Abdul sözü azərbaycan dilində

Abdul

Yazılış

  • Abdul • 99.2509%
  • ABDUL • 0.4682%
  • abdul • 0.2809%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir. 25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda İKT-nin İnkişaf Strategiyası Layihəsi üzrə milli ekspert. Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir. A. Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir. O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır. A. Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər İttifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir. 1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur. 1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Paula Abdul
Paula Abdul (19 iyun 1962, San Fernando, Kaliforniya) — ABŞ müğənnisi və aktrisası.
Teyfuq Abdul
Teyfuq Abdul (11 (24) dekabr 1915, Partenit – 18 mart 1945) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci Dünya müharibəsi zamanı 175-ci diviziyanın 2-ci batalyon komandiri olaraq xidmət edib. 24 dekabr 1915-ci ildə Ukraynanın Partenit kəndində dünyaya gəlib. Ailəsindəki bir çox insan Rus-yapon müharibəsi veteranları idi. Doğulduğu kənddə səkkiz illik məktəbi bitirdikdən sonra 1935-ci ildə Yalta Pedaqoji Kollecində, daha sonra isə M.V. Frunze Krım Pedaqoji İnstitutunda oxuyub. 1935-ci ildə pedaqoji institutda oxuyarkən müəllim, sonra isə direktor kimi işə başladı. 1939-cu ildə universiteti bitirdikdən sonra noyabr ayında hərbi xidmətə aparıldı. Qırmızı Orduya qoşulduqdan sonra 412-ci diviziyanın tərkibində leytenant rütbəsi aldıqdan sonra Almaniyanın Sovet İttifaqına hücumuna görə ön cəbhəyə göndərilmədən Orel Piyada məktəbinə qoşuldu. 1942-ci ildə snayper kursunu bitirdikdən sonra dekabr ayında yenidən yaralanana qədər batalyon komandiri kimi xidmətini davam etdirdi. Elə həmin il də Kommunist partiyasına üzv oldu.
Abdul Əliyev
Abdul Hacıəli oğlu Əliyev (1911, Dağıstan, - 1965, Dağıstan) ― geologiya-minerologiya elmləri doktoru (1946), AMEA-nın müxbir üzvü (1955). Abdul Əliyev 1911-ci ildə Dağıstanın Daxadayev rayonunun Qubaçi kəndində anadan olub. Ali təhsilini 1936-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsində alıb. Abdul Əliyev əmək fəaliyyətinə Azneftkəş­fiyyat Tres­tində başlayıb. O, mühəndis-geoloq olaraq fəaliyyət göstərib. 1948-1951-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsində çalışıb və institutun Süxurların fiziki xüsusiyyətləri laboratoriyasına rəhbərlik edib. Pedaqoji fəaliyyətlə də məşğul olan Abdul Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində bir neçə il dərs deyib. Abdul Əliyev 1951-1959-cu illərdə Azərbay­can Elmlər Akademiyasında yeni təsis edilmiş Neft Ekspedisiyasında rəis vəzifəsini icra edib. Onun rəhbərliyi altında Azərbaycanın perspek­tivli yataqlarının neft və qaz ehtiyat­larının hesablanması üzrə böyük işlər aparılıb, yataqlara təsir etmənin çox­saylı layihələri işlənib hazırlanıb. Ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Abdul Əliyev, həmçinin AEA Geologiya İnstitutunun Fasiya və paleocoğ­rafiya laboratoriyasına rəhbərlik edib.
Abdul Vahab
Abdul Vahab — kişi adı. Abdul Vahab Əli — İraqı təmsil edən stolüstü tennisçi. Abdul Vahab Zahiri — Əfqanıstanı təmsil edən atlet.
