mö sözü azərbaycan dilində

Yazılış

  • mö • 44.2478%
  • MÖ • 37.1681%
  • Mö • 18.5841%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Möhsün xan Əmini
Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini (?-?)— İran siyasətçisi. == Həyatı == Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacarlar dövrünün məşhur şəxslərindən biridir. Atası Mirzə Əli xan Əminəddövlə Qacarlar dövlətinin baş naziri olmuşdu. Maarifpərvər şəxs olduğundan məmləkətdə çoxlu məktəblər açmışdı. Möhsün xan da mükəmməl mədrəsə təhsili almışdı. O atasının dövründə siyasi həyata atılmışdı. Bir müddət maliyyə idarəsində içləmişdi. Hacı Möhsün xan Əmini Məşrutə hərakatı dönəmində fəal rol oynamışdı. == Ailəsi == Hacı Mirzə Möhsün xan Əminəddövlənin övladları Əmini sоyadını daşıyırlar. Mirzə Möhsün xan Əminəddövlə Fəxrəddövlə Əşrəf xanım Müzəffərəddin şah qızı Qovanlı-Qacar ilə ailə qurmuşdu.
Hacı Mövlamverdi Kürdmahmudlu
Hacı Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Həyat möcüzədir (film, 2004)
Həyat möcüzədir (serb. Život je čudo/Живот је чудо) — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir. == Süjet == Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür.
III Mömin Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. == Hakimiyyəti == 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
III Mömün Vaçaqan

