* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. bot. 1. Bərk oduncağı olan, meşələrdə bitən bir ağac və ya kol. 2. Dağdağan ağacının noxud iriliyində olan şirin meyvəsi. 3. Köhnə məişətdə: dağdağan ağacından qayrılaraq, guya pis gözdən qorumaq üçün uşağın papağına bənd edilən, yaxud bəzi ev heyvanlarının boynundan asılan şey. Papağına dağdağan tikmək. Dananın boynuna dağdağan asmaq.
Azərbaycan dilinin izahlı lüğəti / dağdağan1 Qaqauz dilindəki daalık (dağlıq) sözü ruscaya “лесистая местность” kimi tərcümə edilib. “Dağ” anlamını əks etdirən söz Litva dilində “ağac, meşə”, alban dilində isə “daş” mənasını əks etdirir. Deməli, dağ kəlməsinin bir mənası “meşə, ağac” deməkdir. Dağdağan kəlməsində iki dağ sözü var: birinci “dağ” (qora ), ikinci isə “ağac” anlamını verir. Dağdağan (dağda doğan, bitən) “dağ ağacı” deməkdir. Türkmənlərdə belə bir deyim mövcuddur: daqdan daqda bitir. Ruslar bu ağaca “каменное дерево” deyirlər, səbəbi isə odur ki: 1. Dağdağan ən çox daşlı yerdə bitir. 2. Daş kimi bərk olur (balta zorla kəsir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dağdağan2 сущ. 1. бот. лес. каркас (каменное дерево, род листопадных сем. ильмовых; его твёрдая древесина используется в столярном деле) 2. плодкостянка этого дерева
Azərbaycanca-rusca lüğət / dağdağan1 сущ. бот. 1. каркас, дагъдагъан (гзаф кӀеви кӀарас квай тамара экъечӀдай са ттар ва я кул); // каркасдин, дагъдагъандин; 2. гьа ттаран нахутӀдин иривиле жедай верцӀи емишар; 3. гьа ттаракай атӀанвай кӀус (вил такьун патал аялрин бармакрал цвада ва я еб акална бязи кӀвалин гьайванрин туьтуьниз вегьида).
Azərbaycanca-ləzgicə lüğəti / dağdağan(Meğri, Zəngibasar) gözə – nəzərə gəlməmək üçün uşağın və ya heyvanın boynundan asılan bəzəkli kiçik dağdağan ağacı. – Eynulla dayısi Şövqiyə bir dağdağan qəyırdı (Meğri)
Azərbaycan dilinin dialektoloji lüğəti.