Ağbulaq sözü azərbaycan dilində

Ağbulaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ağbulaq • 99.2685%
  • AĞBULAQ • 0.4389%
  • ağbulaq • 0.2926%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağbulaq
Yaşayış məntəqələri ərazidəki bulaqların adı ilə adlandırılmışdır. Əfqanıstanda Aqbulaq adlı 2 kənd, Qazaxıstanda Akbulak, Ermənistanda Ağbulax, Türkiyədə Ağbulaq, Orenburq vilayətində Akbulak, Qırğızıstanda Ak-Bulak və s. adlı obyektlərin mövcudluğu bu toponimin umumtürk onomastikasında geniş yayıldığını göstərir. İran toponimiyasındakı Ağkəhriz (Mərkəzi İran), Ağçeşmə (Xorasan) oykonimləri də Ağbulaq oykoniminin sinonimləridir. Azərbaycan kəndləriAğbulaq (Xocavənd)Ağbulaq (Edilli, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Gavahın, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd.Ağbulaq (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ağbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Ağbulaq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Ağbulaq (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Ağbulaq (Avəc)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc şəhərindən 36 km şimal-şərqdə, dağlıq ərazidədir.
Ağbulaq (Borçalı)
Tetritskaro, Ağbulaq — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Ağbulaq bələdiyyəsinin inzibati mərkəzi. 1940-cı ilə qədər Ağbulaq (gür.: g.ə. აღბულაღი, l.ə. ağbulaği).
Ağbulaq (Bostanabad)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 393 nəfər yaşayır (72 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 20 km cənub-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 12 kilometrliyindədir.
Ağbulaq (Culfa)
Ağbulaq (fars. اغبلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərənd şəhristanının Culfa bölgəsinin Ələmdar-Gərgər kəndistanında, Mərənd şəhərindən 45 km şimal-qərbdə, Culfa-Təbriz dəmir yol xəttinin 4 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (25 ailə).
Ağbulaq (Cəlilabad)
Ağbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ağbulaq oyk., sadə. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır; Əsgəran r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Hidrooykonimdir; Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır; Xocavənd r-nunun Edilli i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir.
Ağbulaq (Gavbazə)
Ağbulaq — İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pirtac qəsəbəsindən 7,5 km cənub-şərqdədir.
Ağbulaq (Gorus)
Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Ağbulaqda klub, kitabxana, məktəb, kolxoz idarəsinin binası, tibb məntəqəsi, mağaza və s.
Ağbulaq (Göyçə)
Ağbulaq — Göyçə mahalında kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir. Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir. Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı.
Ağbulaq (Həmədan)
Ağbulaq — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 21 km şimaldadır.
Ağbulaq (Həştrud)
Ağbulaq (fars. اغ بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 435 nəfər yaşayır (95 ailə).
Ağbulaq (Kəlbəcər)
Ağbulaq, Alçalı (?-2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad edilib == Tarixi == 29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır.Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd. == Bulaqlar == Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı. == Məşhur yerlər == Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Ağbulaq (Laçın)
Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmışdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur. Bu ərazi işğal dövründə ermənilər tərəfindən "Spitakajur" icması adlandırılmışdır.2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyət == Şəhid Əmir Əsgərov adına orta məktəb var. Orta məktəb, klub, kitabxana, xəstəxana, poçt, 3 mağaza və s. sosial obyektləri var idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 795 nəfər olub Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kənddə 42 ailə yaşayır.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Meşkinşəhr)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Nəzərkəhrizi)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (28 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 37 km şimal-qərbdədir.
Ağbulaq (Oğuz)
Ağbulaq - Azərbaycan Respublikası Oğuz rayonu ərazisində mineral su bulağı. Rayon mərkəzindən 6-7 kilometr şimal-şərqdə, meşəlik ərazidədir. Suyu soyuq, hidrogen-sulfidlidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Ağbulaq (Pəmbək)
Ağbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxbyur qoyulmuşdur.
Ağbulaq (Qiydar)
Ağbulaq (fars. اقبلاغ سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (144 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 21 km qərbdə, dağlıq ərazidədir.
Ağbulaq (Qobustan)
Ağbulaq - Azərbaycan Respublikası Qobustan rayonu ərazisində mineral su bulağı. Ceyrankeçməz çayının dərəsində, Mərəzə qəsəbəsi yaxınlığındadır. Suyu soyuq, kükürdlüdür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Ağbulaq (Qoşaçay)
Ağbulaq (fars. اغبلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (37 ailə).
Ağbulaq (Qürvə)
Ağbulaq (fars. آقبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 486 nəfər yaşayır (117 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qurvə bölgəsinin Çahardolu kəndistanında, Qurvə qəsəbəsindən 45 km cənub-şərqdədir.
Ağbulaq (Qəzvin)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Eyniadlı şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Ziyaabad qəsəbəsindən 18 kilometrlikdə, dağlıq ərazidədir.
Ağbulaq (Sübhanverdi)
Ağbulaq - İrəvan xanlığının Aqin mahalında kənd adı. == Toponim == Ağbulaq - İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan su və bulaq sözlərindən ibarətdir. == Həmçinin bax == Ağbulaq (Göyçə) Azərbaycan == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri.
Ağbulaq (Səcasənrud)
Ağbulaq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Səcasənrud kəndistanında, Qiydar qəsəbəsindən 33 km şimal-qərbdədir.