II Abbad əl-Mötədid
II Abbad əl-Mötədid (1016, Sevilya – 28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar. == Həyatı == Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi. II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna baxmayaraq Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı.
Karl Avqust Möbius
Karl Avqust Möbius (alm. Karl August Möbius‎; 7 fevral 1825[…] – 26 aprel 1908[…], Berlin) – Almaniya hidrobioloqu. İlk dəfə elmə biosenoz terminini elmə daxil etmişdir.
Korra əfsanəsi (III mövsüm)
Kitab 3: Dəyişiklik (ing. Book Three: Change) Korra əfsanəsi cizgi serialının üçüncü mövsümdür. O, 13 seriyadan ("fəsildən") ibarətdir. == Yayımlama == Kitab 3 2014-cü ilin iyunun 27-dən ABŞ-nin Nickelodeon kanalında yayımlanmağa başlamışdı. Lakin aşağı düşən reytinqlərinə iyulun 25-də kanal serialı 8-ci seriyada yayımlamağa kəsdi.
Korra əfsanəsi (II mövsüm)
Kitab 2: Ruhlar (ing. Book Two: Spirits) Korra əfsanəsi cizgi serialının birinci mövsümün ikinci kitabıdır. Yayımı ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-də başladı. == İstehsalı == 2011-ci ildə, əvvəldən tək mövsum olmalı 12 seriyalı Kitab 1: Hava istehsalı zamanı, Nickelodeon 14 seriya əlavə sifariş edib. 2012-ci ilin iyunda ikinci kitabın ssenarisi hazır idi və seriyalar kadrlama lövhəsi və cizgiləmə prosesində idilər. Kitab 2: Ruhlar əvvəldən birinci kitabı cizgiləndirən Studio Mir tərəfindən yox, Yaponiyanın Studio Pierrot tərəfindən cizgiləndirməli idi. Lakin, Mir studiyanın direktoru, Yu Cei Myanq dedi ki, bu razılaşma ilə problemə görə serialın prodüserləri onlardan ikinci kitabını da cizgiləndirmək xahiş elədilər. Onun dediyinə görə, əvvəldən Studio Mir Korra haqqında əfsanə kimi o qədər çətin olayan The Boondocks serialını cizgiləndirməyə seçib, çünki birinci kitab onlar üçün yorucu idi. Beləliklə, Studio Pierrot 1-6 və 9-cu, Studio Mir isə 7-ci, 8-ci, və 10-14 fəsilləri cizgiləndirib. === İrəlilətmə === İkinci kitabdan kadrlar birinci dəfə 2013-cü ilin iyunda reklam videosuda ictimaiyyətə açıqlanıb.
Korra əfsanəsi (IV mövsüm)
Kitab 4: Balans (ing. Book Four: Balance) Korra əfsanəsi cizgi serialının dördüncü mövsümüdür.
Korra əfsanəsi (I mövsüm)
Kitab 1: Hava (ing. Book One: Air) Korra əfsanəsi cizgi serialının birinci mövsümün birinci kitabıdır. Bu mövsumda Aanq haqqında əfsanə serialdan Avatar Aanqın xələfi Korra hava magiyasına öyrənmək üçün Respublika şəhərinə köçür və orada maskalı Amon adlı bir adamın tərəfindən başçılıq edilən Bərabərçilər (ing. Equalists) anti maq üsyançı qrupnan üzləşir. == Yayımlama == Televiziyada ilk efirdən öncə elan edilmişdir ki, əgər Korra Nation (ing. Korra Milləti) adlı sosial şəbəkə platforması 100 000 like yığsa, birinci iki seriya televiziya premyerasından əvvəl onlayn şəkildə çıxacaq. Bu məqsədə çatandan sonra, martın 24-də Viacom-a aid olan bir saytda birinci iki seriya üzə çıxmışdı. Onlar onlaynda həftəsonu ərzində mövcud qalmışlar. Kitab 1: Hava Nickelodeon və Nickelodeon HD kanallarında 2012-ci ilin aprelın 14-dən iyunun 23-ə dək yayımlamışdı. ABŞ-də yaşayanlar üçün bu seriyaları kanalın rəsmi saytda pulsuz onlayn izləmək və yükləmə haqqını almaq olardı.
Kərgədan mövsümü (film, 2012)
Kərgədan mövsümü — 2012-ci ilin filmi. == Haqqında == Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Min möhtəşəm günəş
Min möhtəşəm günəş (ing. A Thousand Splendid Suns) — əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanı. == Süjet == Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == Xalid Hüseyni == Xarici keçidlər == Xalid Hüseyninin "Min möhtəşəm günəş" tamaşası Min möhtəşəm günəş PDF forması Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine Rəsmi facebook səhifəsi (ing.) "MİN MÖHTƏŞƏM GÜNƏŞ – Xalid Hüseyni" (az.). qanun.az. 2014-10-05 tarixində orijinalından arxivləşdirilib.
Mir Ağa Mövsümov
Mövsümov Mirağa Mirmövsüm oğlu (1850, Şamaxı -1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. == Həyatı == Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, Ģəriəti, islam tarixini öyrənmiĢdir. ġamaxıda xüsusi məktəb açmıĢ (1882-87), oğlanlara əlifba və Ģəriət qaydalarını tədris etmiĢdir. 1887 ildə Bakıya köçərək, burada da ġamaxıdakı məktəb kimi məktəb açmıĢdır. 1892 ildə Bakı realnı məktəbində və Cənubi Qafqaz Ģiə ruhani idarəsində xüsusi komissiya qarĢısında imtahan verərək, Ģəriət və Azərbaycan dili müəllimi dərəcəsi almıĢ, uzun müddət Bakı məktəblərində Ģəriətdən dərs demiĢdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji fəaliyyətini davam etdirmiĢdir. Həsən bəy Zərdabi ilə dost olan M.Mövsümov onun millətin oyanmasına kömək edən nəğmələr yazmaq çağırıĢına cavab olaraq, "Əkinçi"də təbliğ olunan fikirlərin məzmununa uyğun yazdığı Ģerləri 1901 ildə Bakıda "Türk nəğmələrinin məcmuəsi" adı ilə kitab halında nəĢr etdirmiĢdir. H.Zərdabi "Türk nəğmələri"nin əhalinin siyasi düĢüncəsinin oyanmasına təsirini yüksək qiymətləndirmiĢ və müasir Ģairlərə M.Mövsümovun yolunu davam etdirməyi məsləhət görmüĢdü. M.Mövsümovun uĢaq Ģerlərindən ibarət "Hədiyyeyi-ətfal" (1911) kitabı da nəĢr olunmuĢdur. 20 əsrin əvvəllərində "rus-müsəlman" məktəbləri üçün "Təcvid" (1909), "ġəriət kitabı" (1909), "Tarixi müqəddəs" (1911), "Əhaili-islam" (1914), "Yeni təlimül-Ģəriə" (1916) və s.
Mir Həsən Mövsümov
Mirhəsən Hacı Mirağa oğlu Mövsümov (1882, Şamaxı – 17 iyun 1907, Bakı) — Hümmət Partiyasının qurucularından biri, naşir, yazıçı-publisist. == Həyatı == İbtidai təhsilini Bakıda mollaxanada və rus-tatar məktəbində almışdır. Bakı Real Məktəbində oxumuşdur. Şəriət müəllimi, alim-metodist, şair Hacı Mirağa Mövsümovun oğludur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, çarizmə qarşı siyasi mübarizəyə qoşulmuş, Məhəmməd Əmin Rəsulzadə, Sultanməcid Əfəndiyev, Məşədi Əzizbəyov, Məmmədsadıq Axundov və başqaları ilə birlikdə Müsəlman Sosial Demokrat "Hümmət" Partiyasının əsasını qoymuşdur. Evində gizli mətbəə yaratmış, "Hümmət" qəzetinin 6 nömrəsini (1904–1905) və bir sıra siyasi vərəqələr buraxmışdır. Sosial-demokratik ideyaları təbliğ etdiyinə görə həbs olunmuş, irəli sürülən ittihamlar sübuta yetmədiyindən azad edilmişdir. Təqiblərdən qurtarmaq üçün Gədəbəyin gümüş, mis mədənlərində fəhlə işləmişdir. O siyasi mübarizədə bədii və publisist sözün təsir gücünə önəm vermiş, "Hümmət", "Dəvət-Qoç", "Təkamül", "İrşad" qəzetlərində müxtəlif janrlarda yazılar (hekayə, pyes, məqalə və s.) dərc etdirmişdir. Seyid Musəvinin "Çaq-çuk", "Təzə əsrin tüluunda", "Məşədi İsmayıl" hekayələri, "Mis mədəni" pyesi, "Bakı həbsxanası" məqaləsi və inqilabi vərəqələri Azərbaycan ədəbiyyatı və publisistikasında özünəməxsus yer tutur.
Mir Möhsün Nəvvab
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa – 1918, Şuşa) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. == Həyatı == İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Mir Möhsün Nəvvab Qarabaği

