Ağdaş sözü azərbaycan dilində

Ağdaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ağdaş • 99.6727%
  • AĞDAŞ • 0.2440%
  • ağdaş • 0.0595%
  • AğdaŞ • 0.0238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacılar (Ağdaş)
Hacılar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hapıtlı (Ağdaş)
Hapıtlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Hapıt kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında Goyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı Haputlu I Məlikli, Haputlu Gideyli, Haputlu Nətəs Qacar, Haputlu Hacıhətəmli, Haputlu Mollaqasımlı kəndləri var idi. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 23 km cənubda, Şirvan düzündə yerləşir.
Ləki, Ağdaş
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Mürsəl (Ağdaş)
Mürsəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Mürsəl kənd inzibati ərazi dairəsində kənd.
Nemətabad (Ağdaş)
Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Nemətabad kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır.
Ovçulu (Ağdaş)
Ovçulu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Ovçulu kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ovçulu kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qaradağlı (Ağdaş)
Qaradağlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradeyin (Ağdaş)
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur. 1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi. == Coğrafiyası və iqlimi == Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır.
Qaraoğlan (Ağdaş)
Qaraoğlan — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati ərazi dairəsində kənd.
Qumlaq (Ağdaş)
Qumlaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Tatlar (Ağdaş)
Tatlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.
Türyançay (Ağdaş)
Türyançay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Dəhnəxəlil kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Turyançay fəhlə qəsəbəsi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Qəsəbə yaxınlığındakı Türyançayın adı ilə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Şirvan düzündə yerləşir.
Xosrov (Ağdaş)
Xosrov — Azərbaycan Respublikasının Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Xosrov adlı şəxs qoyduğu üçün kənd onun adını daşıyır. Kəndə tabe Sadavad kəndi də vardır ki, bir bələdiyyəsi və icra nümayəndəliyi var. == Coğrafiyası və iqlimi == Xosrov kəndi - Ağdaş-Göyçay şossesinin 8–9 km-də yerləşir. == Əhalisi == Əhalisi təxminən 4000 nəfərdir.[mənbə göstərin] == Mədəniyyəti == Kənddə bir mədrəsə, xəstəxana, bir məktəb fəaliyyət göstərir. Kənd ən çox Allah dostları türbələri ilə məşhurdur.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas məşğuliyyət əkinçilik və maldarlıqdır.
Yeniarx (Ağdaş)
Yeniarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.
Yenicə (Ağdaş)
Yenicə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yenicə kənd inzibati ərazi dairəsində kənd.
Yenikənd (Ağdaş)
Yenikənd — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd.
Şıxlı (Ağdaş)
Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şıxlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XVI əsrin sonundan başlayaraq kəndlilərin bir qismi yaşadığı kəndlərdən daha münasib yer axtarmağa gedirdilər. Həmin kəndlilərdən bir qrupu Ağdaşın qərbində olan bu torpaqlara gəlib çıxdılar. Burada bol su, geniş torpaq sahəsi, mal-qara otarmaq və saxlamaq üçün örüş, nohur onların diqqətini cəlb etmişdir. XVII əsrin əvvəllərində Göyçayın Mallı Şıxlı kəndindən gələn ailələrin başçıları bu yerləri müəyyənləşdirdikdən sonra köçüb bu əraziyə - boş sahəyə gəlib məskunlaşmağa başlamışlar. Mallı Şıxlı kəndindən 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. XVIII əsrin birinci yarısından başlayaraq bu əraziyə köçüb gələnlərin sayı çoxalır. Kəndə əvəllər gəlmiş babalarının Mallı-Şıxlı kəndində olan qohumlarından bir neçəsi köçüb gəliblər. Kənddə ailələrin sayı çoxalmağa başlamışdır.
