Ağaverdi sözü azərbaycan dilində

Ağaverdi

Yazılış

  • Ağaverdi • 99.1334%
  • AĞAVERDİ • 0.6932%
  • ağaverdi • 0.1733%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağaverdi Paşayev
Ağaverdi Ağaəli oğlu Paşayev (27 oktyabr, 1950, Bakı, Azərbaycan SSR) — azərbaycanlı dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, professor (1999), Şöhrət ordeni laureatı (2016). == Həyatı == Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub. Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada "Oxu tar", "Sən nəğmələr qoş", "Oxu bülbül" adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan "Ulduz" proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur.
Ağaverdi Rəhimov
Ağaverdi Hacı Yarəli oğlu Rəhimov (1895, Balaxanı, Bakı qəzası – 29 avqust 1936, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin, Ağdaş Qəza Komitəsinin katibi. == Həyatı == Ağaverdi Yarəli oğlu Rəhimov 1895-ci ildə Bakı qəzasının Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində almış, gimnaziyanı bitirərək Kiyev Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, burada qeyri-qanuni tələbə təşkilatlarının işində fəal iştirak etmiş, tələbə çıxışlarının təşkilatçılarından olmuşdur. Tələbə həyəcanları ilə əlaqədar olaraq 1918-ci ildə Kiyev Universitetində dərslər kəsildikdən sonra Ağaverdi Rəhimov da Bakıya qayıtmışdır.1918-ci ildə Ağaverdi Rəhimov bolşevik Hümmət Partiyasının Balaxanı şöbəsinin sədri, mart ayında Balaxanı Kənd Deputatlar Sovetinin üzvü, sanitariya komissiyasının sədri seçilmişdir. Həmin ilin yayında Bakı Kommunasının süqutundan sonra o, gizli şəraitdə işləməyə başlayaraq 1919-cu ilin dekabr ayında bolşeviklər partiyasına daxil olmuş, partiyanın Balaxanı bölməsinin sədri olmuşdur.Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ağaverdi Rəhimov Balaxanıda partiya və həmkarlar ittifaqı işində çalışmış, Balaxanı-Sabunçu Rayon Sovetinin və Bakı Sovetinin üzvü, Azərbaycan K(b)P Balaxanı Yarımrayon Komitəsinin kətibi seçilmişdir. 1921–1922-ci illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin təşkilat şöbəsinin müdiri və katibin müavini vəzifələrində çalışmışdır. Sonra isə Balaxanı-Sabunçu Rayon İcraiyyə Komitəsinin sədri, Salyan Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Zavağzal Rayon Komitəsi və Şəhər Rayon Komitəsi təşkilat şöbəsinin müdiri olmuşdur.Ağaverdi Rəhimov sonrakı illərdə Zaqatala Qəza İcraiyyə İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Ağdaş Qəza Komitəsinin katibi və Naxçıvan Vilayət Komitəsinin katibi vəzifələrində işləmişdir. O, dəfələrlə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin, eləcə də 1923-cü ildən Azərbaycan K(b)P Mərkəzi Komitəsinin üzvü seçilmişdir.Ağaverdi Rəhimov ömrünün sonlarına yaxın L. Beriya adına Bakı ət kominatı zavodunda direktor müavini işləmişdir. O, 29 avqust 1936-cı ildə vəfat etmişdir.
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007-2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Ağaverdi dağı
Ağaverdi dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub-qərb hissəsində, silsilənin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun cənub-qərb istiqamətli Ağqaya şaxəsində yerləşən, 2099,2 metr hündürlüyü olan dağ. Dağ Keçili kəndindən 2,5 km qərbdə, Nursu kəndindən 2 km şimal-şərqdədir. Sıldırım yamaclıdır. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Aslan Ağaverdiyev
Aslan Əlikram oğlu Ağaverdiyev — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb. Adı əbədiləşdirilərək 31 saylı tam orta məktəbə verilib. Hal hazırda məktəbdə onun büstü yerləşir. == Haqqında == 24 avqust 1952-ci ildə Bakıda anadan olub. Bakının Zevin küçəsində anbardar işləyib. Üç qızı olub. Azərbaycanın əməkdar artisti, aktrisa Məsmə Aslanqızının atasıdır. == Şəhid olması == Həmin gecə saat 22:00 radələrində keçmiş Naxçıvan mehmanxanasının qarşısına gəlmiş, orada Sovet əsgərləri ilə üzbəüz dayanan əli körpəli və uşaq arabalı qadınları geri çəkmiş, onların qarşısında cavanlarla birlikdə sədd çəkib dayanmışlar. Saat 00:01 radələrində atəş əmri verilərkən qadınların və uşaqların qarşısında sədd çəkmiş cavanları (Aslan Ağaverdiyev daxil olmaqla) güllə baran etmişlər.
Ağaverdili (Germi)
Ağaverdili (fars. آقاوئردیلی‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Germi qəsəbəsindən 32 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 17 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 8 nəfər yaşayırdı. Əhalisini azərbaycan türkləri təşkil edirdi.
Ağaverdioba
Ağaverdioba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qusarçay inzibati ərazi vahidində kənd. == Tarixi == Ağaverdioba kəndi Samur-Dəvəçi ovalığındadır. Kənd XIX əsrin 11 yarısında Qrız kəndinin sakini Ağaverdi adlı Şəxsin oba yerində salınmışdır. Oykonim "Ağaverdiyə məxsus oba, el" deməkdir.
Hüseynbala Ağaverdiyev
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi. == Həyatı == 1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir.
Məsmə Ağaverdiyeva
Məsməxanım Aslan qızı Ağaverdiyeva (Məsmə Aslanqızı; 11 fevral 1978, Bakı) — Azərbaycan teatr və kino aktrisası, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı. == Həyatı == Məsmə Aslanqızı 1978-ci ildə Bakıda dünyaya gəlib. Atası 20 yanvar şəhidi Aslan Ağaverdiyevdir. 1995-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris!…Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib. 1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır. Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 2008-ci ilin mayında "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.Ailəlidir. İki qızı var. == Teatr səhnəsindəki rolları == Ofeliya ("Hamlet", Uilyam Şekspir) Şahzadə ("Şıltaq şahzadənin nağılı", nağıl-tamaşa) Vera Tretyakova ("Şadlıq sorağında", V.Rozov) Katibə ("Mənim sevimli dəlim", Elçin) Falçı Ağabacı ("Mənim ərim dəlidir", Elçin) Şəhəriyyə ("Burla Xatun", Nəbi Xəzri) Böcək ("Köhnə ev", Əli Əmirli) Pioner qız ("Hərənin öz payı", Xeyrəddin Qoca) Nazlı ("Ölülər", Cəlil Məmmədquluzadə) Telli ("Eloğlu", Abdulla Şaiq) Anka ("Nazirin xanımı", Branislav Nuşiç) Almaz ("Almaz", Cəfər Cabbarlı) Türkan ("Yaşar", Cəfər Cabbarlı) == Filmoqrafiya == Ünvansız qız (film, 1999) Bağdada putyovka var...

