* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] : ağ olmaq, üzünə ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq. [Gülsənəm:] Atamı da, xanın üzünə ağ olduğuna görə üç gün bundan qabaq boğazından asdılar. Ə.Haqverdiyev. Tövbə… Ey mollanümalar, sizə ağ olmağıma; Çox təəssüf edirəm sizdən uzaq olmağıma. C.Cabbarlı. Böyüyə ağ olanın gözünə ağ düşər, – deyə Quliyev də atalar sözü ilə cavab verdi. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / ağ2 1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). Ağ saç. Ağ köpük. – Sona gülümsünüb, ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. N.Nərimanov. 2. sif. Təmiz, yazılmamış. Ağ kağız. Ağ dəftər. 3. is. Gözün buynuz təbəqəsində əmələ gələn ağımtıl ləkə (xəstəlik). Gözünə ağ gəlmək. 4. sif. və is. Gümüş, yaxud ağ metaldan kəsilmiş (pul). Ağ pul. – Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir. 5. sif. məc. tar. Sovet hökuməti əleyhinə mübarizə etmiş, əksinqilabçı, ağqvardiyaçı mənasında. Ağ qvardiya. Ağ zabit. Ağ qoşunlar. // İs. mənasında cəm şəklində: AĞLAR – ağqvardiyaçılar, əksinqilabçılar. 6. İs. mənasında cəm şəklində: AĞLAR – qaralardan fərqli olaraq, açıq rəngli damalar, ya şahmat fiqurları. 7. İs. mənasında cəm şəklində: AĞLAR – ağ irqə mənsub olanlar, avropalılar. 8. sif. məc. dan. İfrat, mübaliğəli, açıqdanaçığa mənasında. Ağ yalan. Ağ böhtan. – [Əhməd:] Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Ə.Haqverdiyev. Yalandır! Ağ yalan! Qara bir hiylədir. R.Rza. ◊ Ağ düşmək – ağ ləkələr düşmək, ağarmağa başlamaq, çallaşmağa başlamaq (saç, saqqal). Gündə yüz gəz düşə aşüftəlik əhval içinə; Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə. M.P.Vaqif. Ağ eləmək – həddini aşmaq, ifrata varmaq. [Zaman:] Lap bir belə ağ eləmək olmaz ki! Ə.Haqverdiyev. [Heybət:] Canım, bu Xəlil daha lap ağ elədi ki… Bəlkə acığından eləyir?… M.Hüseyn. Ağ gecə(lər) – şimalda işıq gecələr. [İlyas] qələmi barmaqları arasında bərk sıxaraq, sərin şimal axşamının, başlanmaqda olan ağ gecənin alatoran işığında yazırdı. Mir Cəlal. Ağ gün məc. – xoşbəxtlik, səadət. Ağ gün ağardar, qara gün qaraldar. (Ata. sözü). Xalın qaradı, zülf qara, gözlərin qara; Bir ağ gün görərmi olan mübtəla sana? S.Ə.Şirvani. Ağ gün ağlamaq – xoşbəxtlik axtarmaq, səadət arzulamaq. [Fərhad:] Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Ə.Haqverdiyev. Ata oğluna bir ağ gün ağlamaq istəyirdi. S.Rəhimov. Ağ günə çıxmaq – xoşbəxt olmaq, xoşbəxt həyat keçirmək, ehtiyacdan qurtarmaq. [Ağabəyim qızına:] Sən elə bilirsən, ərə gedən ağ günə çıxar?… Çəmənzəminli. Ağ kömür – su-elektrik stansiyalarında elektrik enerjisinə çevrilən çay sularının hərəkət qüvvəsi. Ağa ağ, qaraya qara demək – düzünü demək, həqiqəti olduğu kimi demək. [Rüstəm:] O kişi ağa ağ, qaraya qara deyən idi. S.Rəhimov. Ağı qaradan seçməmək – yaxşını yamandan ayıra bilməmək. Mehri-rüxsarını dil mahisəmadan seçməz; Etibarı yox onun ağı qaradan seçməz. S.Ə.Şirvani. Ağına-bozuna baxmamaq – yaxşı-yamanına baxmamaq, ayırd etməmək, heç bir şeyi nəzərə almamaq, heç bir şeylə hesablaşmamaq; necə gəldi, ucdantutma. Budu xahişləri kim, baxmayıb ağı-bozuna; Eyləyim həcv tamam bəyü gədavü xani. Q.Zakir. Bu səbəbdən [Bülənd] dərhal ağına-bozuna baxmayaraq, … nimdər üstündə oturub yastığa söykəndi. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / ağ3 is. 1. Ağ rəngli bez və s. parça. Köynəklik ağ. Mələfəlik ağ. Ağdan tikilmiş köynək. Bir top ağ. – Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Mir Cəlal. 2. dan. Kəfən.
