* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 göz-qulaq olmaq – muğayat olmaq, nəzarət etmək, baxmaq, gözdən qoymamaq. Uşaqdan göz-qulaq ol. – [Hacı Murad:] Sənin [işin] odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. S.S.Axundov. [Qurban:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzində öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq. [Professor:] Elədir, [fotoqrafın] üstündə göz-qulaq olmalıyıq. Q.İlkin. Göz(də)-qulaqda olmaq – bütün diqqətilə baxmaq, ayıq olmaq, gözdən qaçırmamaq. [Pəri:] İndi mən gərək həmişə gözdə-qulaqda olam. Ə.Məmmədxanlı. Teymur həmişə gözdəqulaqda olur, elə bil nə isə axtarırdı. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / göz-qulaq1 в сочет. ◊ göz-qulaq olmaq: 1. быть весь во внимании, быть начеку; 2. следить за кем-л., за чем-л. (осуществлять надзор над кем-л., чем-л.); göz-qulaqda olmaq держать ушки на макушке, держать ухо востро; göz-qulaq ol ki … следи, чтобы …
Azərbaycanca-rusca lüğət / göz-qulaq1 is. ~ olmaq être sur ses gardes, être tout yeux et tout oreilles
Azərbaycanca-fransızca lüğət / göz-qulaq1 göz-qulaq olmaq вил-яб алаз хьун, мукъаят хьун, килигун; göz(də)-qulaqda olmaq вил-яб алаз хьун, вири дикъетдалди килигун, аюх хьун.
Azərbaycanca-ləzgicə lüğəti / göz-qulaq