Haqverdiyevlər
Haqverdiyevlər — Azərbaycan xalqının soylarından biri.
== Soyun yaranması ==
Mirzə Haqverdi bəy Qarabağın tanınmış mülkədarlarından biri idi. Şuşa şəhərində imarətin, çox sayda rəiyyətin, Kəbirli mahalında Mirzəhaqverdilər adlı obanın, Mərzili, Avşar obalarının bir hissəsinin, Vərəndə mahalında Ağbulaq adlı kəndin sahibi idi.
Onun adı ilə bağlı Kəbirli mahalında "Mirzəhaqverdi kəhrizi" adlı yurd yeri var idi. Mirzə Haqverdi bəy 1806-cı ildə İbrahimxəlil xanla bərabər gülləbaran edildi.
Mirzə Haqverdi bəyin nəslinin nümayəndələri Haqverdiyev soyadını daşıyırlar.
== Soyun məşhur nümayəndələri ==
Mirzə Məhəmmədkərim bəy Kəbirli — xəttat.
Mirzə Əli bəy Qarabaği — Azərbaycan şairi.
Mirzə Əbülqasım bəy Haqverdiyev (1803-?) — Şuşa qazısı, Mirzə Əli bəy Qarabağinin oğlu.
Mirzə Əbdürrəhim bəy Haqverdiyev (1809-?) — Qarabağ bəyi, mülkədar, hüquqşünas, Əbdürrəhim bəy Haqverdiyevin babası.