* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Gil palçıqdan tikilmiş divar, hasar. Onlar bağçanın içi ilə ötüb, möhrədən aşıb vağzala keçdilər. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / möhrə2 ə. 1) hər cür girdə şey; kürəcik; 2) şüşə muncuq; 3) balıqqulağı, sədəf (kağızın yazılacaq üzünü ahərləmək üçün işlədilirdi); 4) şahmatda: fiqurlardan birinin adı (şah, vəzir, fil, at, top).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / möhrə1 1 сущ. диал. глиняный забор, ограда. Möhrə çəkmək построить забор, ограду (из глины) 2 сущ. диал. гайка. Möhrə qayırmaq изготовлять гайки
Azərbaycanca-rusca lüğət / möhrəI (Ağdaş, Biləsuvar, Culfa, Əli Bayramlı, Gəncə, Goranboy, Göyçay, Masallı, Mingəçevir, Kürdəmir, Şamaxı, Şərur, Ucar) 1. palçıq divar (Ağdaş, Biləsuvar, Goranboy, Gəncə); – Möhrə palçıxdan olur (Ucar); – Palçığı yetişdir ki, möhrə axmasın (Culfa); – Odey, möhrə:n yanında durublar (Şamaxı); – Bizim möhrə təzə çəkilib (Ağdaş); – Tamam torpaxdan örülmüş barıya möhrə deyirix’ (Gəncə) 2. çəpər (Göyçay, Kürdəmir); – Həyətin yanına möhrə çəkirdük (Göyçay); – Bağun dört bir tərəfinnən möhrə çəkirsən ki, heyvan-zad girməsin (Əli Bayramlı) II (Ağdaş, İrəvan) qayka. – Bir yaxşı möhrə qayır (İrəvan); – Möhrəni bu dəmirin altına qoy (Ağdaş)
Azərbaycan dilinin dialektoloji lüğəti.