birləş sözü azərbaycan dilində

birləş

Yazılış

  • birləş • 86.8852%
  • Birləş • 9.8361%
  • BİRLƏŞ • 3.2787%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürzə (hərbi birləşmə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. == Halogenli törəmələrin nomenklaturası == Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. == Halogenidlərin fiziki xassələri == Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Heterotsiklik birləşmələr
Heterotsiklik birləşmələr ( heterotsikllər) – üzvi birləşmələr olub, tərkibində karbon atomu ilə yanaşı başqa elementlərin atomları da mövcud olur. Onlara həm də tsikldə heteroəvəzləyici (heteroatomlar) olan karbotsiklik birləşmələr kimi də baxmaq olar. Azot saxlayan aromatik heterotsiklik birləşmələr ətraflı öyrənilmişdir. Nadir halda, heterotsiklik birləşmələrdə tsikldə karbon atomu olmur, məs., pentazol. == Ümumi xassələri == Tsiklda karbon atomlarından başqa digər element atomları (heteroatomlar) iştirak edən birləşmələrə heterotsiklik birləşmələr deyilir. Üzvi birləşmələrin ən çox yayılmış qruplarından biri heterosiklik birləşmələrdir. Heterotsiklik birləşmələr nuklein turşuları, xlorofil, alkaloidlər, penisilinlər və bir çox vitaminlər kimi təbii mənşəli maddələrin bir hissəsidir. Heterotsiklik birləşmələr metabolik proseslərdə mühüm rol oynayır və yüksək bioloji aktivliyə malikdir. Müasir dərman maddələrinin əhəmiyyətli bir hissəsinin strukturunda heterotsikllər var. == Təsnifatı == Heterotsiklik birləşmələri təsnif etmək üçün aşağıdakı xüsusiyyətlərdən istifadə edilir: Tsiklin ölçüsünə görə; Tsiklə daxil olan elementin növünə görə; Tsiklə daxil olan heteroatomların sayına görə; bir neçə heteroatomun təbiəti və qarşılıqlı düzülüşünə görə ; doyma dərəcəsinə görə; tsiklin sayına görə.
Kağız təbəqəni birləşdirməklə emal
Kagız təbəgəni birləşdirməklə emal — mahiyyəti ondan ibarətdir ki, üçölçülü modellər iki ölçülü kontur daxilində təbəqələrə bölünür və bu təbəqələr kontur boyu kəsildikdən sonra birləşdirilir. Yüksək keyfiyyətli model hazırlamaq üçün tətbiq olunan qatın qalınlığı çox kiçik olmalı və kontur boyu dəqiq kəsilməlidir. Ona görə də bu üsulun tətbiqində verilən qatın emalı artiq hazır qatın üzərində aparılır. Yəni ilkin qat hazır olduqdan sonra onun üzərinə ikinci qat yapişdırılır və sonra kontur boyu kəsilir. Bu üsul ümumi olaraq təbəqələri birləşdirməklə hissələrin hazırlanması - Layer Objekt Manufacturing (LOM) adlanır. Tətbiq olunan təbəqənin materialından asılı olaraq bu üsulu əsasən iki istiqamətə bölürlər: kağız və metal təbəqəni birləşdirməklə hazırlama. LOM üsulu da başqa RP üsulları kimi modellərin qatbaqat hazırlanmasına əsaslanır. Təbəqələri birləşdirməklə hissələrin hazırlanma prosesinin ümumi iş prinsipi şəkil 5.19-də göstərilmişdir. Prosesin aparılması üçün tətbiq olunan qurğu verici və yığıcı diyircəklərdən, lazer başlığından, işçi platformadan və qızdırıcı diyircəkdən ibarətdir. Burada tətbiq olunan kağızın qalınlığı təxminən 0,1 mm həddində olur.
