zühur sözü azərbaycan dilində

zühur

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zühur • 83.4586%
  • Zühur • 12.0301%
  • ZÜHUR • 4.5113%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir.Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş. Təvəllüd edibdir hicrətin 1265-də səfər ayının 11-ci günündə[1].

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••• 0.34
2005 ••••••••••• 0.67
2006 ••••••• 0.45
2007 •••• 0.21
2008 •••••••••••• 0.73
2010 •• 0.09
2011 •••••••• 0.51
2012 ••• 0.17
2013 •••••••••••••••••••• 1.31
2014 •••••••• 0.51
2015 ••• 0.17
2016 ••• 0.17
2017 ••• 0.16
2019 ••••• 0.28
2020 ••• 0.13

zühur sözünün leksik mənası və izahı

  • 1 [ər.] Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru. – Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. Füzuli. [Soltanın] bu nagahani zühuru Durnada heç bir təəccüb … doğurmadı. İ.Əfəndiyev. □ Zühur etmək – meydana çıxmaq, zahir olmaq. Gecmi, tezmi, bilməm, əmma həqq edər bir gün zühur. M.Hadi. Veylabadda hər bir şey dəyişmişdi, çoxlu ocaqlar (pirlər) zühur etmişdi. Çəmənzəminli. İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı vahid cəbhə düzəldə bilmirlər. M.S.Ordubadi. Zühur olmaq – doğulmaq, meydana gəlmək. Necə ki sən zühur oldun anadan; Mən gülə bilmədim bu qəmxanadan. Molla Cümə. Zühura gəlmək – meydana çıxmaq. …Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir. C.Məmmədquluzadə. Zühura çıxmaq – üzə çıxmaq, meydana çıxmaq, zahir olmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / zühur

zühur sözünün sinonimləri (yaxın mənalı sözlər)

zühur sözünün rus dilinə tərcüməsi

  • 1 появление

    Azərbaycanca-rusca lüğət / zühur
  • 2 сущ. устар. появление, явление. Günəşin zühuru появление солнца; zühur etmək, olmaq: 1. являться, появляться, появиться (показываться, показаться перед чьими-л. глазами) 2. возникать, возникнуть; zühura çıxmaq (gəlmək) см. zühur etmək

    Azərbaycanca-rusca lüğət / zühur

zühur sözünün inglis dilinə tərcüməsi

  • 1 i. appearance; (kabus və s.) apparition; ~ etmək to appear; ~ olmaq to appear, to make* one’s appearance; ~a çıxmaq to appear, to emerge, to come* into sight; to become* evident

    Azərbaycanca-ingiliscə lüğət / zühur

zühur sözünün fransız dilinə tərcüməsi

zühur sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] винел акъатун, дуьздал акъатун, акун, акъатун (мес. рагъ, варз); zühur etmək винел акъатун, дуьздал акъатун; zühur olmaq хун, дидедиз хьун, майдандиз атун; zühura çıxmaq винел акъатун, дуьздал акъатун, майдандал акъатун, ашкара хьун, чир хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / zühur

zühur sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. zahir olma, meydana çıxma; əmələ gəlmə, hasil olma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zühur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zühur nədir? #zühur sözünün mənası #zühur nə deməkdir? #zühur sözünün izahı #zühur sözünün yazılışı #zühur necə yazılır? #zühur sözünün düzgün yazılışı #zühur leksik mənası #zühur sözünün sinonimi #zühur sözünün yaxın mənalı sözlər #zühur sözünün əks mənası #zühur sözünün etimologiyası #zühur sözünün orfoqrafiyası #zühur rusca #zühur inglisça #zühur fransızca #zühur sözünün istifadəsi #sözlük