möhür sözü azərbaycan dilində

möhür

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • möhür • 91.9107%
  • Möhür • 7.9498%
  • MÖHÜR • 0.1395%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Möhür Qanunu
Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar. Massaçusetsdən Cənubi Karolinaya qədər, bu qanun ləğv edildi və xalq kütlələri bədbəxt gömrük agentlərini öz idarələrini tərk etməyə məcbur edərək, nifrət doğuran möhürləri sıradan çıxardılar. Nümayəndə Pətrik Henrinin təhriki ilə Virciniya Bələdiyyə Palatası may ayında təqdim olunmadan vergiqoymanı kolonial azadlıqlar üçün təhlükə hesab edən bir neçə qətnamə qəbul etdi. Bələdiyyə Palatası elan etdi ki, virciniyalıların da ingilislərin hüquqları kimi hüquqları var və ona görə də onlara ancaq öz nümayəndələri vergi qoya bilər.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürü
Dövlət möhürü — Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində üzərində dövlətin adı və gerbi təsvir olunan əsas dövlət rəmzi. == Müsabiqənin elan olunması == Cümhuriyyət Hökuməti 1919-cu il martın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürünün layihəsini hazırlamaq üçün müsabiqə elan olunması barədə qərar qəbul etdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-nə qədər poçt və teleqraf nazirliyinə təqdim edilməli idi. Lakin həmin müsabiqənin nəticələri barədə hələlik məlumat aşkar edilməmişdir. İkinci dəfə isə Cümhuriyyət Hökuməti 1920-ci il yanvarın 30-da Dövlət himni və gerbi ilə yanaşı, Dövlət möhürünün də layihəsini hazırlamaq barədə qərar qəbul etdi. Qərara əsasən, bu məsələ ilə bağlı müsabiqə elan olunması xalq maarifi nazirinə həvalə olundu. Xalq maarifi nazirliyi müsabiqə barədə qəzetlərdə verdiyi elanlarda Dövlət himni, gerbi və möhürü üçün müsabiqəyə təqdim olunacaq layihələrin həmin il mayın 1-nə qədər məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına göndərilməsini xahiş edirdi. Müsabiqənin nəticələri Azərbaycan İstiqlalının ikinci ildönümünə, yəni 1920-ci il mayın 28-nə qədər elan olunmalı idi. 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı müsabiqənin başa çatmasına imkan vermədi. == AXC-nin hərbi ordenlərinin, milli himninin, gerbinin və möhürünün hazırlanması haqqında qərar == Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzlərinin yaradılmasına həsr olunmuş mühüm qərar.
Dövlət möhürü (AXC)

Yaponiyanın İmperator möhürü
Yaponiyanın İmperator möhürü— 16 - sarı və ya narıncı rəngdə rəmzi ləçəkli payızgülü. Kamakura dövründən başlayaraq, yapon imperatorları və Yaponiyanın imperator ailəsinin üzvlərinin emblemi sayılır. Yaponiyanın gerbi olmadığından, bəzən dövlət gerbi kimi də istifadə olunur. Şəxsi möhür kimi imperator Qo-Toba ilk dəfə istifadə edib. Bu emblem 1869-cu ildə qəbul olunub. 1871-ci il fərmanına əsasən Yaponiya imperatorundan başqa heç kimə bu möhürü istifadə etməyə icazə yox idi. İkinci dünya müharibəsindən sonra bu qadağa ləğv olundu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.33 dəfə / 1 mln.
2003 •••••• 1.57
2004 ••••• 1.35
2005 •••••••••• 2.70
2006 •••••• 1.58
2007 •••• 0.85
2008 •• 0.49
2009 •••••• 1.60
2010 •••••••• 2.18
2011 ••••••••••••••• 4.12
2012 •••••••••• 2.50
2013 •••••••••••••••••••• 5.54
2014 •••••••••••• 3.09
2015 •••••• 1.53
2016 ••• 0.69
2017 •••••• 1.46
2018 •••••• 1.50
2019 •••••••••••• 3.20
2020 •••••••• 2.12

