gicgah-qulaq sözü azərbaycan dilində

gicgah-qulaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gicgah-qulaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Gicgah epilepsiyası
Gicgah epilepsiyası — epilepsiyanın bütün parsial formaları arasında ən tez-tez (80-85%) rast gəlinir. Simptomatik və kriptogen gicgah epilepsiyaları ayırd edilir. Simptomatik gicgah epilepsiyasına medial (mezial) sklerozla gedən formalar, həmçinin əmələ gəlməsi şişlər, damar patologiyası (malformasiyalar), kortikal displaziya ilə əlaqələndirilən formalar aid edilir. Birincili epilepsiya ocağının baş beyində lokalizasiyasından asılı olaraq gicgah epilepsiyasının mediotemporal (paleo-kortikal) və neokortikal alttipləri fərqləndirilir. Onların klinik mənzərəsində prinsipial fərqlər mövcuddur. Medial gicgah epilepsiyası ən çox yayılmış parsial epilepsiyalara aiddir. Onun morfoloji substratını beynin hippokamp şöbələrinin neyroqliyanın mamırabənzər artmaları ilə gedən sklerozu (medial temporal skleroz, ammon buynuzu sklerozu) təşkil edir. Bu, sinir toxumasında sinxronizasiya və oyanıqlığın artmasına, son nəticədə isə spontan epileptik boşalmaların əmələ gəlməsinə gətirib çıxarır. Etioloji faktorlar arasında uşaq yaşlarında mürəkkəb febril tutmaların, həmçinin MSS xəstəliklərinin (o cümlədən infeksion və kəllə-beyin travması mənşəli) olması qeyd edilir. Xəstələrin bir hissəsində 2-5 yaşlarında baş verən, sonradan keçib gedən febril tutmalar müşahidə olunur.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Göy qulaq
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Qulaq (SSRİ)
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Qulaq (dəqiqləşdirmə)
Qulaq — eşitmə orqanı. QULAQ — Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. Qulaq (film, 1985) — film. Qulaq (İran) — İranda yaşayış məntəqəsi. Qulaq falı — Azərbaycanlıların bayram dəblərindən. Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz.
Qulaq falı
Qulaq falı və ya Açar falı, Azərbaycanlıların bayram ənənələrindəndir. Xalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falı və ya açar falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək. Açar falında isə hər kəs niyyət edib bir açar ya sancaqı ayaqının altına qoyur, bəzilər isə yaxalarına iynə taxır dörd yolun ayrımında və ya qapı dalında pusquda durur danışılan sözlərə qulaq yatırdır və eşitdiyi sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozur. Ümum xalqın bu dəbdən xəbərləri olduğu üçün, hər kəs çalışır danışdıqları sözlər xoş və sevindirici olsun. Xoyda nəşr olan Əvrin həftəlik dərgisi.
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qırıq qulaq
Qırıq qulaq - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 6-cı hissəsidir.
Xarici qulaq
Xarici qulaq (lat. auris externa) — qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi səs dalğalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir. Qulaq seyvanı - lat. auricula dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa yun. otos deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - lat. helix adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - lat. crus helicis və dal aşağı sivri ucuna qıvrım quyruğu - lat.
Dəhliz (orta qulaq)
Dəhliz (lat. vestibulum labyrinthi et vestibulum auris) — labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh.
Göy qulaq (personaj)
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
İlbiz (orta qulaq)
İlbiz - lat. cochlea 2½ dəfə öz oxunun başına burulmuş spiral sümük kanal - lat. canalis spiralis cochleae. Uzunluğu 2 sm-ə bərabərdir. İlbiz kanalının bir ucu lat. apertura vestibularis deyilən dəlik vasitəsilə dəhlizdən başlazır və digər ucu isə kor surətdə tamam olur. İlbizin daxili qulaq keçəcəyinə baxan əsası - lat. basis concheae və təbil boşluğuna doğru baxan zirvəsi - lat. cupula concheae vardır. İlbizin sağı (istinadı) mil - lat.
Qulaq pərdəsini gərginləşdirən əzələ
Qulaq pərdəsini gərginləşdirən əzələ (lat. m. tensor tympani) — eyni adlı yarımkanalda yerləşərək həmin kanalın divarından və yevstax borusunun qığırdağından başlayır və çəkic sümükcüyünün dəstəsinə bağlanır; vəzifəsi çəkicin dəstəsini dartmaqla qulaq pərdəsini gərginləşdirməkdir.
Kəsilmiş qulaq və qəlyanla avtoportret
"Kəsilmiş qulaq və qəlyanla avtoportret" (nid. Zelfportret met verbonden oor) — məşhur holland və fransız rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsmi. O, bu əsəri 1889-ci ilin yanvarında Arl şəhərində olduğu dövrdə çəkib. Gerçəkliyi həssas qavraması və ruhi müvazinətsizliyi Van Qoqu psixi xəstəliyə gətirib çıxarır. Qogen Arl şəhərinə qonaq gəlir, lakin yaradıcı fikir ayrılıqları mübahisə doğurur. Van Qoq rəssamın başına stəkanı atır, sonra, Qogen getmək niyyətini elan etdikdə ülgüclə onun üzərinə hüçum edir. Həmin günün axşamı dəlilik tutmasında rəssam qulağının sırğalığını kəsir. Vinsent van Qoqun sifəti rəsmin böyük hissəsini tutur. Başı üçdə dörd sol tərəfə çevrilmişdir. O isti gödəkcə, nimdaş papağ geyinib.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Oxşar sözlər

#gicgah-qulaq nədir? #gicgah-qulaq sözünün mənası #gicgah-qulaq nə deməkdir? #gicgah-qulaq sözünün izahı #gicgah-qulaq sözünün yazılışı #gicgah-qulaq necə yazılır? #gicgah-qulaq sözünün düzgün yazılışı #gicgah-qulaq leksik mənası #gicgah-qulaq sözünün sinonimi #gicgah-qulaq sözünün yaxın mənalı sözlər #gicgah-qulaq sözünün əks mənası #gicgah-qulaq sözünün etimologiyası #gicgah-qulaq sözünün orfoqrafiyası #gicgah-qulaq rusca #gicgah-qulaq inglisça #gicgah-qulaq fransızca #gicgah-qulaq sözünün istifadəsi #sözlük