Haqverdi sözü azərbaycan dilində

Haqverdi

Yazılış

  • Haqverdi • 98.6339%
  • haqverdi • 0.8197%
  • HAQVERDİ • 0.5464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haqverdi Cəfərov
Haqverdi Cəfərov — Azərbaycan biofiziki, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). O, 162 elmi məqalənin, 4 kitabın və 6 ixtiranın müəllifidir. 32 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. == Həyatı == Haqverdi Cəfərov 1938-ci ildə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşdur. О, 1957-ci ildə Miskinli kənd orta məktəbini bitirərək Bakıya gəlmiş və sənədlərini Azərbaycan Dövlət Universitetinə vermişdir. Elə həmin il universitetin biologiya fakültəsinə daxil olmuş və 1962-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Haqverdi Cəfərov universiteti bitirən kimi sənədlərini M. V. Lomonosov adına Moskva dövlət Universitetinin aspiranturasına vermiş və qəbul olunaraq biofizika ixtisası üzrə namizədlik dissertasiyası işləmişdir. 1966-cı ildə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ili Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetinin Biologiya kafedrasında assisent, Azərbaycan Elmlər Akademiyasının Fizologiya sektorunda elmi işçi vəzifəsində çalışmışdır. 1968-ci ildə baş elmi işçi olmuş, 1972-ci ildə isə çalışdığı Fizologiya Elmi Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsinə seçilmişdir.
Haqverdi Dadaşov
Haqverdi Xudadverdi oğlu Dadaşov (1975; Qubadlı, Azərbaycan SSR) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Haqverdi Dadaşov 1975-ci ildə Qubadlı şəhərində anadan olub. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Haqverdi Dadaşov 1993–1995-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib və Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit olaraq xidmətə başladı. Baş leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki olan Haqverdi Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Dadaşov "Zəfər" ordeni ilə təltif edildi.
Haqverdi Haqverdiyev
Haqverdi Talıboğlu
Haqverdi Talıboğlu (1930–2018) — Aşıq, şair, müəllim. == Həyatı == 17 mart 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O,Aşıq Ələsgərin kiçik oğlu Talıbın oğludur. 1951-ci ildə Kirovabad Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1955-ci ildə həmin institutu bitirmişdir. Kəlbəcər rayonunun Yanşaq və Qamışlı kəndlərində 1958-ci ilə kimi müəllim işləmişdir. 1958-ci ildən Basarkeçər rayonunun Ağkilsə kəndində 30 il məktəb direktoru işləmidir. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Haqverdi Ələsgərov Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. Daşkəsən rayonunun Bayan kəndində yaşamışdır. 2018-ci il iyulun 4-də Gəncə şəhərində vəfat etmiş, iyulun 5-də Göygöl qəbirstanlığında dəfn olunmuşdur. == Həmçinin bax == Aşıq Ələsgərin nəvəsidir.
Haqverdi Verdiyev
== Siyahı ==
Höccət Haqverdi
Höccət Haqverdi (3 fevral 1993, Məşhəd) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu.
Mirzə Haqverdi Səfa
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı. Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır". Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib. Ənvər Çingizoğlu.
Edvard Haqverdiyan
Edvard Haqverdiyan (fars. ادوارد حق‌وردیان‎)-İran ermənilərindən olan şair, tərcüməçi, jurnalist və Ermənistan Yazıçılar Birliyinin üzvü.1970-ci ildən Ermənistanda sakindir.O, müasir fars ədəbiyyatının əsərlərinin çoxun erməni dilinə tərcümə edib. == Bioqrafiyası == Edvard Haqverdiyan, 1952-ci ildə Tehranda dünyaya gəlibdir.Ailəsinin mənşə yeri İranın Xomeyn şəhəridir.1970-ci ildə ailəsi ilə Üçkilsə şəhərinə köçübdür.O, İranın Ermənistandakı Mədəni Məsləhətçisinin sifarişi ilə ilk dəfə olaraq Quranı erməni dilinə çevirib.
