* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Vacib, lazımlı. Mühüm iş. – Həsəni yenə fikir götürdü: yataq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Çəmənzəminli. İki saat əvvəl başlanmış bu iclasda çox mühüm məsələlər müzakirə olunmuş(du). Ə.Vəliyev. 2. Xüsusi əhəmiyyəti olan, xüsusi diqqət verilməli olan; əhəmiyyətli. Mühüm sənəd. Mühüm məsələ. Mühüm kəşf. – Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. M.S.Ordubadi. Sabahkı vuruşma qəti və mühümdür. H.Nəzərli.
Azərbaycan dilinin izahlı lüğəti / mühüm2 прил. важный. Mühüm hadisə важное событие, mühüm mərhələ важный этап, mühüm nəticə важный результат, mühüm qərar важное решение, mühüm əhəmiyyətə malik olmaq иметь важное значение
Azərbaycanca-rusca lüğət / mühüm1 s. important, significant, substantial, vital, urgent; ~ qeyd remark very much to the point; ~ düzəliş important amendment; ~ əhəmiyyət vital importance
Azərbaycanca-ingiliscə lüğət / mühüm1 [ər.] прил. 1. важиб, лазимлу; 2. кьетӀен метлеб авай, асул кар алай, еке метлеб авай.
Azərbaycanca-ləzgicə lüğəti / mühüm