möhür sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Üzərində bir idarənin, təşkilatın və ya şəxsin adı həkk olunmuş metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır). İdarənin möhrü. – Yazılı məktuba 20 nəfər imza atıb möhrünü basdı. M.S.Ordubadi. [Sona:] Şəhər komandanlığının möhrü basılmış kağızlardır. H.Nəzərli. // Həmin alətin (damğanın) kağız və s. üzərindəki izi, surəti, şəkli. Arayışın möhrü aydın deyil. – …Gah paketə baxır, gah markaları, poçtun möhrünü gözdən keçirirdi. Ə.Sadıq. // Hökmdar nişanı, damğası. [Nüşabə:] Bu Kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura. A.Şaiq. 2. dan. Müsəlmanların müqəddəs saydıqları Məkkə, Kərbəla, Məşhəd kimi yerlərin torpağından düzəldilən və şiələrin namaz zamanı səcdəyə gedərkən alınlarını söykədikləri quru gil parçası. [Güldəstə:] İstəyirsən … axşamdan sübhədək başını möhrə döy, ondan bir şey çıxmayacaq. N.Vəzirov. [Rza:] Atam alnını möhrə qoyub ağlayır, ağlayırdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / möhür

möhür sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 MÖHÜR I is. [ fars. ] Peçat, damğa. Möhür də ondadır, qol da ondadır (H.Arif). MÖHÜR II is. [ fars. ] din. Təriqətinə mənsub müsəlmanların namaz zamanı alınlarını qoyduqları yumru və ya oval formasında olan quru gil parçası. Deyirlər hər sabah alnın möhürdə; Genə yalvarırsan Rəsulillaha… (A.İldırım).

    Azərbaycan dilinin omonimlər lüğəti / möhür

möhür sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. печать: 1) приспособление с вырезанными знаками для оттискивания их на чём-л. (на бумаге, сургуче, воске и т.п.). İdarənin möhürü печать учреждения, dəyirmi möhür круглая печать, surquç möhürü сургучная печать, gerbli möhür гербовая печать, möhürü saxtalaşdırma подделка печати 2) оттиск этих знаков, служащий обычно для засвидетельствования, удостоверения чего-л. Möhür vurmaq (basmaq) прилагать, приложить печать к чему-л., imzasını möhürlə təsdiq etmək kimin удостоверить чью подпись печатью, möhür basması оттиск печати, vəsiqənin möhürü печать на удостоверении 2. плоский четырёхгранный или шестигранный брусок (кружок) из глины из святых мест (из Кербелы, Мекки, Мешхеда), к которому мусульмане прикладываются лбами при совершении намаза

    Azərbaycanca-rusca lüğət / möhür

möhür sözünün inglis dilinə tərcüməsi

möhür sözünün fransız dilinə tərcüməsi

möhür sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. муьгьуьр (1. кӀумп, печать; // чарчел янвай гьа алатдин гел, шикил; 2. рах. Мекке, Кербала, Мешгьед хьтин мукъаддас чкайрин накьвадикай раснавай ва шиийри капӀ ийидамаз ппел эцигдай кьуру чепедин кӀус).

    Azərbaycanca-ləzgicə lüğəti / möhür

möhür sözünün türk dilinə tərcüməsi

möhür sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılan rəsmi damğa.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"möhür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#möhür nədir? #möhür sözünün mənası #möhür nə deməkdir? #möhür sözünün izahı #möhür sözünün yazılışı #möhür necə yazılır? #möhür sözünün düzgün yazılışı #möhür leksik mənası #möhür sözünün sinonimi #möhür sözünün yaxın mənalı sözlər #möhür sözünün əks mənası #möhür sözünün etimologiyası #möhür sözünün orfoqrafiyası #möhür rusca #möhür inglisça #möhür fransızca #möhür sözünün istifadəsi #sözlük