəsil

müttəsil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. прил. ара тагур, ара датӀур, сад-садан гуьгъуьналлаз давам жедай; сад-садахъ ккӀанвай, галкӀанвай, сад-садал кутӀун хьайи; 2. нареч. ара тагана, ара датӀана, галаз-галаз, датӀана (мес. марф кьун); 3. нареч. гьамиша, гьар вахтунда, даим, вахт-чӀав авачиз.

    Azərbaycanca-ləzgicə lüğəti / müttəsil

müttəsil sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bitişik, yapışıq; 2) ardıcıl davam edən; fasiləsiz; 3) daimi, həmişəlik.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müttəsil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müttəsil nədir? #müttəsil sözünün mənası #müttəsil nə deməkdir? #müttəsil sözünün izahı #müttəsil sözünün yazılışı #müttəsil necə yazılır? #müttəsil sözünün düzgün yazılışı #müttəsil leksik mənası #müttəsil sözünün sinonimi #müttəsil sözünün yaxın mənalı sözlər #müttəsil sözünün əks mənası #müttəsil sözünün etimologiyası #müttəsil sözünün orfoqrafiyası #müttəsil rusca #müttəsil inglisça #müttəsil fransızca #müttəsil sözünün istifadəsi #sözlük