Abdul-Xalim Sadulayev
Abdul-Xalim Sadulayev (2 iyun 1966, Arqun, Çeçen-İnquş MSSR – 17 iyun 2006, Arqun, Çeçenistan) — Çeçenistan hərbi və dövlət xadimi, Aslan Masxadovun ölümündən sonra Çeçen İçkeriya Respublikasının Prezidenti (2005-ci ilin martından), ondan əvvəl 2002-ci ildən ÇİR-nin vitse-prezidenti və eyni zamanda ÇİR Ali Şəriət Məhkəməsinin sədri. 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olmuşdur. 1984-cü ildə Arqunda orta məktəbi bitirmişdir. 1984–1986-cı illərdə Almaniyada Sovet Qüvvələri Qrupunda SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, gizir rütbəsi ilə ehtiyata buraxılmışdır. 1987-ci ildən Arqun deposunda təmirçi ustası işləyir. Eyni zamanda "Ərəb dili və İslam hüququ" axşam kurslarında təhsil alır, idmanla — karate və hatha yoqa ilə məşğul olur. 1990-cı ildə "Karate üzrə respublika kateqoriyalı hakim" sertifikatı almışdır. Ərəb dili kurslarını bitirdikdən sonra İmam Şafi məktəbinin qabaqcıl çeçen alimlərindən (ilahiyyatçılarından) şəriət öyrənməyə davam edir. 1991-ci ildən ərəb dili kurslarında dərs deyir, çeçen gənclərinə İslam dinini öyrədir. 1992-ci ildən Arqun şəhər idarəsi yanında nəzarət komissiyasının üzvü olur.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı. 16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Malik Abdul Əziz
Maykl Cerard Tayson (ing. Michael Gerard Tyson; 30 iyun 1966[…], Bruklin, Nyu-York) — 1985–2005-ci illərdə döyüşmüş peşəkar ABŞ boksçusu. 2024-cü ildə yenidən rinqə qayıtmağa hazırlaşır. Mayk Tayson bütün zamanların ən yaxşı ağır çəki dərəcəsində döyüşən boksçularından biri hesab olunur. 1987-ci ildən 1990-cı ilə qədər olan illər ərzində Mayk Tayson eyni vaxtda bütün ağır çəki dərəcələrində boks titullarına sahib olub və bu onu boks dünyasında şəksiz çempion edib. Boks karyerasının başlanğıcında Tayson ilk 19 görüşündə rəqiblərini nokaut edərək qalib gəlmişdi. Bu nokautlardan 12-si matçın ilk raundunda baş vermişdir. Mayk Tayson ilk çempionluq kəmərini 20 yaşında, tarixdəki hər hansı digər ağır çəkili boksçudan daha gənc yaşda qazanıb. O, eyni vaxtda üç böyük boks təşkilatının (WBA, WBC, IBF) çempionu olan ilk boksçu, və eyni zamanda bu titulları bir-birinin ardınca qazanan yeganə boksçu olub. Tayson 1988-ci ildə döyüşünün ilk raundunda Maykl Spinksi cəmi 91 saniyəyə nokaut edərək ağır çəki dərəcəsində şəksiz çempion titulunu qazanıb.
Mustafa Abdul Cəlil
Mustafa Məhəmməd Abdul Cəlil (ərəb. مصطفى عبد الجليل‎) (ərəbcə tələffüz Abdul-Cəlil, Abd-əl-Cəlil, Abdel-Cəlil, Abdelcəlil, Abud Əl Cəleil ). Liviya Milli Keçid Şurasının sədri. 1952-ci ildə Liviyanın Əl-Bayda şəhərində anadan olub. — Liviya siyasətçisi, vətəndaş muharibəsi nəticəsində paytaxt Tripolidə və ölkənin böyük hissəsində Liviya müvəqqəti hakimiyyətinin rəhbəri. 2007—2011-ci illərdə Liviya Ümumxalq Komitəsinin katibi, dünyadakı ədliyyə naziri analoqu. 2011-ci ildə Liviyada başlanan kütləvi aksiyalarda üsyançıların tərəfini tutdu. 21 fevral 2011-ci ildə vəzifəsindən istefa verdi. 5 mart 2011-ci ildə Benqazi şəhərində ölkənin şərq hissəsini nəzarət edən Liviya Milli Keçid Şurasının yaradıldığını elan etdi və sədri seçildi. İslam hüququ doktorudur.
