düyüm sözü azərbaycan dilində

düyüm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düyüm • 87.8788%
  • Düyüm • 12.1212%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2008 ••••••••••••••••••• 0.24
2010 ••••••••••••••• 0.18
2012 •••••••••••••••••••• 0.26
2013 •••••••••••• 0.15
2014 •••••••••••••• 0.17

düyüm sözünün leksik mənası və izahı

  • 1 bax düyün1. Qaşlarının düyümünü; Elə bil kimsə açdı; Qırışdı gözlərinin kənarı; Dodaqların da qaçdı. R.Rza. Sayalı arvad kənddə dünyagörmüş ağbirçək sayılırdı. Düyümləri açar, tilsimləri sındırardı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / düyüm

düyüm sözünün rus dilinə tərcüməsi

düyüm sözünün ləzgi dilinə tərcüməsi

"düyüm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düyüm nədir? #düyüm sözünün mənası #düyüm nə deməkdir? #düyüm sözünün izahı #düyüm sözünün yazılışı #düyüm necə yazılır? #düyüm sözünün düzgün yazılışı #düyüm leksik mənası #düyüm sözünün sinonimi #düyüm sözünün yaxın mənalı sözlər #düyüm sözünün əks mənası #düyüm sözünün etimologiyası #düyüm sözünün orfoqrafiyası #düyüm rusca #düyüm inglisça #düyüm fransızca #düyüm sözünün istifadəsi #sözlük