Şəmsabad (Ağdaş)
Şəmsabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsabad kənd inzibati ərazi dairəsində kənd. Şəmsabad kənd Muxtar Əfəndizadə adına tam orta məktəb fəaliyyət göstərir. == Görkəmli şəxsiyyətləri və ziyalıları == Əfəndizadə Muxtar İsmayıl oğlu — şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb.
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağalı (Ağdaş)
Ağalı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus" deməkdir. 1917-ci ildə Xanlar rayonunda Ağalıbəyli, Kəlbəcər rayonunda Ağalıyeri, 1961-ci ildə Zəngilan rayonunda Birinci Ağalı, İkinci Ağalı, Üçüncu Ağalı adlı uc kənd qeydə alınmışdır. Etnotoponimdir.
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəkili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun Ərəb kənd inzibati ərazi dairəsində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ağdaş FK
Ağdaş FK — və ya rəsmi adı ilə Ağdaş Futbol Klubu. Təməli 1992-ci ildə qoyulan, Azərbaycanın Ağdaş rayonunu təmsil edən futbol klubudur. Klub 2023/2024-cü futbol mövsümündə, Azərbaycan kişi futbolunun üçüncü liqası olan Azərbaycan İkinci Liqasında çıxış edir. == Tarixi == Ağdaş futbol klubu 1995-ci ildə artıq Azərbaycan Birinci Liqasında çıxış etməyə başladı. İlk dönəmlər. yəni 1995–1996-cı illər üçün klubun adı Şirvan-Orxan idi. 1995/1996 Ağdaşı təmsilçisi bu sezondan etibarən problemlərlə qarşılaşmağa başladı. Oyunlarında bir və iki top fərqi ilə qalib gələn Şirvan-Orxan, elə həmin mövsümün ikinci yarısında liqadan uzaqlaşdırıldı. Digər oyunlarına isə texniki məğlubiyyət verildi. 2–0 Çinar Polis Akademiyasını, 2–1 Səbail klubunu məğlub etdi.
Məhəmməd Ağdaşi
Məhəmməd əfəndi bin Xızır əl-Öməri əl-Ağdaşi (?-?)—XVI-XVII əsr Azərbaycan tarixçisi. == Həyatı == Məhəmməd əfəndi Ağdaşi XVI əsrin ortalarında Şirvan əyalətinin Ərəş mahalının Ağdaş kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Məhəmməd əfəndi Ağdaşi tarixçi idi. "Dərbəndnamə" adlı əsəri var. Bəzi müəlliflər bu əsərin müəllifini kumık kimi göstərirlər. Yanlış ehtimaldır. Mötəbər tədqiqatçılar müəllifin Azərbaycanlı olduğunu qeyd edirlər. V. V. Bartold "Dərbəndnamənin mənşəyinə dair" adlı məqaləsində yazır: "Rumyantsevin siyahısında son olaraq qeyd olunub ki, müəllifin adı Məhəmməd Avabi Ağdaşidir, nəinki Kantemirin, Bayerin və əvvəlcə Klaprotun yazdığı kimi Akrasi və yaxud Akraşidir". Qeyd edək ki, elm aləmində "Dərbəndnamə" haqqında ilkin sözü XVIII əsrin əvvəllərində akademik Z. Bayer söyləmişdir.
Qaradağlı bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradeyin bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraoğlan bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq-i Ağdaşhacısaram (Biləsuvar)
Qışlaq-i Ağdaşhacısaram (fars. فشلاق اغداش حاجي سارم‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (9 ailə).
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.

ağdaş sözünün leksik mənası və izahı

ağdaş sözünün rus dilinə tərcüməsi

ağdaş sözünün inglis dilinə tərcüməsi

ağdaş sözünün fransız dilinə tərcüməsi

ağdaş sözünün ləzgi dilinə tərcüməsi

"ağdaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağdaş nədir? #ağdaş sözünün mənası #ağdaş nə deməkdir? #ağdaş sözünün izahı #ağdaş sözünün yazılışı #ağdaş necə yazılır? #ağdaş sözünün düzgün yazılışı #ağdaş leksik mənası #ağdaş sözünün sinonimi #ağdaş sözünün yaxın mənalı sözlər #ağdaş sözünün əks mənası #ağdaş sözünün etimologiyası #ağdaş sözünün orfoqrafiyası #ağdaş rusca #ağdaş inglisça #ağdaş fransızca #ağdaş sözünün istifadəsi #sözlük