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.07 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••••••••••••• 2.76
2004 •••••••••••••• 2.36
2005 •••••••••••••••• 2.70
2006 ••••••••••••••••••• 3.15
2007 ••••••••••••••••• 2.75
2008 ••••••••••••••• 2.44
2009 •••••••••••••••• 2.72
2010 •••••••••••••••••• 3.00
2011 •••••••••••••• 2.32
2012 ••••••••••• 1.81
2013 ••••••••• 1.46
2014 ••••• 0.69
2015 ••••••••••••••••• 2.89
2016 ••••••••••••• 2.08
2017 ••••••••• 1.46
2018 •••••••••••• 1.95
2019 ••••••••• 1.53
2020 •••• 0.53

ağaverdi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

ağanın verdiyi, bəxş etdiyi övlad.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ağaverdi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağaverdi nədir? #ağaverdi sözünün mənası #ağaverdi nə deməkdir? #ağaverdi sözünün izahı #ağaverdi sözünün yazılışı #ağaverdi necə yazılır? #ağaverdi sözünün düzgün yazılışı #ağaverdi leksik mənası #ağaverdi sözünün sinonimi #ağaverdi sözünün yaxın mənalı sözlər #ağaverdi sözünün əks mənası #ağaverdi sözünün etimologiyası #ağaverdi sözünün orfoqrafiyası #ağaverdi rusca #ağaverdi inglisça #ağaverdi fransızca #ağaverdi sözünün istifadəsi #sözlük