ağ-sarı sözü azərbaycan dilində

ağ-sarı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağ-sarı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Sarı Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. == Həyatı == XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.
Sarı Gəlin
"Sarı gəlin" — Azərbaycan xalq mahnısı. Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənmişdir. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycan xalq rəqsi də mövcüddur. == Etimologiyası == Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir.
Sarı Hacılı
Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Sarıhacılı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı get-gedə aşağı düşüb. Hazırda burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm əhalinin sayında, həm də dolanışığında irəliləyiş var. İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da güclənib. Məktəb yaşlı uşaqların sayı çoxaldıqdan sonra kənddə məktəb tikintisinə də başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var. == Toponimikası == Sarıhacılı oyk., sadə.
Sarı Saltuk
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. == Tarixi şəxsiyyəti == XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor).
Sarı Saltuq

Sarı Saltıq

Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. == Həyatı == === Erkən dövr === Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Sarı Uyğurlar
Sarı uyğurlar və ya Sarı Yuğurlar — Çin Xalq Respublikasında yaşayan türk xalqlarından biri. Onlar Çinin Qansu əyalətinin dairə dərəcəli Canqye (Zhangye) şəhərinin (prefecture-level city) Sunan Yuğur Muxtar rayonunda yaşayırlar. 2000-ci ildə aparılmış siyahıya almaya əsasən Çində sayları 13.719 nəfərdir. == Xarici keçidlər == The Western Yugur Steppe Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine Ministry of Foreign Affairs of the People's Republic of China: The Yugur Ethnic Minority (mirror) ChinaSource: The Yugurs Arxivləşdirilib 2009-04-13 at the Wayback Machine == İstinadlar == == Mənbə == Малов С. Е. Язык жёлтых уйгуров: cловарь и грамматика. Алма-Ата: Издательство АН КазССР, 1957, 197 с. Тенишев Э. Р., Тодаева Б. Х. Язык желтых уйгуров. Москва: Главная редакция восточной литературы издательства «Наука», 1966, 84 с. Малов С. Е. Язык желтых уйгуров: тексты и переводы. Москва: Главная редакция восточной литературы издательства «Наука», 1967, 219 с. Martina Erica Roos.
Sarı acıpaxla
Sarı acıpaxla (lat. Lupinus luteus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Sarı acıçiçək
Sarı acıçiçək (lat. Gentiana lutea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sarı adası
Sarı adası — Lənkəranın şərqində yerləşən yarımada. == Tarixi == 910-cu ildə slavyan(rus) dəstələri bura hücum etmişlər. 1956–cı ildə Sarı adası Liman şəhəri ilə torpaq yolla, bəndlə birləşdirildikdən sonra yarımada şəklini alıb. Torpağı və qumu sarı rəngdə olduğu üçün bu ad verildiyi güman edilir. “Sara” şəxs adı və ya rəng mənalarında da izah edilir. Talışca “Səri” adlanır. “Sə” və “ru” sözlərindən yaranıb. Qırmızı çay, çayın başlanğıcı kimi anlaşılır. Mənası tam açılmayıb. Ada əsasən iki hissədən ibarətdir: Nərimanabad və Balıqçılar qəsəbəsi.
Sarı akasiya
Sarı buynuzlalə
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Sarı bülbül
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Sarı dəniz
Sarı dəniz (ing. Yellow Sea, çin. 黄海, Huanghai, "xuan-xay"), (황해 kor., "xvan-xe")- şərqi Çin dənizinin cənub hissəsi. Bu dəniz Çin və Koreya yarımadası arasında yerləşir. Dənizin adı onun sarı rənginə görədir ki, içindəki sarı torpaq zərrələrindəndir.