Kimyəvi birləşmə
Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir. Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür. Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir. Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
Kimyəvi birləşmələr
Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir. Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür. Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir. Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
Kobra (hərbi birləşmə)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. == Tarixi == "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Kompleks birləşmələr
Kompleks birləşmələr- (lat. complexus — kombinasiya, birlikdə) yəni kimyəvi reaksiyalarda atomun əsas valentlikləri ilə yanaşı, müəyyən şəraitdə əlavə valentliklərdə meydana çıxa bilər. == Koordinasion birləşmələr == Koordinasion quruluşa malik olan maddələr koordinasion birləşmələr adlanır. Onların kristal qəfəsində verilmiş maddənin ayrıca molekulları olmur, qəfəsdə yerləşən hər bir atom (ion) müəyyən sayda bərabər məsafədə və eyni tipli kimyəvi rabitə ilə (ion, kovalent, metal) əlaqələnən qonşu hissəciklərlə (atom, ion) əhatə olunmuşdur. Koordinasion birləşmələr məhlula keçdikdə tərkib hissələrinə ayrılmırsa, belə koordinasion birləşmələr kompleks birləşmələr hesab edilir. . Mündəricat === Kompleks birləşmələrin yaranma tarixi === Kompleks birləşmələr haqqında ideyaları kimya elminə gətirən və onun nəzəri əsasını qoyan İsveçrə alimi Alfred Verner(1983 –cü il) olmuşdur. Onun koordinasion birləşmələr sahəsindəki elmi nailiyyətləri yüksək qiymətləndirilmiş və o, 1913 –cü ildə Nobel mükafatına layiq görülmüşdür. Kompleks birləşmələr kimyasının inkişafında rus alimi L. A. Çuqayev və onun çox saylı şagirdləri -İ. İ. Çernyayev, A. A. Qrinberq, V. V. Lebedinskinin, sonralar N.Q.Klyuçnikov, E.B.Qlikina və başqalarının rolu böyükdür. == Kompleks birləşmələrin alınması == Bütün birləşmələr kimi kompleks birləşmələrin alınması bir çox amillərdən asılıdır. Bunlardan mühitin pH –nı, temperaturu, vaxtı, həlledicinin növünü və oksidləşdirici və ya reduksiyaediciliyini, katalizatorun təsirini, götürülmüş komponentlərin qatılığını və s.
Kondensatorların birləşdirilməsi
Kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən o lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətən kiçik olan dielektrikdən ibarətdir. Boş olan kondensatorun elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun tutumu adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir. Q = C ⋅ U {\displaystyle Q=C\cdot U} düsturu ilə bu asılılıq təsvir olunur, burada Q {\displaystyle Q} elektrik yükü, C {\displaystyle C} kondensatorun tutumu, U {\displaystyle U} isə gərginlikdir.
Ksantogenat birləşmələr
Tərkibində kükürd saxlayan üzvi birləşmələr yağların quruluşundan asılı olaraq yağların yağlayıcılıq xassələrini yaxşılaşdırır, belə birləşmələrdən daha geniş istifadə olunanlar – ksantogenatlar, sulfidlər, disulfidlər və tritiokarbonatlardır. Bunların içərisində ksantogenatlar geniş tətbiq sahəsi tapmışdır. Ksantogenatlar sırasında ən birinci bis(amilksantogenat)polisulfiddir (Mezulfol-1). C5H11OC(S) – S – S – S – S – OC5H11 Lakin bu aşqar çox korroziya aqressisivliyinə görə mezulfol-2 ilə əvəz edilmişdir. == İstismar xassələri == Üzvi birləşmələrin halogenli törəmələrinin müxtəlif sinif ksantogenatlarla qarşılıqlı təsirindən çoxlu sayda birləşmələr alınmışdır ki, bunlar da siyrilməyə qarşı yüksək effekt verir. Ksantogenatlar yağların termooksidləşdirici stabilliyini artırsa da, aqressiv korroziyaya malikdirlər. Bu ksantogenatlara misal olaraq alkilksantogenat törəmələrinin efirlərini göstərmək olar. ROC(S)SR'. Müəyyən olunmuşdur ki, alkilksantogenatların siyrilməyə qarşı xassələri bu sinif birləşmələrin homoloji sırasında alkil radikalı artdıqca zəifləyir və müqayisədə müəyyən olunmuşdur ki, asetoksimetil efirlərinin effektliyi asiloksimetil efirlərinə nisbətən daha yüksəkdir. Eyni zamanda elə ksantogenat aşqarları var ki, onlar siyrilməyə qarşı mülayim xassələrə malik olmaqla yanaşı, oksidləşmə və vəkorroziyaya qarşı çox effektlidirlər.
