ağbirçək sözü azərbaycan dilində

ağbirçək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağbirçək • 87.0629%
  • Ağbirçək • 11.8881%
  • AĞBİRÇƏK • 1.0490%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.95 dəfə / 1 mln.
2003 •••••••••• 1.57
2004 •••••• 1.01
2006 •••••••••••• 2.03
2007 •••••••• 1.27
2008 ••••••••••••••• 2.44
2009 •••• 0.64
2010 •••• 0.64
2011 ••••••• 1.20
2012 0.09
2013 ••••• 0.73
2014 ••••••••• 1.54
2016 ••• 0.35
2018 0.15
2019 ••••• 0.83
2020 •••••••••••••••••••• 3.45

ağbirçək sözünün leksik mənası və izahı

  • 1 1. sif. Saçı ağarmış yaşlı, qoca, hörmətli (qadın haqqında). [Fatma xanım:] Məni bu ağbirçək vaxtımda oğru eyləyir. N.Vəzirov. Bir az sonra Vaqifin evində olan ağbirçək qadın … çıxdı. Çəmənzəminli. Gözündə kainat başqadır bütün; Gənclikdən zövq alır ağbirçək qarı. S.Vurğun. 2. is. məc. Dünyagörmüş, təcrübəli qadın, yaşlı qadın. Tükəzbanın bu cür hərəkətlərinə görə kəndin ağsaqqalları onun ərini və atasını çox töhmət edirdilər və ağbirçəklər də onu öz aralarına qoymazdılar. B.Talıblı. [Şərəbanı:] Sabahları, deməli ki, əl qaldırıb içimizdən bir ağbirçəyi seçib iş başına qoysaq, qoyarıq. Mir Cəlal. // Evin, ailənin ən yaşlı və hörmətli qadını. Ancaq Məryəmin ata-anası oğlan tərəfindən, bir ağsaqqalın və ya bir ağbirçəyin iştirak etməsini tələb edirlərdi. B.Talıblı. Evin ağbirçəyi Nubar … tündməzac, dargöz və deyingən bir qarı idi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / ağbirçək

ağbirçək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. AĞBİRÇƏK(Lİ) (yaşlı qadın haqqında) [Fatma:] Elə eləmə ki, bu ağbirçək vaxtımda küçələrə düşüm, ona-buna əl açıb, dilənim (H.Abbaszadə); QOCA O Fatma ..düşünürdü ki, Bakıda, Ali Məhkəmədən hakimin qoca anaya ürəyi yanacaq (H.Abbaszadə). 2. AĞBİRÇƏK, AĞCANƏNƏ (dan.) (evin, ailənin ən yaşlı və hörmətli qadını) Evin ağbirçəyi Nubar.. tündməcaz, dargöz və deyingən bir qarı idi (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ağbirçək

ağbirçək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AĞBİRÇƏK I is. Ailənin böyüyü, başçısı. Bizə ağlı həmişə sən öyrədirsən, ağbirçəyimizsən (B.Bayramov). AĞBİRÇƏK II sif. Saçı ağarmış yaşlı, qoca (qadın). Gənclikdən zövq alır ağbirçək qarı (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / ağbirçək

ağbirçək sözünün rus dilinə tərcüməsi

  • 1 1. седовласая старуха, пожилая женщина с седыми волосами; 2. перен. старшая хозяйка, почетная женщина;

    Azərbaycanca-rusca lüğət / ağbirçək
  • 2 I прил. 1. пожилая, седоволосая (только о женщине). Ağbirçək qadın седоволосая женщина 2. перен. почтенная, уважаемая II сущ. старуха

    Azərbaycanca-rusca lüğət / ağbirçək

ağbirçək sözünün inglis dilinə tərcüməsi

ağbirçək sözünün fransız dilinə tərcüməsi

ağbirçək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. чӀарар (мекер) лацу (рехи) хьанвай, яшлу, кьуьзуь, гьуьрметлу (дишегьли); кӀвалин (хзандин) виридалай яшлу, гьуьрметлу дишегьли; 2. сущ. пер. дуьнья акунвай, яшлу, тежриба авай дишегьли.

    Azərbaycanca-ləzgicə lüğəti / ağbirçək

"ağbirçək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağbirçək nədir? #ağbirçək sözünün mənası #ağbirçək nə deməkdir? #ağbirçək sözünün izahı #ağbirçək sözünün yazılışı #ağbirçək necə yazılır? #ağbirçək sözünün düzgün yazılışı #ağbirçək leksik mənası #ağbirçək sözünün sinonimi #ağbirçək sözünün yaxın mənalı sözlər #ağbirçək sözünün əks mənası #ağbirçək sözünün etimologiyası #ağbirçək sözünün orfoqrafiyası #ağbirçək rusca #ağbirçək inglisça #ağbirçək fransızca #ağbirçək sözünün istifadəsi #sözlük