İsmayıl Abdul-Qədirov
İsmayıl Abdul-Qədirov (tam adı: İsmayıl Qafar oğlu Abdul- Qədirov; 15 fevral 1936, İsmayıllı rayonu – 16 avqust 2021, Bakı) — Azərbaycan idmançısı, sərbəst və yunan-Roma güləşi üzrə ümumittifaq dərəcəli hakim (1966). Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi İsmayıl Abdulqədirov 1936-cı il fevral ayının 15-də Azərbaycanın İsmayıllı rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. İsmayıl Abdulqədirov idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə «Dinamo» idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan Abdul-Qədirov 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun «Güləş və onun metodikası» kafedrasında işləməyə başlayıb. 1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən mütəxəssis həmin il güləş üzrə respublika, 5 il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib. 1980-1990-cı illərdə İsmayıl müəllimin elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib.
Viktoriya və Abdul
18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.
Abdul Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. 19 noyabr 1954-cü ildə anadan olub.
Abdul Halim Muadzam Şah
Abdul Halim Muadzam Şah, Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah (ing.
Abdul Müzəffər Nur Əhməd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Viktoriya və Abdul (film, 2017)
18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.
Cəlal Abdullayev
Cəlal Abdullayev (azərb. Cəlal Mehdi oğlu Abdullayev‎; d. 30 dekabr 1930-cu il, Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi — ö. 20 may 2010-cu il, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), professor (1976), Əməkdar müəllim (2000). Cəlal Abdullayev 30 dekabr 1930-cu il Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır. Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Elman Abdullayev
Elman Telman oğlu Abdullayev (1976, Kirovabad) – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020). 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib. 1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb. 18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb. Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir. İki övladı var.
Elmar Abdullayev
Abdullayev Elmar Şahmar oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru. Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır.
Elmira Abdullayeva
Elməddin Abdullayev
Elməddin Telman oğlu Abdullayev (13 fevral 2001; Qam-qam, Quba rayonu, Azərbaycan — 30 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Abdullayev 13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnarə Abdullayeva
Elnarə Abdullayeva (17 iyun 1972, Çuxanlı) — Azərbaycan müğənnisi, Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti (2015). Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Şamaxının (Hazırda Qobustan rayonu) Çuxanlı kəndində dünyaya göz açıb. Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənir. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla xanəndənin bütün yaradıcılıq tərzi dəyişdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxardı. 2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. 2016-cı ilin mart ayında 3 gün Heydər Əliyev sarayında konserti baş tutdu.
Elnur Abdullayev
Elnur Abdullayev (rus.
Elnur Abdullayev (şəhid)
Elnur Təvəkkül oğlu Abdullayev (10 iyul 1983, Sumqayıt, Azərbaycan — 27 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Məxe əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Abdullayev 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. əslən Qubadlı rayonu Yuxarı Mollu kəndindən idilər. 2001–2003-cü illərdə müddətli xidmət çəkib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elnur Abdullayev Füzuli və Hadrutun azad edilməsində savaşıb. Döyüşlər zamanı 9 düşmən tankını qənimət olaraq ələ keçirib. 2020-ci il oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Abdulla
Elvin Abdulla (13 sentyabr 1990, Şəki) — Azərbaycan kinorejissoru, “Dream Big Film Company” şirkətinin təsisçisi və idarəçisi. Elvin Abdulla 1990-cı ildə Azərbaycan Respublikası Şəki şəhərində tanınmış aktyor Fərman Şəklinin evində anadan olub.2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq fakültəsi Kinoşünaslıq ixtisasını bitirib.2016-cı ildə “Xənnas” – tammetrajlı bədii film (Azərbaycanda ilk dəfə “mistik-triller” ) – ideya müəllifi,quruluşçu rejissoru olmuşdur.