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Tarixi == Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə qoyulmuşdu. Yaradılması ideyası Fevral inqilabına (1917) qədər də mövcud olmuş, lakin 1916-cı ildə çar hökuməti tərəfindən qəbul edilməmişdi. İttifaqın sədri Nəcəfqulu Vəliyev, idarə heyətinin üzvləri Mirzağa Atababayev, Orucəli Babayev, Səfər Mir Mövsümov, Yevsey Tatarenko idilər. Əsas məqsədi neft hasilatına olan ehtiyacları, kustar neft istehsalını qanunvericilik əsasındaqaydaya salmaq haqqında müvafiq müraciətlər edilməsi, neft bazarının vəziyyətinin öyrənilməsi, əməyin təhlükəsizliyini təmin edən müvafıq tədbirlərin və texniki qaydalann işlənib hazırlanması, ittifaqın fəaliyyət göstərdiyi ərazidə nəqliyyat yollarının çəkilişi, üzvlərə hüquqi yardımm təşkili, istehsal ehtiyaclan üçün lazımi materiallann alınmasına güzəştli kreditlərin açılmasını və s. təmin etmək olmuşdur. Bakı mədən rayonunda neftin əl ilə çıxarıldığı sahələrin icarəyə verilməsi üçün "xüsusi qaydalar" layihəsinin işlənib hazırlanması ilə əlaqədar ittifaq 1920-ci ilin əvvəllərində öz hesabatını Azərbaycan Xalq Cümhuriyyəti Ticarət və Sənaye Nazirliyinə təqdim etmişdi. Dövlət xəzinəsinin mənafeyini müdafiə etmək məqsədilə tərtib edilmiş "Xüsusi qaydalar" kustar neft istehsalçılarının maraqlarım nəzərə almırdı. Buna görə də ittifaq "Xüsusi qaydalar"ı iqtisadi cəhətdən məqsədəuyğun saymamışdı. İttifaq Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.
Kükürdlü üzvi birləşmələr
Kükürdlü üzvi birləşmələr - tərkibində Karbon - Kükürd rabitəsi birləşdirən birləşmələrə deyilir. == Təsnifat == == Əsas nümayəndələri == == Adlandırılması == Kükürd üzvi birləşmələri adlandırmaq üçün "tio" hissəciyindən istifadə edilir.Bu ikivalentli kükürd atomunu göstərir. Bundan başqa "tio" oksigenin kükürdlə əvəz olunmasını göstərir. Məsələn "ol" hidroksil qrupunu OH, "tiol" ilə -SH qrupunu, "on" karbonil qrupunu, "tion" ilə C=S qrupunu adlandırırlar. "Tia" hissəciyi ("tio"dan fərqli olaraq) karbon atomunun kükürdlə əvəz olunmasını göstərir. == Mənbə == S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.
Meksika Birləşmiş Ştatları
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Metal üzvi birləşmələr
Metal üzvi birləşmələr Metal-üzvi kimya metal-üzvi birləşmələri öyrənir. Metal-üzvi birləşmələr (MÜB) üzvi qrupların bilavasitə metal atomu ilə metal-karbon rabitəsi vasitəsilə əmələ gətirdiyi birləşmələrdir. Əgər üzvi liqand keçid metal atomu ilə bilavasitə keçid metal–karbon rabitəsi ilə birləşibsə, belə birləşmələr keçid metalların metal-üzvi birləşmələri, əgər qeyri-keçid metalla birləşibsə, onda qeyri-keçid metalların metal-üzvi birləşmələri adlanır. Metalüzvi birləşmələrin kompleks birləşmələrdən fərqi odur ki, kompleks birləşmələrdə bilavasitə metal–karbon rabitəsi yoxdur. Bu baxımdan metal-üzvi birləşmələr kompleks birləşmələrin xüsusi formasıdır. Keçid metalların metal-üzvi birləşmələrinə maraq əsasən iki aspektlə (praktik və fundamental) əlaqədardır. Ən əvvəl bu komplekslərin tədqiqi keçid metal atomunun rabitə yaratma qabiliyyətini araşdırmağa və keçid metal-üzvi liqand arasındakı çox mərkəzli ikielektronlu rabitələrin xüsusiyyətlərini dərindən dərk etməyə imkan verir. İkincisi keçid metalların metal-üzvi birləşmələrinin perspektivli katalitik sistemlər olması ilə əlaqədardır. Məlumdur ki, keçid metallar əsasında alınmış homogen katalizatorlar çoxtonnajlı kimyəvi məhsulların — spirtlər, plastifikatorlar, sirkə turşusu, dərman maddələrinin və s. sintezində istifadə edilir.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. == Tərəflər == == Xarici keçidlər == Konvensiya UNCITRAL veb saytında.
