* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••• | 3.43 |
2003 | •••••••••••••• | 5.12 |
2004 | •••••••••••••••• | 5.73 |
2005 | •••••••••••••••••••• | 7.42 |
2006 | ••••••••••• | 4.05 |
2007 | •••••••• | 2.96 |
2008 | ••••••• | 2.44 |
2009 | •••••••••• | 3.36 |
2010 | •••••••••••••••••••• | 7.17 |
2011 | •••••••••••••••• | 5.58 |
2012 | •••••••••• | 3.44 |
2013 | ••••••••••••• | 4.67 |
2014 | ••••••• | 2.40 |
2015 | •••••••••• | 3.40 |
2016 | •••••••• | 2.95 |
2017 | •••••••• | 2.60 |
2018 | ••••••••• | 3.30 |
2019 | •••••••••••• | 4.45 |
2020 | •••••••••••••••••••• | 7.43 |
1 is. [ər.] 1. Arzu, istək, dilək, istənilən şey, məqsəd. Çox gözəl, çox yaxşıdır, lap Bakı məktəbidir; Məktəb bizim kolxozun çoxdankı mətləbidir. R.Rza. □ Mətləbə yetmək (nail olmaq, çatmaq), mətləbi hasil olmaq – istəyinə nail olmaq, arzusuna çatmaq. Oldu, sədşükr, mətləbim hasil. S.Ə.Şirvani. Mətləb hasil olmamaq – xeyri olmamaq, heç bir şey çıxmamaq. Kənarda bir neçə gəzib dolanan görsənirdi, amma bunların heç birindən mənə bir mətləb hasil olmadı. C.Məmmədquluzadə. 2. Məsələ, məsələnin, işin mahiyyəti, əsil mənası, məğzi. Naəhl olana mətləbi qandırmaq olurmu? M.Ə.Sabir. …Arifsən, gərək bir qıldan mətləbi başa düşəsən. C.Məmmədquluzadə. [Əsgər:] Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, axırı nə olsun. Ü.Hacıbəyov. [Dərviş:] Ruqiyyə mətləbi anladı, ətrafa baxdı… A.Divanbəyoğlu. 3. Məsələ, iş. [Nurcahan:] Mən Səfiqulunun xalasıyam, səninlə bir mətləb üstə danışmaq istəyirəm. N.Vəzirov. Bu sorğu-sualsız da onun üçün mətləb aydın idi. S.Rəhimov. Məsmə başını aşağı salıb çətin bir mətləb qarşısında özünü itirmiş kimi dururdu. Mir Cəlal. □ Mətləb üstə gəlmək (keçmək, qayıtmaq) – əsas məsələdən danışmaq, əsas məsələyə keçmək, əsas məqsədini demək. Burada bir balaca haşiyə çıxıb da mətləb üstə qayıdarıq. Ə.Haqverdiyev. [Dədə Qorqud] Qoçər ilə ozan dililə danışdı, mətləb üstə gəldi. M.Rzaquluzadə. Fərman yavaş-yavaş mətləb üstə keçdi. Mir Cəlal. Mətləbə dəxli yoxdur – əsas məsələyə aid deyil, işə dəxli yoxdur.
Azərbaycan dilinin izahlı lüğəti / mətləb1 Ərəbcə tələbə, tələb sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mətləb1 1. суть, сущность, существо дела, вопроса; 2. требование, запрос, желание; 3. намерение, цель, умысел, замысел; 4. содержание, сюжет;
Azərbaycanca-rusca lüğət / mətləb2 сущ. 1. цель: 1) то, к чему стремятся, чего хотят достигнуть. Mətləbə yetmək достигнуть цели, əsas mətləb основная цель 2) заранее намеченная задача, замысел 2. намерение (желание совершить что-л.). Mətləbiniz nədir? Какие у вас намерения? Mətləbininizi başa düşürəm я понимаю вашего намерения 3. существо, суть, сущность. İşin mətləbi существо дела, mətləbə uyğun danışmaq говорить по существу, mətləbə keç переходи к существу, mətləbi anlamaq понять суть 4. дело, вопрос (обстоятельство, касающееся чего-л., зависящее от чего-л.). Mətləb aydındır вопрос ясен, mətləb üstə keçmək переходить к вопросу, mətləbdən uzaqlaşmaq уходить от вопроса ◊ mətləbə yaxın ближе к делу, mətləbə dəxli yoxdur к делу не относится, mətləb bundadır ki, … вопрос (дело) в том, что …, burda bir mətləb var здесь одна цель
Azərbaycanca-rusca lüğət / mətləb1 i. 1. essense, main point; 2. aspirations, wants, desires; 3. intention, purpose, aim, işin ~i the essense of the matter; ~ etibarilə as a matter of fact; practically speaking; ~ə yetmək / nail olmaq / çatmaq to achieve / to gain / to attain one’s object / end, to secure one’s object
Azərbaycanca-ingiliscə lüğət / mətləb1 is. but m ; objectif m ; fins f pl ; dessein m ; intention f ; essence f ; essentiel m ; fait m ; birbaşa ~ə keçmək aller vi (ê) droit au fait ; ~ bundadır ki,. . . le fait est que. . . ; ~ə uyğun danışmaq en (s’) tenir au sujet ; ~ə yetmək atteindre un objectif
Azərbaycanca-fransızca lüğət / mətləb1 [ər.] сущ. метлеб (1. мурад, тӀалаб, кӀанзавай затӀ, макьсад; mətləbə yetmək (çatmaq, nail olmaq) метлебдихъ агакьун, мураддихъ агакьун, метлеб кьилиз акъатун; mətləb hasil olmamaq метлеб кьилиз акъат тавун, хийир тахьун, са затӀни арадал татун; 2. месэла, месэладин (кардин) асул мана; 3. месэла, кар, кӀвалах; mətləb üstə gəlmək (keçmək, qayıtmaq) метлебдал атун (фин, хтун), асас месэладикай рахун, асул макьсад лугьун; mətləbə dəxli yoxdur метлебдиз талукьвал авач, асул месэладиз (кардиз) талукь туш.
Azərbaycanca-ləzgicə lüğəti / mətləbə. 1) məqsəd, tələb, istək; 2) məsələ, mövzu.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiarzu, istək, məqsəd, dilək; işin mahiyyəti, məsələnin məğzi.
Azərbaycan kişi adlarının izahlı lüğəti