Yusif Haqverdiyev
Yusif Məmmədəli oğlu Haqverdiyev (17 iyul 1916, Naxçıvan – 18 iyul 1984, Naxçıvan) — Azərbaycan aktyoru, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (1961).
Yusif Məmmədəli oğlu Haqverdiyev 1916-cı il iyul ayının 17-də Naxçıvan şəhərində andan olub.
1932–33-cü illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu zaman səhnəyə olan həvəsi onu dram teatra gətirib. Naxçıvan teatrının səhnəsində yaratdığı Xacə Məsud ("Lənkəran xanının vəziri", M.F. Axundov), Rodriko, Məzarçı ("Otello", "Hamlet", V. Şekspir), Şeyx Hadi , Piran ("Şeyx Sənan", "Səyavuş", H. Cavid), Əmirqulu, Mirzə Cavad, Yanardağ, Xaspolad, Qurban, Əbdüləli bəy, Nəsrəddin şah ("Yaşar", "Aydın", "Od gəlini", "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Sevil", "Nəsrəddin şah", C. Cabbarlı), Piri baba ("Eşq və intiqam", S. S. Axundov), Şeyx Cəfər ("Odlu diyar", H. Razi), Əmir ("Göz həkimi" İ. Səfərli), Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf bəy Vəzirov) və başqa obrazları əlvan boyalarla yaratmaqla xarakter ustası kimi tanınıb. O Naxçıvan teatrının unudulmaz sənəkarlarındandır.
Y. Haqverdiyev "Nəsimi" filmində də çəkilib.
Tanınmış aktyor 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Xalq artisti Əyyub Haqverdiyevin qardaşıdır.
Yusif Haqverdiyev 1984-cü il iyunun 18-də Naxçıvan şəhərində vəfat edib.