Zabul sözü azərbaycan dilində

Zabul

Yazılış

  • Zabul • 95.3488%
  • zabul • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Məhəmmədabad (Zabul)
Məhəmmədabad — İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Şibab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,175 nəfərdən ibarət idi.
Zabul (şəhər)
Zabul- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Zabul şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 130,642 nəfər və 27,867 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti sistanilərdən ibarətdir və dari dilində danışırlar.Sistanilərdən əlavə bu şəhərdə bəluclar, brahuilər və puştunlarda yaşayırlar.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur.O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı.O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi.XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.Zabul Qasım təkcə peşəkar xanəndə deyildi, o, eyni zamanda bir opera artisti kimi də tanınmışdı. Onu səhnəyə ilk dəfə dəvət edən və sənətkarlığına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olmuşdur. O, görkəmli bəstəkarın xahişi ilə 1913-cü il avqust ayının 7-də Şuşa yay klubunda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu ifa etmişdi.Zabul Qasım 1914-cü ildə “Sport-Rekord” şirkətinin dəvəti ilə Tiflis şəhərinə gedərək səsini vala yazdırmışdır. Həmin vaxt Zabul Qasım “Zabul-segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur–Hindi” və bir neçə təsnif oxumuşdur.
Zabul vilayəti
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Zabul şəhristanı
Zabul şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zabul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 244,103 nəfər və 53,101 ailədən ibarət idi.
Zabuli
Mehristan və ya Zabuli- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Mehristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,672 nəfər və 1,560 ailədən ibarət idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.61 dəfə / 1 mln.
2003 ••••••••••••••••••• 1.18
2004 •••••• 0.34
2007 ••••••••••••••••• 1.06
2008 •••••••• 0.49
2010 •••••••••••••••••••• 1.27
2011 •••••••••• 0.60
2012 ••••••••• 0.52
2013 •••••••••• 0.58
2014 ••••••••• 0.51
2015 ••• 0.17
2017 •••••••• 0.49
2018 ••••••••••••••••••• 1.20
2019 •••••••••••••••••••• 1.25
2020 ••••••• 0.40

zabul sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. муз. “Забул” (название одного из классических азербайджанских мугамов)

    Azərbaycanca-rusca lüğət / zabul

zabul sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. müğamlardan birinin adı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

Azərbaycan klassik muğamlarından birinin adı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#zabul nədir? #zabul sözünün mənası #zabul nə deməkdir? #zabul sözünün izahı #zabul sözünün yazılışı #zabul necə yazılır? #zabul sözünün düzgün yazılışı #zabul leksik mənası #zabul sözünün sinonimi #zabul sözünün yaxın mənalı sözlər #zabul sözünün əks mənası #zabul sözünün etimologiyası #zabul sözünün orfoqrafiyası #zabul rusca #zabul inglisça #zabul fransızca #zabul sözünün istifadəsi #sözlük