Habil Haqverdiyev
Haqverdilər
Haqverdilər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Haqverdiyevlər
Haqverdiyevlər — Azərbaycan xalqının soylarından biri. == Soyun yaranması == Mirzə Haqverdi bəy Qarabağın tanınmış mülkədarlarından biri idi. Şuşa şəhərində imarətin, çox sayda rəiyyətin, Kəbirli mahalında Mirzəhaqverdilər adlı obanın, Mərzili, Avşar obalarının bir hissəsinin, Vərəndə mahalında Ağbulaq adlı kəndin sahibi idi. Onun adı ilə bağlı Kəbirli mahalında "Mirzəhaqverdi kəhrizi" adlı yurd yeri var idi. Mirzə Haqverdi bəy 1806-cı ildə İbrahimxəlil xanla bərabər gülləbaran edildi. Mirzə Haqverdi bəyin nəslinin nümayəndələri Haqverdiyev soyadını daşıyırlar. == Soyun məşhur nümayəndələri == Mirzə Məhəmmədkərim bəy Kəbirli — xəttat. Mirzə Əli bəy Qarabaği — Azərbaycan şairi. Mirzə Əbülqasım bəy Haqverdiyev (1803-?) — Şuşa qazısı, Mirzə Əli bəy Qarabağinin oğlu. Mirzə Əbdürrəhim bəy Haqverdiyev (1809-?) — Qarabağ bəyi, mülkədar, hüquqşünas, Əbdürrəhim bəy Haqverdiyevin babası.
Hüseyn Haqverdiyev
Hüseyn Həsən oğlu Haqverdiyev (3 mart 1956, Ucar) — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Rəssam Həsən Haqverdiyevin və Vera Kalininanın oğlu olaraq 1956-cı ildə Ucarda anadan olmuşdur. 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə oradan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir. İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur.
Həsən Haqverdiyev
Həsən Əli oğlu Haqverdiyev (9 iyun 1917, Cənubi Azərbaycan – 1986, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T. Tağıyev, K. Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. O, Respublika rəssamlıq sərgisində "Gitara çalan oğlan", "Qoca portreti" , "İçərişəhər motivləri" adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev "Balaca çoban"(1959), "Çoban qız" (1964), "Dağ yolu", "Yaylaqda" (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən "Sülh üçün" (1965) tablosunu qeyd etmək olar. Rəssam Azərbaycan qadınına həsr etdiyi "Oyanma" (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı "Balaca rəssam" (1966), "İlk söz" (1970) kimi tablolarının müəllifidir. Rəssamın rəsmlərinə "A. S. Puşkinin A. S. Qriboyedovun cənazəsi ilə qarşılaşması" (1937), "Əzim Əzimzadənin portreti" (1939), "Zemfiranın portreti", "Xanların dəfni" (1960), "Füzuli oğlunun şerini dinləyərkən" (1958), "Rəssamlarımız yaradıcılıq növbəsində" (1959) kimi əsərləri daxildir. Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərmişdir.
Marat Haqverdiyev
Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. == Yaradıcılığı == 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin.
Məşədi Zeynal Haqverdiyev
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Oqtay Haqverdiyev
Oqtay Əli oğlu Haqverdiyev (15 may 1936, Bakı – 12 mart 2017, Bakı) — Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini, əməkdar iqtisadçı. Oqtay Haqverdiyev 1936-cı il mayın 15-də Bakıda anadan olub. 1955-ci ildə orta məktəbi bitirəndən sonra O, Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1960-cı ildə oranı uğurla bitirmişdir. Fəaliyyətinə sovxoz təsərrüfatında başlamış, daha sonra o, Tədqiqat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışmışdır. Sonrakı illərdə aspiranturada təhil almış, təchizat nazirliyində çalışmış, eyni zamanda Bakı un, qarışıq yem zavodu direktoru vəzifəsinə köçürülmüşdür. 1970-ci ildən Dövlət Planlaşdırma Komissiyasında (sonradan İqtisadiyyat Nazirliyi) işləmişdir. Haqverdiyev baş iqtisadçıdan İqtisadiyyat nazirinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Keçmiş SSRİ hökumətinin qərarı görə, Dövlət Plan Komissiyasının əməkdaşı olaraq, O, baş Laos (1981–84 illəri il), Vyetnam (1988) və Yəməndə (1989–90) nazirlərin baş müşaviri kimi işləməyə təyin edildi. Haqverdiyev Azərbaycan və Almaniya, Səudiyyə Ərəbistanı və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə üç hökumətlərarası komissiyasının üzvü, eləcə də "- Azərbaycan Avropa Birliyi" komitəsinin işçi qrupunun üzvü olmuşdur. Haqverdiyev müstəqillik illərində hökumətin "1997–99 Azərbaycanda struktur tənzimlənməsi proqramları və iqtisadi artım", "mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə üzrə", "Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi konsepsiyası", "Qiymətli kağızlar haqqında", "yoxsulluğun azaldılması üçün Dövlət Proqramı" s.
