* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. zool. Qarğalar fəsiləsindən, ağ-qara tüklü, xarakter səs çıxaran quş; qəcələ. [Fatmanisə:] Ay oğul, sağsağan qırıldayır, çıx, gör atan gələcəkdirmi? Ə.Haqverdiyev. İndi tez-tez sağsağan, qarğa, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlirdik. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / sağsağan1 Bir forması da mənbələrdə sağızyeyən kimi yazılıb (sağsağana “çəyirtkəşquşu” da deyiblər). Deməli, quşun adı saqqızla bağlıdır, “saqqız yeyən” deməkdir. Saqqız isə xüsusi ağacdan sızan qətrandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sağsağan1 SAĞSAĞAN (zool.) Sağsağanlar ağacların təpəsilə uça-uça; Haray çəkib çığırdılar (M.Rzaquluzadə); QƏCƏLƏ Yandı çün kuzələri, bomba kimi səsləndi kötük; Sərçə, qarğa, qəcələ. qırğı hərasan oldu (M.Ə.Möcüz).
Azərbaycan dilinin sinonimlər lüğəti / sağsağan2 I сущ. сорока (птица сем. вороновых, издающая характерный крик – стрекотание) II прил. сорочий (относящийся к сороке, принадлежащий ей). Sağsağan yumurtası сорочье яйцо, sağsağan yuvası сорочье гнездо
Azərbaycanca-rusca lüğət / sağsağan1 i. zool. magpie; ~ kimi qırıldamaq to chatter like a magpie
Azərbaycanca-ingiliscə lüğət / sağsağan1 is. zool. pie f ; ~ kimi qırıldamaq jacasser comme une pie
Azərbaycanca-fransızca lüğət / sağsağan