Elxan Abdullayev
Elxan Abdullayev (19 may 1970, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi. 1987-ci ildə S. M. Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1999–2000-ci illərdə Leypsiq İdman Universitetinin futbol fakültəsini bitirmişdir. 2010-cu ildə, Ukrayna Futbol Federasiyasının Kiyevdəki lisenziyalaşdırma mərkəzində təhsilini başa vurduqdan sonra bütün Avropa ölkələrində peşəkar liqalarda işləmək hüququ verən Pro lisenziyası almışdır. Azərbaycanda ilk Pro-lisenziyalı məşqçidir. 6 dili bilir: azərbaycan, rus, türk, ingilis, çex və slovak. Sovet dövründə Azərbaycan futbol tarixinin ən yaxşı məşqçilərindən biri sayılan, SSRİ idman ustası, Azərbaycan SSR-nin əməkdar məşqçisi Ruslan Abdullayevin oğludur. Peşəkar futbol karyerasına 1989-cu ildə SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında Azərbaycan SSR-ini təmsil edən "Termist" Bakı komandasında müdafiəçi kimi başlamışdır. Eyni zamanda "Dinamo" Bakı,"Azəri" Bakı,"Turan" Tovuz," Xəzri" Buzovna klublarında çıxış etmişdir (1991-ci il mövsümündə də" Neftçi"yə keçid etsədə, amma oynamadı). 1994/95 mövsümündə o dövrdə atası Ruslan Abdullayevin rəhbərlik etdiyi Slovakiyanın Pyeştyani futbol klubunda oynamışdır.
Elçin Abdullayev (əsgər)
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşən Abdullayev
Elşən Sabir oğlu Abdullayev (1 avqust 1992; Gəncə, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Abdullayev 1992-ci il avqustun 1-də Gəncə şəhərində anadan olub. 2010-2014-cü illərdə Gəncə Dövlət Universitetində (GDU) ali təhsil alıb. Elşən Abdullayev 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə "leytenant", sonra isə "baş leytenant" hərbi rütbəsində xidmət edib. Azərbaycan Ordusunun baş leytenant olan Elşən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Abdullayev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Abdullayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Elşən Abdulrəhimov
Emil Abdullayev (rejissor)
Emil Abdullayev 1989-cu il iyunun 30-da Bakı şəhərində dünyaya gəlmişdir. 1995—2006-cı illərdə Səməd Abdullayev adına 290 saylı orta məktəbdə təhsil almışdır. 2006—2011-ci illərdə “Odlar Yurdu” universitetində qiyabi ali təhsil alan Emil Abdullayev 2008— 2009-cu illərdə hərbi xidmətdə olmuşdur. 2009—2011-ci illərdə isə Türkiyədə “3D Akademi”-də təhsil almış və təhsilini xüsusi fərqlənmə diplomları ilə bitirmişdir. Emil Abdullayev 2011-ci ildə "M Group Production" şirkətində rejissor kimi işə başlamış və 2012—2014-cü illərdə ANS teleakanalında yayımlanan “Bu da bu” yumoristik telelayihənin quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə "My name is İntiqam" komediya filminin quruluşçu rejissoru olmuşdur. Eyni zamanda filmin bütün montajını da özü etmişdir. (Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.) Emil Abdullayev My name is İntiqam filminin quruluşçu rejissoru olmaqla, Azərbaycan kino tarixində ən gənc uzunmetrajlı film çəkmiş rejissor kimidə tarixə düşüb 2015—2016-cı illərdə “Azad Azərbaycan” və “İlk Media” şirkətinin məhsulu olan və "Bozbash Pictures"in istehsalı olan “Axırıncı yol” macəra komediyasının quruluşçu rejissoru olmuşdur. (Xatırladaq ki, Axırıncı Yol filmi Azərbaycan müstəqil olduqdan sonra kinoteatrlarda yerli və xarici filmlər arasında 30 gün ərzində 100.000 baxış sayı toplamış yeganə filmdir.) Eyni zamanda "Axırıncı Yol" macəra komediyasının bütün montajını da Emil Abdullayev özü etmişdir.
