* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda). Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif. 2. Ümumiyyətlə saç. [Səfər] birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev. Xan … Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Çəmənzəminli. Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun. 3. Atın yalından ayrılıb, alnına tökülən tük dəstəsi. At birçəyi. ◊ Birçəyi ağ – qoca. Tezliklə Azad da qayıdar, … evləndirərsən, sən də birçəyinin ağ vaxtında bir gün görərsən. M.İbrahimov. Birçəyi ağarmaq – qocalmaq (yalnız qadın haqqında). Birçəyini ağartmaq – 1) qocalmaq; 2) qocaltmaq, qocalmasına səbəb olmaq. [Sona xanım:] [Heydər bəyin] fikri budur ki, atam evində mənim birçəyimi ağarda. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / birçək2 1. Yaraşıq üçün alına tökülən saç telləri. 2. Ümumiyyətlə saç. 3. Atın yalından ayrılıb alnına tökülən tük dəstəsi. (“Koroğlu” dastanının lüğəti) Koroğlunun yarı göyçək, Ağ üzünə töküb birçək, Mədəd eylə, bir əncam çək, Çəkincən gözlərəm səni. (“Koroğlu ilə Bolu bəy”) * Çənlibeldən səni deyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası / birçək1 Burmaq (qıvrım) feili əsasında yaranıb: “buruq saç” deməkdir,rus dilinə “завитый волос” kimi tərcümə edilib. Qədim forması burcaqdır. Mənbələrdə sözün alınsaç forması da qeydə alınıb: “alına tökülən saç” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / birçək2 сущ. 1. чёлка: 1) прядь волос, подстриженная и опущенная на лоб 2) часть гривы лошади, прядь на лбу 2. волосы (у женщин). Ağarmış birçəklər седые волосы ◊ birçəyi ağarmaq седеть (поседеть), стареть (о женщине); birçəyini ağartmaq kimin, nəyin yolunda поседеть, состариться из-за кого-л., чего-л.; birçəyin ağarsın видеть тебе старость (пожелание долголетия)
Azərbaycanca-rusca lüğət / birçək1 i. 1. fringe; (atda) forelock; 2. (qadında) hair; birçəyi ağarmaq 1) to go* / to turn grey, to be* touched with grey; 2) məc. to grow* old; Birçəyin ağarsın! Be your fringe touched with grey!
Azərbaycanca-ingiliscə lüğət / birçək1 сущ. тил, мег; чӀарар (дишегьлийрин япарин кьилелай хкатдай чӀарарин элкъвей тил; балкӀандин фиридин пелез авахнавай чӀарар); ** birçəyi ağ мег рехи, чӀарар рехи (лацу), кьуьзуь; birçəyi ağarmaq чӀарар (мег, цӀвел) рехи хьун, кьуьзуь хьун; birçəyini ağartmaq чӀарар (мег) рехи авун а) кьуьзуь хьун; б) кьуьзуь авун, кьуьзуь хьуниз себеб хьун.
Azərbaycanca-ləzgicə lüğəti / birçək