Azərbaycan dilinin izahlı lüğəti / ağ4 is. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı. Aşıq Fətəli.
Azərbaycan dilinin izahlı lüğəti / ağ5 sif. □ Ağ yaxalıqlılar [ing. white-collar worker dan. "fiziki əməklə məşğul olmayan işçi"] 1. iqt. Əqli əməklə məşğul olanlar, yüksək texnologiyalı iş prosesində çalışanlar. 2. met. □ Ağ yel – quru və isti külək.
Yeni sözlər və yeni mənalar lüğəti / ağ1 Rəng bildirən bu sözün başqa dillərdəki qarşılığı “parıltı” (блеск) mənasını əks etdirir. Məsələn, rus dilindəki белый kəlməsi tarixi baxımdan qədim hind dilinə mənsubdur və hindlərdə parıltı anlamında işlədilib, ruslarda da həmin mənanı qoruyub saxlayır. Mənbələrdə ağ sözünün “işıq”, “od” mənaları qeydə alınıb. “İzahlı lüğət”də S.M.Qənizadədən belə bir cümlə verilib: “Gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər zəhmətdən fövqdür”. Zənn edirəm ki, buradakı al gün birləşməsi elə “parıldayan gün” deməkdir. Əgər belədirsə, onda ağ sözü tarixən al formasında olub və “блеск” anlamını əks etdirib. Dilimizdə şalvarın ağı birləşməsi də işlədilir (şalvarın ağı sökülüb... deyirlər). Qədim mənbələrdə ağ sözünün bir mənası da “qıçın yanbuz tərəfindəki hissəsi” anlamını eks etdirib. Burada da ağ kəlməsi “yuxarı”, “hündür” mənasında işlədilib. Rusca “подъем” mənasını verən ağım sözümüz olub. Ağ ad - feil omonimi olub. Bu sözün bir mənası “yan tərəfə əyilmək” demək olub. Güman ki, əyilmək feili də bunun dəyişmiş formasıdır. Ağsamaq sözü də buradandır.
Azərbaycan dilinin etimologiya lüğəti / ağ4 1. AĞ (rəng) Ağ köpək, qara köpək, ikisi de köpəkdir (Ata. sözü); BƏYAZ/BAYAZ (şair.) Buludlar, buludlar, bəyaz buludlar (M.Rahim); SÜDRƏNGİ Qayanın böyürlərini deyirdin bəs südrəngi sapla tikmişdilər (M.Aslar). 2. ağ bax kəfən 3. ağ bax döşəkağı 4. ağ bax çal
Azərbaycan dilinin sinonimlər lüğəti / ağ1 AĞ – QARA Ağ köynəyin boynuna; Qara ləkə düşərdi (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / ağ1 AĞ I is. Ağ rəngli bez və s. parça. Firəngiz ağı çıxarda-çıxarda ciddiləşdi (B.Bayramov). AĞ II is. Gözün buynuz təbəqəsində əmələ gələn ləkə (xəstəlik). Mən onun gözünə ağ sallam (C.Məmmədquluzadə). AĞ III is. köhn. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı (Aşıq Fətəli). AĞ IV is. məh. Tuman və ya şalvarın orta hissəsi. AĞ V sif. Yaxşı. Ağ gün ağardar, qara gün qaraldar (Ata. sözü). AĞ VI sif. Rəng. Qar, süd, tabaşir rəngli. Ağ ipəkdən donlar geyir çılpaq ağaclar (O.Sarıvəlli). AĞ VII sif. [ ər. ] Sözə qulaq asmayan, itaət etməyən. Ağanın üzünə adam hər zaman bir bürüncək üçün heç ağ olarmı? (O.Sarıvəlli). AĞ VIII sif. Tamamilə. Bu lap ağ yalandır, – dedi. – Doğrudur, Gülyanaqovla mən bir küçədə anadan olmuşuq (Anar).
