Zəbur sözü azərbaycan dilində

Zəbur

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Zəbur • 55.8140%
  • zəbur • 44.1860%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəbur
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır. == Zəburun bölünməsi == Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir: Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür. Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar. == Zəburun müəllifləri == Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2006 •••••••••••• 0.23
2009 ••••••••••••••••• 0.32
2010 ••••• 0.09
2011 ••••• 0.09
2012 ••••• 0.09
2013 ••••••••••••••• 0.29
2014 ••••••••• 0.17
2020 •••••••••••••• 0.27

zəbur sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Dini əsatirə görə, Allah tərəfindən Davud peyğəmbərə göndərilən kitab. [Dərviş:] Əvət, Quran, Zəbur, İncilü Tövrat; Birər röya ki zor təfsiri, heyhat! H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / zəbur

zəbur sözünün rus dilinə tərcüməsi

zəbur sözünün ləzgi dilinə tərcüməsi

zəbur sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «yazılı» Allahın Davud peyğəmbərə göndərdiyi kitab.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zəbur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəbur nədir? #zəbur sözünün mənası #zəbur nə deməkdir? #zəbur sözünün izahı #zəbur sözünün yazılışı #zəbur necə yazılır? #zəbur sözünün düzgün yazılışı #zəbur leksik mənası #zəbur sözünün sinonimi #zəbur sözünün yaxın mənalı sözlər #zəbur sözünün əks mənası #zəbur sözünün etimologiyası #zəbur sözünün orfoqrafiyası #zəbur rusca #zəbur inglisça #zəbur fransızca #zəbur sözünün istifadəsi #sözlük