Neftin aztolu birləşmələri
Neftin oksigenli birləşmələri
Neftin oksigenli birləşmələrinə - turşular, fenollar, ketonlar, efirlər və laktonlar, həmçinin furan və anhidrid birləşmələri aiddir. Neftin fraksiyalarının qaynama temperaturu artdıqca, oksigenli birləşmələrin də miqdarı artır. Neftin oksigenli birləşmələrinin miqdarı onun geoloji yaşı və əlaqədə olduğu süxurun təbiəti ilə sıx surətdə əlaqədardır. neftin oksigenli birləşmələri içərisində turşular və fenollar miqdarca daha çox olur. Bu birləşmələr turşu xassəsinə malik olduqlarına görə istər neftdən və istərsə də neft fraksiyalarından qələvilərin köməyilə ayrıla bilər. Onların ümumi miqdarı adətən turşu ədədi, yəni 1 q neft məhsuluna sərf olunana KOH-ın mq-la miqdarı ilə müəyyən edilir. Bütün oksigenli birləşmələr kimi, turşu xassəli maddələrin miqdarı da neft yatağının dərinliyi və yaşı artdıqca azalır. İndiki dövrə qədər turşu və fenolların analitik ayrılma çətinliyi, neftin tərkibində onların hansı nisbətdə olması haqqında dəqiq məlumat verməyə imkan vermir. Oksigenli birləşmələrdən neft turşuları daha çox öyrənilmişdir. "Neft turşuları" dedikdə, neftin tərkibinə daxil olan bütün alifatik, alitsiklik (naften), aromatik, hibrid quruluşlu turşular nəzərdə tutulur.
Oksigenli üzvi birləşmələr
Oksigenli üzvi birləşmələr — molekulunda Karbon — Hidrogen, Karbon — Oksigen rabitəsi saxlayan birləşməyə deyilir.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Qara qu quşu (hərbi birləşmə)
Qara qu quşu (bosn. Crni labudovi) — Bosniya və Herseqovina Respublikası Ordusunun tərkibində xüsusi təyinatlı qüvvələr vahidində hərbi birləşmə. 1992-ci ildə Sapnada 2-ci Korpusun (sonradan 1-ci Korpus) bir hissəsi olaraq qurulan Vətənpərvərlər Liqasının xüsusi təyinatlı hərbi birləşməsi idi. Tərkibinə 800 döyüşçü daxil olmuşdu. Döyüş meydanında göstərdiyi şücaətə görə birləşmə şöhrət qazanmışdı. Birləşmənin əsasını Senad Mehdin Xocic qoymuşdu. == Tarixi == Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər vətəndaş müharibəsi davam etmişdir. Döyüşün tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. 1992-ci ildə müsəlmanlar və xorvatların münaqişəsi zamanı onlar serblərlə birlikdə müsəlmanlara qarşı vuruşurdular. İlk əvvələrindən tutmuş 1992-ci ilin avqustuna qədər müsəlman briqadaları ərazi prinsiplərinə əsasən bölünmüşdür.
Qartal (hərbi birləşmə)
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Qeyri-üzvi birləşmə
Qeyri-üzvi birləşmə — üzvi olmayan mənasına gəlir. Biologiyada su, mineral, turşu, əsaslar, duzlar kimi orqanizmlərin quruluşunda olan ancaq canlı olmayan və ya bir canlı tərəfindən istehsal edilməmiş kimyəvi birləşmələrdir. Təbiətdən hazır olaraq alınır, qeyri-üzvi birləşmələrin istehsalı mümkündür. Qeyri-üzvi birləşmələr, sıxlıqla karbon daşımayan molekullardır. Bunlara misal kimi, anionlar və kationlar olaraq təsnif edilən müxtəlif ion birləşmələr ilə kovalent birləşmələrin verə bilərik. Fotosintez edə bilən canlılar (dəniz yosunları, bitkilər və sianobakteriya) qeyri-üzvi birləşmələri sintezləşdirərək üzvi maddələr yaradırlar. Qeyri-üzvi birləşmələr canlı quruluşuna qatılır və metabolik reaksiyalarda tənzimləyici vəzifəsi görür.
Qoruma sahəsi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. == Qoruq ərazilərinin növləri == Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.
Qoruq ərazisi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. == Qoruq ərazilərinin növləri == Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.

"birləş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birləş nədir? #birləş sözünün mənası #birləş nə deməkdir? #birləş sözünün izahı #birləş sözünün yazılışı #birləş necə yazılır? #birləş sözünün düzgün yazılışı #birləş leksik mənası #birləş sözünün sinonimi #birləş sözünün yaxın mənalı sözlər #birləş sözünün əks mənası #birləş sözünün etimologiyası #birləş sözünün orfoqrafiyası #birləş rusca #birləş inglisça #birləş fransızca #birləş sözünün istifadəsi #sözlük