Azərbaycan dilinin omonimlər lüğəti / ağ2 1 I прил. белый 1. белого цвета. Ağ bulud белое облако, ağ qaz белый гусь, ağ ayı белый медведь, ağ kif белая плесень, ağ qovaq белый тополь, ağ durna белый журавль, ağ söyüd белая ива, ağ kauçuk белый каучук, ağ şanı белый шаны (сорт белого винограда), ağ qızıl белое золото (хлопок), ağ olimpiada белая олимпиада (зимняя олимпиада) 2. светлый. Ağ çaxır белое вино, ağ gilabı белая глина (употребляемая для стирки), ağ çörək белый хлеб 3. чистый. Ağ səhifə белая страница, ağ vərəq белый лист 4. светлокожий. Ağ irq белая раса II сущ. 1. бязь, полотно 2. во множ. числе: ağlar белые: 1) шашки или шахматные фигуры светлого цвета в отличие от чёрных 2) представители белой расы; ağ boya белила, ağ balıq севрюга, ağ titə бельмо, ağ neft керосин, ağ pıtraq лопушник, ağ suzanbağı водяная лилия, ağ dovşan заяц беляк, ağ turp редька, ağ şam пихта, yumurtanın ağı белок, ağ yel суховей ◊ ağ gün ağlamaq kimə делать, сделать что-л. для благополучия кого-л.; ağ günə çıxmaq дожить до счастливых дней; ağa qara demək белое называть чёрным, говорить неправду; ağ gün görməmək не видеть счастья, ağı qaradan seçə bilməmək не разбираться в плохом и хорошем; saçına ağ düşmək седеть, поседеть 2 в сочетании со вспом. глаг. olmaq. Ağ olmaq kimə возражать, не подчиняться кому ◊ üzünə ağ olmaq kimin не соблюдать приличия в отношениях со старшими, дерзить; ağ eləmək переборщить, переходить, перейти границы в отношениях с кем-л. 3 сущ. клин между штанинами брюк (кальсон) 4 истор. I прил. белый (контрреволюционный). Ağ qvardiya белая гвардия II в знач. сущ. во мн. ч.: ağlar белые
Azərbaycanca-rusca lüğət / ağ1 I. i. white (stuff); ağ etmək to go* too far; ağına-bozuna baxmamaq to act freely, to do* what and how one wants II. s. white; ağ çörək white bread; ağ şərab white wine; ağ ət (quşda) white meat; ağ neft paraffin, amer. kerosene; ağ tut white mulberry; ağ turp turnip; ağ ayı Polarbear; ağ yalan down-right / barefaced lie; ağ yalan danışmaq to tell* a barefaced lie, to lie in one’s throat
Azərbaycanca-ingiliscə lüğət / ağ1 sif. blanc, blanche adj ~ bayraq drapeau m blanc ; ~ dəmir le fer- blanc ; ~ Ev (ABŞ-da) Maison f Blanche ; ~ rəng (~ boya) blanc m ◊ ~ eləmək (etmək) passer toute mesure ; forcer la note ; outrer vt ; bu lap ~ oldu c’est trop fort ; onlar əllərini ağdan qaraya vurmurlar ils ne foutent rien (kobud)
Azərbaycanca-fransızca lüğət / ağ2 1. прил. лацу; ağ köynək лацу перем; 2. сущ. вилин цуьк; gözünə ağ gəlmək вилиз цуьк атун; ** ağ düşmək лацувал акатун, лацу хьун, рехи хьун, лацу (рехи) жез авалун (чуру, чӀарар); ağ eləmək пер. сулуф авун, кьацӀалай алатун, шитвал авун; ağ yalan лацу тапарар (эквеба авунвай тапарар); ağ gecə(lər) лацу йиф(ер), кефер пата экуь (экв алай) йифер; ağ gün пер. лацу югъ, экуь югъ, хушбахтвал; ağ günə çıxmaq лацу (экуь) къаз акъатун, хушбахт хьун.
Azərbaycanca-ləzgicə lüğəti / ağ3 сущ. 1. агъ (лацу ранг алай без, парча); 2. агъдин; ağ köynək агъдин перем; 3. рах. агъ, кафан.
Azərbaycanca-ləzgicə lüğəti / ağI (Xaçmaz, Salyan, Şəmkir) alt tumanın və ya şalvarın ortası. – Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) II (İmişli) var-dövlət, varidat. – Adamın ağın, qızılın alıllardı əlinnən III (Qax) yeməli bitki adı. – Uşaxlar yezliyə ağ getimağa gediplər IV (Salyan) süfrə. – Qızım, ussulun üssünə ağ sal Ağ əkin (Salyan) – arpa, buğda əkini. – Beşdəlidə ağ əkin çox əkilir. Ağ salmax (Kəlbəcər) – inandırmaq. – Mən ağ saldım, o inanmadı. Ağ yel (Şamaxı) – xəstəlik adı
Azərbaycan dilinin dialektoloji lüğəti.