Ucal Haqverdiyev
Pyotr Ucal Həsən oğlu Haqverdiyev (9 iyun 1960, Bakı – 18 dekabr 2004, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). Ucal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulmuşdur. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuşdur. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirmişdir. 1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olur və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayır. Həmin il pravoslav xristian olur, xaç suyuna salınaraq "Pyotr" adını alır. 1988–1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olmuş, Akademiyanın hesabat sərgilərində iştirak etmişdir. 1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak etmiş, bundan əlavə rəssamın Tunisdə (Tunis – 1991), Almaniyada (Köln – 1992), Avstriyada (Vyana – 1993) fərdi sərgiləri olmuş, 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak etmişdir. Rəssam həmçinin Avstriya, Almaniya və Bakı şəhərində keçirilən simpoziumların iştirakçısı olmuşdur. Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş olunmuşdur.
Xanlar Haqverdiyev
Xanlar Məmməd oğlu Haqverdiyev (25 sentyabr 1906, Ağdam, Şuşa qəzası – 5 dekabr 1980) — müğənni (lirik-dramatik tenor). Azərbaycan SSR (1956) və Türkmənistan SSR (1939) əməkdar artisti. Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 25-da indiki Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) Vokal şöbəsinə daxil olmuş, professor H. Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənmişdir. 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına xorda oxumaq üçün qəbul edilmişdir. Ona "Əsli və Kərəm" operasında Sofi rolu, Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf müqabili olmaq tapşırılmışdır. 1932–1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılmışdır. Aşqabad Azərbaycan Teatrının inkişafında bir çox sənətkarlarla yanaşı görkəmli aktyor Rza Əfqanlının, opera müğənnisi Xanlar Haqverdiyevin də rolu olduqca böyük olmuşdur. O, türkmən xalqının rəğbətini qazanmışdır. Məhz bunun nəticəsi olaraq müğənninin əməyi yüksək qiymətləndirilmiş, 1939-cu ildə ona "Türkmənistan SSR-in Əməkdar artisti" fəxri adı verilmişdir.
Yelena Haqverdiyeva
Yelena Haqverdiyeva — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). Yelena Haqverdiyevanın yaradıcılığında qadınlar mövzusu, milli geyimlər, qurama, əsas yer tutur. Həmçinin Qacar üslubunun təsirdə duyulur. 1982-1987-ci illərdə Azərbaycan pedaqoji institutunda təhsil alıb. 1997-ci ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-də şəxsi sərgilərdə saxlanılır. Həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısı olub. Muzeyimizdə nümayiş etdirilən “Günəşli xoş bir gün” əsərində rəssam soyuq bir qış günündə həsrətini çəkdiyi isti yayı təsvir edib. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
İlqar Haqverdiyev
Haqverdiyev İlqar Arif oğlu — həndbol üzrə I dərəcəli idmançı. 1964-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə 6 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub, 1980-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1980–81-ci illər ərzində Dəmiryol tikinti idarəsində fəhlə işləyib. İdmanla məşğul olub. Həndbol idman növü üzrə I dərəcəli idmançıdır və Respublika dərəcəli hakimdir. 1981-ci ildə Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutuna qəbul olub. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutunun kütləvi idman işləri və Turizm fakültəsinə köçürülüb və 1987-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Azərbaycana döndükdən sonra 1987–1991-ci illər ərzində "Lokomotiv" idman cəmiyyətində məşqçi, xüsusiləşmiş futbol məktəbinin müdir müavini, kompleks idman məktəbinin direktoru, 1991–1993-cü illərdə Lokomotiv idman cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Əli Haqverdiyev
Əli Həsən oğlu Haqverdiyev (29 iyul 1939, Bakı – 14 sentyabr 1992, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, aktyor, müğənni (bariton). Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olmuşdur. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuş, Şövkət Məmmədovanın tələbəsi olmuşdur. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa etmişdir.