Sarı halva
Sarı halva (az.-əski. ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. == Lazım olan ərzaqlar == 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran == Hazırlanma qaydası == Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Sarı jurnalistika
Sarı jurnalistika və ya sarı mətbuat – xəbər dəyəri az və ya heç olmayan mövzuları sansasiyalı və diqqət çəkici şəkildə təqdim edən, tez-tez mübaliğə, qeyri-dəqiqlik və hətta yalan məlumatlar yayan jurnalistika növüdür. Bu cür jurnalistikanın əsas məqsədi oxucu sayını artırmaq və daha çox qəzet satmaqdır. == Terminin mənşəyi == "Sarı jurnalistika" termini 1890-cı illərin sonlarında ABŞ-da Cozef Pulitserin "New York World" və Vilyam Rendolf Hörstün "New York Journal" qəzetləri arasında yaşanan şiddətli rəqabət dövründə ortaya çıxmışdır. Hər iki qəzet oxucuları cəlb etmək üçün sansasiyalı başlıqlar, dramatik hekayələr və cəlbedici illüstrasiyalardan istifadə edirdi. "Sarı uşaq" adlı komiks personajı da bu dövrdə populyarlaşmış və sarı jurnalistikanın simvolu halına gəlmişdir. == Xüsusiyyətləri == Sarı jurnalistikanın əsas xüsusiyyətləri aşağıdakılardır: Sansasiyalı başlıqlar: Oxucuları cəlb etmək üçün böyük, qalın və şok edici başlıqlar istifadə olunur. Mübaliğə və dramatizasiya: Hadisələr şişirdilir, dramatikləşdirilir və həqiqətdən uzaqlaşdırılır. Şəxsi həyatın işıqlandırılması: Tanınmış şəxslərin şəxsi həyatı ilə bağlı dedi-qodulara və skandallara geniş yer verilir. Qeyri-dəqiq və yalan məlumatlar: Xəbərlər dəqiq araşdırılmadan və təsdiqlənmədən yayımlanır. Etik normaların pozulması: Jurnalist etikası prinsipləri, məsələn, obyektivlik, dəqiqlik və ədalətlilik kimi prinsiplərə məhəl qoyulmur.
Sarı kitab
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Sarı mətbuat
Sarı jurnalistika və ya sarı mətbuat – xəbər dəyəri az və ya heç olmayan mövzuları sansasiyalı və diqqət çəkici şəkildə təqdim edən, tez-tez mübaliğə, qeyri-dəqiqlik və hətta yalan məlumatlar yayan jurnalistika növüdür. Bu cür jurnalistikanın əsas məqsədi oxucu sayını artırmaq və daha çox qəzet satmaqdır. == Terminin mənşəyi == "Sarı jurnalistika" termini 1890-cı illərin sonlarında ABŞ-da Cozef Pulitserin "New York World" və Vilyam Rendolf Hörstün "New York Journal" qəzetləri arasında yaşanan şiddətli rəqabət dövründə ortaya çıxmışdır. Hər iki qəzet oxucuları cəlb etmək üçün sansasiyalı başlıqlar, dramatik hekayələr və cəlbedici illüstrasiyalardan istifadə edirdi. "Sarı uşaq" adlı komiks personajı da bu dövrdə populyarlaşmış və sarı jurnalistikanın simvolu halına gəlmişdir. == Xüsusiyyətləri == Sarı jurnalistikanın əsas xüsusiyyətləri aşağıdakılardır: Sansasiyalı başlıqlar: Oxucuları cəlb etmək üçün böyük, qalın və şok edici başlıqlar istifadə olunur. Mübaliğə və dramatizasiya: Hadisələr şişirdilir, dramatikləşdirilir və həqiqətdən uzaqlaşdırılır. Şəxsi həyatın işıqlandırılması: Tanınmış şəxslərin şəxsi həyatı ilə bağlı dedi-qodulara və skandallara geniş yer verilir. Qeyri-dəqiq və yalan məlumatlar: Xəbərlər dəqiq araşdırılmadan və təsdiqlənmədən yayımlanır. Etik normaların pozulması: Jurnalist etikası prinsipləri, məsələn, obyektivlik, dəqiqlik və ədalətlilik kimi prinsiplərə məhəl qoyulmur.
