* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və is. 1. Saqqalı ağarmış, qoca. [Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, … heç biri yerindən tərpənmək istəmir. N.Vəzirov. Baqqal dükanı qarşısında toplanıb söhbət edən ağsaqqallar, məhəllə cavanları bir para sözlər danışırdılar. H.Nəzərli. // Ümumiyyətlə, qoca, yaşlı. “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” mənim bir neçə əziz yoldaşlarımın məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. C.Məmmədquluzadə. İndi bu qürbət şəhərdə ağsaqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm. Çəmənzəminli. 2. məc. Bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamı, başçısı. İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. C.Məmmədquluzadə. Camaat bir neçə nəfər ağsaqqal intixab edib, məsləhət üçün haman bəyin yanına göndərdilər. Ə.Haqverdiyev. Qabaqda kəndin ağsaqqalları, qadın və qızları, dallarınca gənclər, uşaqlar qarşımıza çıxdılar. S.Rüstəm. ◊ Ağsaqqallar şurası (məclisi) – müxtəlif təşkilatlarda bəzi orqanların adı (məs.: nümayəndə rəhbərlərinin, fraksiya başçılarının şurası və s.).
Azərbaycan dilinin izahlı lüğəti / ağsaqqal3 1. AĞSAQQAL (müxtəlif mənalarda) [Dekan:] Demək, sizin köhnə ağsaqqalınız başqa instituta keçdi (Ə.Kərim); BAŞBİLƏN Tahirzadə: Bu camaatın bir başbiləni, bu ölkənin bir sahibi yoxdurmu, ilahi? (Mir Cəlal); BAŞÇI Qazmaçı işləyən, daşçı işləyən; Bütün bu işlərə başçı işləyən; Bir gündə yüz günah yapdı əliniz... (M.Araz); RƏHBƏR Kipiani hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı elinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir (İ.Şıxlı); SÖZÜKEÇƏN (dan.). 2. ağsaqqal bax çalsaqqal(lı) 3. ağsaqqal bax qoca
Azərbaycan dilinin sinonimlər lüğəti / ağsaqqal1 1. белобородый; 2. лицо, имеющее вес, авторитет; 3. почтенный человек, старейшина, вождь племени;
Azərbaycanca-rusca lüğət / ağsaqqal2 I прил. 1. белобородый 2. перен. почтенный, уважаемый. Ağsaqqal kişilər почтенные старцы II сущ. 1. старейшина, почтенный человек. Muğanın ağsaqqalı старейшина Мугани, ağsaqqallar şurası совет старейшин 2. патриарх. глава семьи. O, bizim elin ağsaqqalıdır он патриарх нашего края; Azərbaycan neftçiləri qvardiyasının ağsaqqalı патриарх азербайджанской нефтяной гвардии 3. глава (семьи). Ailənin ağsaqqalı глава семьи
Azərbaycanca-rusca lüğət / ağsaqqal1 i. 1. grey-beard; 2. (yaşlı və hörmətli şəxs) elder, one who has authority; 3. a respected person, the leader of the tribe, a respected man in the family, adviser; ağsaqqal olmaq to be* the leader (of) / an adviser; 4. a polite address used in respect to an old man*
Azərbaycanca-ingiliscə lüğət / ağsaqqal1 is. doyen m d’âge ; chef m ancien ; homme m vénérable ; à la barbe blanche ; ~lar məclisi (şurası) Conseil m des doyens d’âge (des anciens)
Azərbaycanca-fransızca lüğət / ağsaqqal1 прил. сущ. 1. чӀарар лацу (рехи) хьанвай, кьуьзуь; яшлу; 2. пер. са хзандин (элдин, обществодин) виридалайни гьуьрмет авай кас, чӀехиди, кьиле авайди, гьунбуба; ** Ağsaqqallar şurası (məclisi) ЧIехибурун шура (межлис).
Azərbaycanca-ləzgicə lüğəti / ağsaqqal(Salyan) saman yığmaq üçün alət
Azərbaycan dilinin dialektoloji lüğəti.