Əyyub Haqverdiyev
Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964). Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub. Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır. Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib.
Vasif Haqverdiyev
Vasif Haqverdiyev (15 oktyabr 1978, Bakı) — Keçmiş azərbaycanlı futbolçu. Cinah müdafiəçisi kimi çıxış edib. "İnşaatçı"(Bakı), "Bakı fəhləsi", "Fərid", "Qarabağ", "Turan", "Xəzər Unversiteti", "MKT-Araz", "MOİK", "Standart", "Olimpik", "Kəpəz" klublarının formasını geyinib. Karyerasına 1993-cü ildə Bakının "İnşaatçı" komandasında başlayıb. 1996-cı ildə Bakının "Fərid" klubuna keçib. 1997-ci ildə "Bakılı" klubunun formasını geyinib. Azərbaycan çempionatının 1997–1998-ci il mövsümu başa çatdıqdan sonra əsas heyət oyunçularının çoxunu itirən "Qarabağ" klubu, heyətə gənc oyunçular dəvət etməyə başlayır. Bunlardan biri də Vasif Haqverdiyev olur. "Qarabağ" ilə ilk mövsümundə komanda çempionatda dörduncu yeri tutur. Çempionatdakı tutduğu yerə görə "Qarabağ" o zaman Avropanın üçuncu turniri olan "UEFA İntertoto Kuboku"nda iştirak imkanı qazanır.
Sevda Haqverdiyeva
Səidə Haqverdiyeva
Saidə Haqverdiyeva — azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. Prezident təqaüdü (2013). Saida Yavər qızı Haqverdiyeva 1982-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 182 saylı məktəb-liseydə alıb. Hələ məktəb illərindən şeir və kiçikhəcmli hekayələr ilə uşaqlarla bağlı dərgilərdə dərc olunub. Daha sonra dövrü mətbuatda poeziya nümunələri ilə çıxış edib. "Ədəbiyyat və İncəsənət", "Ədalət" və başqa qəzetlərdə şerləri çap olunub.2003-cü ildə yazıçı-publisist Akif Şahverdiyevin redaktorluğu ilə "Gözüm qaldı gözündə" şerlər kitabı çap olunub. Bir çox qəzetlərlə əməkdaşlıq edib.2006-cı ildə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə "Lider" televiziyasında çalışıb. Sonra fəaliyyət istiqamətini dəyişərək 2009–2010-cu illərdə müxtəlif xeyriyyə təşkilatlarında təşkilatçılıq edib, bir sıra mədəni-kütləvi aksiyaların reallaşmasına dəstək verib.

haqverdi sözünün leksik mənası və izahı

"haqverdi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haqverdi nədir? #haqverdi sözünün mənası #haqverdi nə deməkdir? #haqverdi sözünün izahı #haqverdi sözünün yazılışı #haqverdi necə yazılır? #haqverdi sözünün düzgün yazılışı #haqverdi leksik mənası #haqverdi sözünün sinonimi #haqverdi sözünün yaxın mənalı sözlər #haqverdi sözünün əks mənası #haqverdi sözünün etimologiyası #haqverdi sözünün orfoqrafiyası #haqverdi rusca #haqverdi inglisça #haqverdi fransızca #haqverdi sözünün istifadəsi #sözlük