Sarı nelufər
Sarı nelufər (lat. Nuphar lutea) - nelufər cinsinə aid bitki növü. Nuphar luteum (L.) Smith - Sarı nelufər (Dırmaşan, sarı suzanbağı) == Botaniki xarakteristikası: == Çoxillik su bitkisidir. Sürünən, möhkəm, çoxsaylı ağ qaytanabənzər köklərdən ibarətdir. Kökləri silindrik, bir və ya bir neçə yan şaxələnən köklərə malik, uzunluğu 1-1,5 m (bəzən 3-4m), eni isə 13sm, xaricdən sarı-yaşıl, daxili ağ, tünd rombabənzər-dairəvi dişlidir. Zirvədə yerləşən yarpaq və çiçəklərin saplaqları möhkəmdir. Yarpaqları iki tiplidir: üzən-sıx, zəif dərili, yumurtayabənzər-ellipsvari, uzunluğu 15-17 sm dairəvikənarlı, əsası dərin oyuqlu, nazik və büküşlüdür. Çiçəkləri sarı, tək, uzun qaytanabənzər olub, suyun üzərinə sərilərək şarabənzər görünməklə, diametri 4-5 sm olur. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Toxumla və vegetativ yolla çoxalır.
Sarı nonneya
Nonea lutea (Desr.) D. C. Hündürlüyü 20-30 sm, gövdəsi əsasından budaqlanmış olan birillik ot bitkisidir. Qısa yumşaq, sadə və vəzili yapışqanlı və cod tüklə örtülmüşdür. == Yarpaq == Kökətrafı yarpaqları uzunsovneştərvari, küt, tədricən saplağa daralandır, aşağı gövdə yarpaqları qaidə hissəsinə doğru daralan, qalanları oturaqdır, xətvari-neştərşəkilli, sivri, tamkənarlı və yaxud seyrək dişlidir. == Çiçək == Çiçək salxımları tək-tək və ya bir neçə ədəd olmaqla gövdə və budaqların ucunda yerləşmişlər, barverən budaqlar uzanmışdır, çiçəkləri birtərəfli yerləşmişdir. Tac limon sarısı rəngdədir, demək olar ki, borucuğa bənzərdir, diametri 5 mm-dən çox olmayan kiçik qınlıdır. == Meyvə == Fındıqcalar 5–6 mm uzunluqdadır, düz, seyrək uzununa damarlıdır, qəhvəyi rəngli, kütdür, qaidə hissəsində hamar halqalıdır. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Demək olar ki, Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə talalarında, kolluqlarda, əkinlərdə alaq kimi, tarla və bostanlarda, yol boyunca, suvarma kanalları boyunca, boş yerlərdə rast gəlinir.
Sarı peloziya
Sarı peloziya-(lat. P.obtusa H.S.) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 12–13 mm-dir. Ön qanadları açıq sarı rəngdə olub, üzərində köndələn yerləşən tünd nöqtələr vardır. Arxa qanadları qonuru-sarı rəngdədir.3–4 mm uzunluqda kiçik tırtıllara malikdir. == Həyat tərzi == Nadir növdür. Azərbaycanın faunası üçün yenidir. Mayda tırtıllar puplaşmış və onlardan kəpənəklər çıxır. Pupun inkişafı 15 gün çəkir. Bu ayıca suda bitən qamışla da qidalanır.

"ağ-sarı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağ-sarı nədir? #ağ-sarı sözünün mənası #ağ-sarı nə deməkdir? #ağ-sarı sözünün izahı #ağ-sarı sözünün yazılışı #ağ-sarı necə yazılır? #ağ-sarı sözünün düzgün yazılışı #ağ-sarı leksik mənası #ağ-sarı sözünün sinonimi #ağ-sarı sözünün yaxın mənalı sözlər #ağ-sarı sözünün əks mənası #ağ-sarı sözünün etimologiyası #ağ-sarı sözünün orfoqrafiyası #ağ-sarı rusca #ağ-sarı inglisça #ağ-sarı fransızca #ağ-sarı sözünün istifadəsi #sözlük