Mir Möhsün Nəvvabın ev-muzeyi
Mir Möhsün Nəvvabın evi — Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev. == Haqqında == Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi. Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər. Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz dəyəri və yeri vardı. 10 salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi.
Mir Möhsün Nəvvabın evi

Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi - Şuşa şəhəri general Quliyev küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli monumental abidə. 1960-cı ildə UNESCO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulub. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra abidə dağıdılıb. == Tarixi == Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab 1919-cu ildə vəfat etmişdir. Qəbrinin üzərində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılmışdır: 1957-ci ildə Tokay Məmmədov Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Abidənin memarı Rasim Əbdürrəhmanovdur. 1960-cı ildə UNESCO tərəfindən qəbirdə təmir işləri aparılıb. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin 9 may tarixində Şuşanı işğal etdiyi zaman abidə ermənilər tərəfindən dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra abidənin qalıqları aşkar edilib.
Mir Mövsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. == Həyatı == 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. == Mir Mövsüm Ağa ziyarətgahı == Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. == Həyatı == Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. == Ailəsi == Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.

"mö" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mö nədir? #mö sözünün mənası #mö nə deməkdir? #mö sözünün izahı #mö sözünün yazılışı #mö necə yazılır? #mö sözünün düzgün yazılışı #mö leksik mənası #mö sözünün sinonimi #mö sözünün yaxın mənalı sözlər #mö sözünün əks mənası #mö sözünün etimologiyası #mö sözünün orfoqrafiyası #mö rusca #mö inglisça #mö fransızca #mö sözünün istifadəsi #sözlük