Ağdaban sözü azərbaycan dilində

Ağdaban

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ağdaban • 96.5368%
  • AĞDABAN • 2.5974%
  • ağdaban • 0.8658%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağdaban
Ağdaban — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.Ağdaban kəndi Ağdaban çayının sağ sahilində, Murovdağ silsiləsinin cənub ətəyində, Ağdaban dağının yamacındadır. Adını eyni-adlı dağdan almışdır. XIX əsrin sonunadək kəndin ərazisi Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kəndin dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərindən bir qrup ailələr bu binəyə köçərək burada məskunlaşmışlar. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Coğrafi mövqeyi == Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. == Tarixi == Kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olmuşdur.
Ağdaban (dəqiqləşdirmə)
Ağdaban — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağdaban soyqırımı Ağdabanlı şair Qurban Ağdabanlı şair Qurban 150 (kitab) Ağdabançay Ağdaban abidəsiDağlarAğdaban dağı — Şahbuz rayonu ərazisində dağ. Ağdaban dağı — Kəlbəcər rayonu ərazisində dağ. Ağdaban dağı — Ağdərə rayonu ərazisində dağ.
Ağdaban abidəsi
Ağdaban abidəsi — Şərur rayonu ərazisində, Zəngəzur silsiləsi ilə Dərələyəz silsiləsinin qоvuşduğu bölgədə təbiət abidəsi. Hündürlüyü 3093 m. Naxçıvan çayın mənbəyindədir. Zirvəsi günbəzvarı, kоnusvarı fоrmaya malik оlub, Alt Pliоsen vulkanizminin əmələ gətirdiyi püskürmə mərkəzidir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 14.
Ağdaban dağı
Ağdaban dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3093,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın sol qollarının mənbəyindədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-şərq istiqamətli Zırnel və şimal-qərb istiqamətdə uzanan Biçənək fay-yerdəyişmə qırılmalarının kəsişmə düyünündə yerləşir. Cənub-qərb yamaclarında andezit, andezit-dasit tərkibli üç iri ştokvari kütlənin çıxışları, həmçinin şimal-qərbə uzanan bir neçə fay müşahidə edilir. Şahbuz rayonu ərazisində Ağdaban dağının əhali arasında işlədilən başqa adı Sisqatar dağıdır.
Ağdaban faciəsi
Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. == Tarixi == 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladırlar. Ermənilər planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi. Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.
Ağdaban soyqırımı

Ağdaban qətliamı

Ağdabanlı şair Qurban
Ağdabanlı şair Qurban (1859, Dəmirçidam – 1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi. == Həyatı == Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir".Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb.
Ağdabançay
Ağdabançay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Uzunluğu 19 km-dir. Tərtər çayının hövzəsinə aiddir. Onun sol qolunu təşkil edir. Mənsəbi 881 metr yüksəklikdə yerləşir.
Aşıq Qurban Ağdabanlı
Ağdabanlı şair Qurban (1859, Dəmirçidam – 1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi. == Həyatı == Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir".Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.82 dəfə / 1 mln.
2003 ••••••••••• 1.97
2004 •••• 0.67
2007 ••• 0.42
2010 0.18
2011 •••• 0.60
2012 •••••••• 1.38
2013 0.15
2014 ••••• 0.86
2015 0.17
2016 •••••••••••••••••••• 3.64
2017 ••••••• 1.14
2018 ••• 0.45
2019 •••••••••• 1.81
2020 •••••• 1.06

ağdaban sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#ağdaban nədir? #ağdaban sözünün mənası #ağdaban nə deməkdir? #ağdaban sözünün izahı #ağdaban sözünün yazılışı #ağdaban necə yazılır? #ağdaban sözünün düzgün yazılışı #ağdaban leksik mənası #ağdaban sözünün sinonimi #ağdaban sözünün yaxın mənalı sözlər #ağdaban sözünün əks mənası #ağdaban sözünün etimologiyası #ağdaban sözünün orfoqrafiyası #ağdaban rusca #ağdaban inglisça #ağdaban fransızca #ağdaban sözünün istifadəsi #sözlük