birdən sözü azərbaycan dilində

birdən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • birdən • 73.2053%
  • Birdən • 26.5999%
  • BİRDƏN • 0.0835%
  • bİrdən • 0.0556%
  • Bİrdən • 0.0556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

birdən sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Gözlənmədən, qəflətən, qəfildən, nagah. Birdən yıxılmaq. Birdən qulağıma bir səs dəydi. Birdən dili tutulmaq. – …Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. C.Məmmədquluzadə. Məşədi Əsgər getmək istəyəndə, Həsənəli bəyin sözü birdən yadına düşdü. S.M.Qənizadə. Birdən tingə başından … bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı. 2. Bir dəfədə, bir dəfəyə. Bir stəkan suyu birdən içdi. // Eyni zamanda, bir vaxtda. Hamı birdən oxudu. Hamınız birdən danışmayın. – Ey bivəfa, məni cana yetirdin; Munca cövrü cəfa birdən olurmu? Q.Zakir. ◊ Birdən-ikiyə – heç. [Badam xala:] …Məni birdən-ikiyə iclasda görmüsən? Mir Cəlal. Mən birdən-ikiyə danışmamışam. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / birdən

birdən sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 gözlənilmədən — qəflətən — qəfildən — nagah

    Azərbaycan dilinin sinonimlər lüğəti / birdən
  • 2 BİRDƏN O [Fərzəli] birdən əlini atıb Qaçayın qolundan tutdu (S.Rəhimov); ANSIZIN Xanın Naxçıvan səfəri nəticəsində sakit görünən çöhrəsi, ansızın qopan bir küləkdən dalğalanan meşə kimi səyrildi, qırışdı, bığlarını ağzına doldurub, hirsindən çeynəməyə başladı (Çəmənzəminli); GÖZLƏNİLMƏDƏN Gözlənilmədən verilən bu sual Şahinin başında ildırım kimi çaxdı (B.Bayramov); XAN (dial.) Oturmuşdux öydə, Vəli xan girdi içəri (ADDL); İTTİFAQƏN Rəşad: İttifaqən Qurbanqulunun bacısı azarlayır (T.Ş.Simurğ); QƏFLƏTƏN Həmən yay sarsıldı, o silkələndi; Rüstəmin qəflətən tutulmasından (B.Vahabzadə); LAPDAN Artıq o Kazım, aydın görürdü ki, lapdan yaxalanıb boğulan gözətçi, özü kimi dünən muzdur olub... (B.Bayramov); NAGAH Fitneyi-iblisi-məlun oldu nagəh aşikar (M.Ə.Sabir); QƏFİLDƏN Kişi qəfildən onun başının üstünü kəsdirən adamı əvvəlcə tanıya bilmədi (İ.Şıxlı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / birdən

birdən sözünün antonimləri (əks mənalı sözlər)

birdən sözünün rus dilinə tərcüməsi

  • 1 1. разом, сразу, зараз, в один прием; 2. вдруг, внезапно, неожиданно

    Azərbaycanca-rusca lüğət / birdən
  • 2 I нареч. вдруг: 1. неожиданно, внезапно. Birdən yıxıldı вдруг (он) упал 2. немедленно, скоро, сразу. Hamı birdən ayağa qalxdı все вдруг встали; xasiyyəti birdən dəyişmək mümkün deyil нельзя переделать характер вдруг (сразу) 3. разом, одновременно, все вместе II в знач. усилит. частицы; а если; а что, если. Birdən gəlmədi? а что, если не придет?

    Azərbaycanca-rusca lüğət / birdən

birdən sözünün inglis dilinə tərcüməsi

  • 1 z. 1. suddenly, on a sudden, all of a sudden; 2. suppose, supposing, what if; Birdən o gəlmədi? Suppose / What if he doesn’t come? 3. at once, at one sitting, at one go; Bir şüşə arağı o, birdən içdi He drank a bottle of vodka at one go / sitting

    Azərbaycanca-ingiliscə lüğət / birdən
  • 2 1. (qəfildən, hazırlıqsız) in a flash с налёта (сразу, легко); 2. (ehtiyatsız) with all one’s might (power, force) * со всего маху (со всей силой); 3. (gözlənilmədən, qəfildən) against all expectations (unexpectedly) * нежданно-негаданно (вдруг, совершенно неожиданно)

    Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / birdən

birdən sözünün fransız dilinə tərcüməsi

  • 1 zərf. subitement, soudain, soudainement, d’un coup, tout à coup, tout de go (fam.), de prime saut, tout d’une pièce, à limproviste, contre toute attente, inopinément, brusquement, en même temps ; ~birə tous ensemble ; o ~ yıxıldı il est tombé tout à coup ; ~ ağlına gəlmək reprendre (se) ; onların hamısı ~ ayağa qalxdı ils se sont levés tous ensemble ; ~ o gəlmədi et s’il ne venait pas ; ~ səhv etdim et si je m’étais trompé ; ~ susmaq rester vi (ê) court

    Azərbaycanca-fransızca lüğət / birdən

birdən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. 1. садлагьана, бейхабардиз (мес. ярх хьун); 2. санал, са сеферда, са тилитда; // са вахтунда; ** birdən-ikiyə са-кьведра, садра-кьведра, гьич.

    Azərbaycanca-ləzgicə lüğəti / birdən

"birdən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birdən nədir? #birdən sözünün mənası #birdən nə deməkdir? #birdən sözünün izahı #birdən sözünün yazılışı #birdən necə yazılır? #birdən sözünün düzgün yazılışı #birdən leksik mənası #birdən sözünün sinonimi #birdən sözünün yaxın mənalı sözlər #birdən sözünün əks mənası #birdən sözünün etimologiyası #birdən sözünün orfoqrafiyası #birdən rusca #birdən inglisça #birdən fransızca #birdən sözünün istifadəsi #sözlük