Emil Abduləzimli
Emil Rasif oğlu Abduləzimli (6 dekabr 1994 Sumqayıt şəhəri-19 oktyabr 2020 Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Abduləzimli 6 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Emil Abduləzimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Emil Abduləzimli 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eynur Abdullayev
Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Faiq Abdullayev (professor)
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Farah Zeynəb Abdullah
Farah Zeynəb Abdullah (tam adı: türk. Farah Zeynep Abdullah; 17 avqust 1989, İstanbul) — Türkiyə aktrisası və müğənnisi. Farah 17 avqust 1989-cu ildə İstanbulun Beşiktaş səmtində dünyaya göz açmışdır. Anası Gülay Makedoniya, Türkiyə (Krımdan) və Bosniya əsillidir. Atası Osman İraq türkmanlarındandır (Ərbildən). Müharibənin başlaması ilə atası Osman hələ uşaq olarkən ailəsi Türkiyəyə miqrasiya edir. Osman türk əsillidir və ərəb dilini bilmir. Bununla belə, İraqda hərbi xidmət keçmişdir. Farahın iki qardaşı var. Atasının işi ilə əlaqədar ailəsi Londona köçənədək orta təhsilini Sen-Mişel fransız liseyində almışdır.
Fariz Abdullayev
Fariz Abdullayev — Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi. 4 qat Beynəlxalq Seminar təmsilçisi, 2 qat Beynəlxalq Döyüş Növləri Festivalı iştirakçısı, Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustası. Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Həmçinin 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2010–2011-ci illərdə hərbi xidmətini başa vurub. Evlidir, bir övladı var. Həvəskar olaraq musiqi fəaliyyəti ilə də məşğuldur. Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə Real Aykido idman növünə gətirir.
Fatma Abdullazadə
Abdullazadə Fatma Hüseyn qızı (28 may 1948, Bakı) — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru. Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Moskva Dövlət Universitetinin aspiranturasını və SSRİ KP MK-nın İctimai Elmlər Akademiyasını bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Funksiya və funksional analizin nəzəriyyəsi kafedrasında baş laborant, 1971–1974-cü illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasının aspirantı olmuşdur. 1974–1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsində təlimatçı, 1985–1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Partiya komitəsinin katibi, 1987–1989-cu illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsi müdirinin müavini, 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Fəxrəddin Abdullayev
Fəxrəddin Abdullayev (Abdullayev Fəxrəddin Gülməmməd oğlu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Mersin Universitetinin riyaziyyat departamentinin müdiri. Abdullayev Fəxrəddin Gülməmməd oğlu 1957-ci il mayın 15-də Azərbaycan Respublikasının Şamaxı rayonunun Sündü kəndində anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və təyinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. 1980-ci ilin noyabr ayından Ukrayna EA Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun (TRMİ, Donetsk) funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (elmi rəhbər — fizika-riyaziyyat elmləri doktoru, professor V.İ.Belıy). 1984-cü ilin yanvarında Ukrayna EA TRMİ-nin "riyazi analiz" ixtisası üzrə aspiranturasına daxil olub. 1986-cı ilin iyununda Ukrayna EA TRMİdə "Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1986–1994-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 1994-cü ilin mart ayından Türkiyə universitetlərində (Trabzon, Mersin) çalışmağa başlayıb. 2003-cü ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda "Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

abdul sözünün leksik mənası və izahı

"abdul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abdul nədir? #abdul sözünün mənası #abdul nə deməkdir? #abdul sözünün izahı #abdul sözünün yazılışı #abdul necə yazılır? #abdul sözünün düzgün yazılışı #abdul leksik mənası #abdul sözünün sinonimi #abdul sözünün yaxın mənalı sözlər #abdul sözünün əks mənası #abdul sözünün etimologiyası #abdul sözünün orfoqrafiyası #abdul rusca #abdul inglisça #abdul fransızca #abdul sözünün istifadəsi #sözlük