* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••• | 137.05 |
2003 | ••••• | 175.58 |
2004 | •••••• | 225.37 |
2005 | ••••• | 210.53 |
2006 | •••••• | 257.90 |
2007 | •••••• | 228.34 |
2008 | •••• | 143.00 |
2009 | •••• | 144.95 |
2010 | •••• | 138.25 |
2011 | •••• | 134.78 |
2012 | ••• | 125.20 |
2013 | ••• | 99.49 |
2014 | ••• | 117.38 |
2015 | •••• | 158.38 |
2016 | •••• | 153.93 |
2017 | •••• | 150.72 |
2018 | •••• | 135.44 |
2019 | •••• | 166.77 |
2020 | •••• | 138.44 |
1 is. [ər.] Əldə edilməyə, nail olmağa çalışılan, qəsd olunan şey; məram, niyyət, arzu. Məqsədə nail olmaq. – Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. □ Məqsədə (…məqsədinə) düşmək – arzu etmək, …niyyətində olmaq. Əlifba qəbul etmək məqsədinə düşmüş millət latın sistemini qoyub heç vədə ərəb sisteminə raqib olmaz. F.Ağazadə. Məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq) – arzusuna nail olmaq, istədiyinə çatmaq, arzusu həyata keçmək. [Nigar:] Sərdar ölsə ələm yatar; Müxənnət məqsədə çatar. “Koroğlu”. Cuma məqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə daha çox qorxmağa başlayırdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / məqsəd1 Ərəbcə qəsd sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / məqsəd2 MƏQSƏD O sadə gənc uzaqlardan, Şərq elindən qonaq gəlmiş; Məqsədimiz bu torpaqdan qüvvət alıb dönmək imiş (S.Vurğun); AMAL ..ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz (M.İbrahimov); FİKİR [Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? (Ü.Hacıbəyov); İDEAL (ən yüksək məqsəd) Səhnə mənim məqsədim, idealım və qəlbimdir (S.Rəhman); QAYƏ Böyüdükdə də ana həmin fikirdən daşınmaz; yenə qayəsi övlad olar (Çəmənzəminli); QƏRƏZ (gizli məqsəd) Kərim: Yəni bunu deməkdə qərəzin nədir? (M.F.Axundzadə); QƏSD Zeynal: Qəsdim instituta girməkdir (B.Bayramov); MƏQSUD Məqsudum bir mövzu ayırıb yazmaq idi (S.S.Axundov); MƏRAM Molla Həmid: Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz mehz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var? (M.F.Axundzadə); MƏTLƏB Vahabzadə: Birdən elə bilərsiniz ki, sizə mühəndislik dərsi keçmək niyyətinə düşmüşəm, yox, mətləbim başqadır (S.Əlibəyov); MURAD Bu cür məktəbləri bina etməkdən dövlətin muradı bu idi ki, dəhat əhlinə savad öyrədib və bir para elmlər təlim edib, bir tövr gözünü açsın.. (C.Məmmədquluzadə); NİYYƏT Niyyətin hara, mənzilin də ora (Ata. sözü).
Azərbaycan dilinin sinonimlər lüğəti / məqsəd2 сущ. цель (то, к чему стремятся, чего хотят достигнуть). Məqsədimiz – demokratik dövlət qurmaqdır наша цель – построить демократическое государство, əsas məqsəd основная цель, nəcib məqsəd благородная цель, bu məqsədlə с этой целью, nə məqsədlə? с какой целью, tədqiqatın məqsədi цель исследования, danışıqların məqsədi цель переговоров, qarşısında məqsəd qoymaq поставить перед собой цель, son məqsəd конечная цель, məqsədin nədir? какая у тебя цель?, məqsəd güdmək преследовать цель, məqsədə nail olmaq добиться цели, məqsədə çatmaq (yetmək) достигнуть цели, məqsəd daşımaq преследовать цель, məqsədi olmaq иметь какую-л. цель
Azərbaycanca-rusca lüğət / məqsəd1 i. aim, goal, purpose; object; aydın ~ clean aim; ~ aydınlığı clearness of purpose; ~ə nail olmaq to achieve / to gain / to attain one’s object / end
Azərbaycanca-ingiliscə lüğət / məqsəd1 is. but m, objet m ; objectif m ; ~ güdmək poursuivre un but ; ~ə çatmaq atteindre le but ; ~ inə nail olmaq arriver vi (ê) à ses fins ; ~ daşımaq viser à. . . ; qarşısına ~ qoymaq fixer (se) un but ; ~i ilə dans le but de. .
Azərbaycanca-fransızca lüğət / məqsəd1 [ər.] сущ. макьсад; мурад, ният, метлеб; məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq) макьсаддив агакьун, мураддихъ агакьун, кӀанидав агакьун, ният кьилиз акъатун.
Azərbaycanca-ləzgicə lüğəti / məqsəd\. Həyata keçirmək məqsədilə qurulan və qovuşmaq istənilən məfhum, şey.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. məram, niyyət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətidilək, arzu, niyyət, məram; murad.
Azərbaycan kişi adlarının izahlı lüğəti