Ağbulaq-Ağacanxan (Ərdəbil)
Ağbulaq-Ağacanxan (fars. اقبلاغ اقاجان خان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 7 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 3 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,802 nəfər yaşayır (384 ailə).
Ağbulaq-Ağdağ (Həmədan)
Ağbulaq-Ağdağ — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 56 km şimal-qərbdədir.
Ağbulaq-Bahadır (Zəncan)
Ağbulaq-Bahadır — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 18 km cənub-qərbdə, dağlıq ərazidədir.
Ağbulaq-Eynalı (Ərdəbil)
Ağbulaq-Eynalı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 15 km şərqdədir.
Ağbulaq-Fərəcbəy (Ərak)
Ağbulaq-Fərəcbəy — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Sərbəndi-Süfi (Aşağı Sərbənd) kəndistanında, Ərak şəhərindən 45 km cənub-qərbdədir.
Ağbulaq-Goranlı (Çaroymaq)
Ağbulaq-Goranlı (fars. اغبلاغ كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 35 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (125 ailə).
Ağbulaq-Həmdiyyə (Təbriz)
Ağbulaq-Həmdiyyə — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 31 km cənub-qərbdə, Miyanə-Marağa dəmir yol xəttinin 5 kilometrliyindədir.
Ağbulaq-Həzbəri (Marağa)
Ağbulaq-Həzbəri — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 29 km şimal-qərbdədir.
Ağbulaq-Mirzəbəy (Kürdüstan)
Ağbulaq-Mirzəbəy - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km cənub-şərqdədir.
Ağbulaq-Mustafaxan (Nəmin)
Ağbulaq-Mustafaxan (fars. اغبلاغ مصطفي خان‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 624 nəfər yaşayır (140 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 19 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 22 kilometrliyindədir.
Ağbulaq-Mürşid (Həmədan)
Ağbulaq-Mürşid - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 86 km Şimal-qərbdədir.
Ağbulaq-Məhəmmədhüseynxan (Ərak)
Ağbulaq-Məhəmmədhüseynxan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 39 km cənub-qərbdə, dağlıq ərazidədir.
Ağbulaq-Nəzəryan (Kürdüstan)
Ağbulaq-Nəzəryan - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km qərbdədir.
Ağbulaq-Rüstəmxan (Ərdəbil)
Ağbulaq-Rüstəmxan (fars. اقبلاغ رستم خاني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 9 km şərqdə, Xalxal-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,837 nəfər yaşayır (372 ailə).
Ağbulaq-Sadat (Ərak)
Ağbulaq-Sadat — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Ağbulaq-Sərdar (Zəncan)
Ağbulaq-Sərdar - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Ağbulaq-i Fütuhi (Marağa)
Ağbulaq-i Fütuhi (fars. ‎‎‎اغبلاغ فتوحي‎‎) və ya Ağbulaq — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (62 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 25 km cənub-şərqdədir.
Ağbulaq-i Hüseynxan (Bicar)
Ağbulaq-i Hüseynxan (fars. آغبلاغ حسين خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (29 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağbulaq-i Həmədani (Təkab)
Ağbulaq-i Həmədani (fars. اغبلاغ همداني‎‎) - İranın Qərbi Azərbaycan ostanının Təkab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (24 ailə).
Ağbulaq-i Həsənkəndi (Həştrud)
Ağbulaq-i Həsənkəndi (fars. اغبلاغ حسن كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 144 nəfər yaşayır (25 ailə).
Ağbulaq-i Həştrud (Həştrud)
Ağbulaq-i Həştrud (fars. اغبلاغ هشترود‎) və ya Ağbulaq — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 118 nəfər yaşayır (27 ailə).
Ağbulaq-i Kilsəkəndi (Çaldıran)
Ağbulaq-i Kilsəkəndi (fars. اغبلاغ كليساكندي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (20 ailə).
Ağbulaq-i Meydan (Çaldıran)
Ağbulaq-i Meydan (fars. اق بلاغ ميدان‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (11 ailə).
Aşağı Ağbulaq (Marağa)
Aşağı Ağbulaq (fars. ‎‎‎اغبلاغ سفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (28 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.05 dəfə / 1 mln.
2003 ••• 2.76
2004 •• 2.02
2005 •• 1.35
2006 1.13
2007 •• 1.48
2008 •• 1.71
2009 ••• 2.88
2010 1.27
2011 •• 1.37
2012 •• 2.58
2013 0.73
2014 •• 2.40
2015 ••••• 5.78
2016 •••••••• 10.59
2017 •••••••••••••••••••• 26.66
2018 •••••••• 9.89
2019 •••••••• 9.60
2020 ••••• 6.10

"ağbulaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağbulaq nədir? #ağbulaq sözünün mənası #ağbulaq nə deməkdir? #ağbulaq sözünün izahı #ağbulaq sözünün yazılışı #ağbulaq necə yazılır? #ağbulaq sözünün düzgün yazılışı #ağbulaq leksik mənası #ağbulaq sözünün sinonimi #ağbulaq sözünün yaxın mənalı sözlər #ağbulaq sözünün əks mənası #ağbulaq sözünün etimologiyası #ağbulaq sözünün orfoqrafiyası #ağbulaq rusca #ağbulaq inglisça #ağbulaq fransızca #ağbulaq sözünün istifadəsi #sözlük