* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 0.79 |
2006 | •••••••••••• | 0.45 |
2007 | ••••••••••• | 0.42 |
2008 | ••••••••••••• | 0.49 |
2009 | ••••• | 0.16 |
2010 | ••• | 0.09 |
2011 | •••••••••••••••••••• | 0.77 |
2012 | ••••••• | 0.26 |
2013 | •••••••••••• | 0.44 |
2014 | •••••••••••••••••• | 0.69 |
2015 | ••••• | 0.17 |
2018 | •••• | 0.15 |
2019 | •••••••• | 0.28 |
2020 | ••••••• | 0.27 |
1 [ər.] 1. is. Sərsəri, avara, dərbədər. Gözəllərin olar xümsü zəkatı; Nə aşiqə, nə abdala yetişməz. Aşıq Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli Məhəmməd. // Söyüş mənasında. [Oğuz:] Baxınıb durma, haydı kisəni al! Gəl işim var səninlə, gəl, abdal! H.Cavid. // köhn. Dərviş, qələndər. Sufiyəm, əmma nə bu abdaldən; Haq sevən insanəm, a şirvanlılar! M.Ə.Sabir. 2. is. köhn. Dərviş, qələndər.
Azərbaycan dilinin izahlı lüğəti / abdal1 Ərəb sözüdür, çox mənası var, ən çox “dərviş”, “dilənçi”, “müqəddəs”, “qul” mənalarında işlədilir. Sözün “müqəddəs” mənası bədil (əvəzlənmə) kəlməsi ilə də bağlı ola bilər: Bu söz dialektlərdə “bilikli” (Kürdəmir), “yetim” (Xaçmaz) və s. mənalarda işlədilir. Bədəl sözü ilə kökdaşdır və Məhəmməd Peyğəmbər (s.a.v.) gözəl işlərini davam etdirməklə onu əvəz etməyə səy göstərənlərə, peyğəmbərin yaxın qohumlarının davamçılarına aiddir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / abdal1 ABDAL – AĞILLI Gəl işim var səninlə, gəl, abdal! (H.Cavid); Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi (N.Nərimanov).
Azərbaycan dilinin antonimlər lüğəti / abdal2 I прил. 1. глупый 2. наглый 3. диал. невоспитанный, неучтивый II сущ. 1. глупец, дурак 2. наглец 3. бездельник, бродяга
Azərbaycanca-rusca lüğət / abdal1 i. vagrant, vagabond, silly, fool, wanderer; abdal olmaq to be* a vagrant / fool / wanderer
Azərbaycanca-ingiliscə lüğət / abdal1 is. malappris, -e m, f ; sot,-te m f ; imbécile m ; nigaud m ; grand béta m ; homme m stupide ; vagabond m: fou m (folle f)
Azərbaycanca-fransızca lüğət / abdal1 aptal, abdal Arapça abdal Abdal at mindi, özünü bəy saydı atalar sözü
Azərbaycanca-türkcə lüğət / abdalə. 1) dərviş, qələndər; 2) yüngül söyüş kimi işlədilir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiI (Kürdəmir, Şahbuz) bilikli, bilici. – Abdal, yani biləndə adam (Şahbuz) II (Xaçmaz, Salyan) yetim. – Səni görüm abdal qalasan (Xaçmaz)
Azərbaycan dilinin dialektoloji lüğəti.Anadolu və Əfqanıstanda yaşayan türk tayfalarından biri; bilikli, qanacaqlı.
Azərbaycan kişi adlarının izahlı lüğəti