dünyam sözü azərbaycan dilində

dünyam

Yazılış

  • dünyam • 91.8033%
  • Dünyam • 7.3770%
  • DÜNYAM • 0.8197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mənim dünyam (film, 2013)
Mənim dünyam 2013-cü ildə Uğur Yücel tərəfindən çəkilmiş bədii filmdir. Baş rollarda Beren Saat və Uğur Yücelin çəkildiyi bu filmdə, baş rolları ifa edən aktyorları Ayça Bingöl, Melis Mutluç, Turqay Kantürk, Hazar Ergüçlü, Yasemin Conka və Erdal Küçükkömürcü müşayiət edir. Bu, Helen Kellerin "Yaşadığım Dünya" adlı avtobioqrafik romanı əsasında 2005-ci ildə çəkilmiş Qara adlı hind filminin kopyasıdır. Filmin premyerası 22 oktyabr 2013-cü ildə baş tutmuşdur. == Filmin süjet xətti == Uşaqlıqda keçirdiyi xəstəlikdən sonra kar, kor və lal olan Ela 8 yaşına qədər həyatdan xəbərsiz yaşayır. Elanın həyat mübarizəsi eyni vəziyyətdə böyük bacısını faciəvi şəkildə itirən Mahir Hoca ilə tanış olduqdan sonra başlayır. Qaradan ağa doğru uzanan bu səyahətdə yalnız bir sözə yer yoxdur: qeyri-mümkün. Sükutun səsə, qaranlığın işığa çevrildiyi film; Mənim Dünyam qaranlığı görə bilənlərin, qaranlığın mənasını yenidən yazanların hekayəsidir.
Mənim Çörəkli Dünyam (1991)
Mənim çörəkli dünyam (film, 1991)
Afaq Məlikova. Rəqs dünyam mənim (film, 2017)
Ceyhun Dünyamalıyev
Dilsuz Dünyamalıyev
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azər­bay­can Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir. Ailəlidir. İki övladı, beş nəvəsi, iki nəticəsi var.
Dünyamallar bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 28 aprel 1920, Qoçulu – 27 iyul 2024, Çapala, Kvemo-Kartli) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937–1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Dünyamalı Məmmədov
Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizəd olan Dünyamalı Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Dünyamalı Məmmədov(geroy)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Dünyamalı Məmmədov (əmək qəhrəmanı)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Dünyamalı Əmircanov
Dünyamalılar
Dünyamalılar – Azərbaycan Respublikasının Beyləqan rayonunun Dünyamalılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Mil düzündədir. Yaşayış məntəqəsi Mil düzündə yayılmış xələc tayfasının dünyamalılar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin keçmiş adı da Xələc olmuşdur. == İqtisadiyyat == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. Dünyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan Konserv zavodu fəaliyyət göstərir. == Əhalisi == === Tanınmışları === Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Dünyamin Tağızadə
Dünyamin Xəlilov
Dünyamin Zakir oğlu Xəlilov (11 dekabr 1961, Tbilisi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Dünyamın Xəlilov 11 dekabr 1961-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. Dünyamın Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir. Dünyamın Xəilov 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur. Rus, gürcü və ingilis dillərini bilir. Evlidir, 1 övladı var == Siyasi fəaliyyəti == Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir. O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Dünyamin Yunusov
Dünyamin Yunusov (tam adı: Dünyamin Yunusov Nurqələm oğlu) — filologiya elmləri doktoru, professor. == Həyatı == Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Evlidir, iki övladı və üç nəvəsi vardır. 28 Mart, 2017-ci il tarixdə vəfat etmişdir. == Təhsili == 1957–1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurmuş və 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır. == Karyerası == Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılmışdır. 1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət etmiş və 1975-ci ilin yanvar ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini davam etdirməyə başlamışdır. 1985-ci ildə Tbilisi şəhərində "Müasir ingilis dilində "that" bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi" adlı namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmiş və qısa müddətdə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. D. N. Yunusov 1988-ci ildə dosent vəzifəsinə seçilmişdir. 2007-ci ildə "Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi" adlı doktorluq dissertasiyasını müdafiə etmiş və elə həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Dünyamın mərkəzi (film, 2016)
Dünyamın mərkəzi - Yakob M. Ervanın rejissorluğunda 2016-cı il romantik dram filmi. == Məzmun == 17 yaşındakı Fil yay düşərgəsindən qayıdaraq anası Qras və bacısı Dayan ilə birlikdə yaşadığı Visibleyə qayıdır. Filin ailəsini qəribə olaraq qəbul edən qəsəbənin digər sakinlərinin ailə ilə, demək olar ki, ünsiyyəti yoxdur ( Dayanın heyvanlarla danışdığı iddia olunur). Ancaq Fil üçün həmişə yaxşı tövsiyələri olan Tereza tez-tez onları ziyarətə gəlir. Fil anası ilə bacısı arasında nəyinsə dəyişdiyini və bir-birləri ilə danışmadıqlarını fərq edir. Fil yayın son günlərini yaxın dostu Kat ilə keçirdir. Məktəb başlayanda isə sinfə təzə oğlan - Nikolas gəlir. Tezliklə Fil ilə Nikolas arasında ehtiraslı sevgi başlayır. Amma Fil Nikolasın onun haqqında nə düşündüyünü dəqiqləşdirə bilmir. Sonrasında Katın Nikolasla Filə xəyanəti onu çox sarsıdır.
Elsevər Dünyamalıyev
Elşən Dünyamalıyev
Kərim Dünyamalıyev
Dünyamalıyev Kərim Həmdulla oğlu – yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı == Mənbə == 1953-cü iyulun 28-də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Kiyev rəssamlıq məktəbini (1981), Kiyev Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1985). Azərbaycan Mədəniyyət Nazirliyinin təmir-tikinti idarəsində – "Bərpaçı"da rəssam, (1988–1991) işləmişdir. 1991–1995-ci illərdə könüllü olaraq xüsusi təyinatlı əlahiddə taburda zabit kimi xidmət etmiş, döyüş bölgələrində gedən döyüşlərin iştirakçısıdır. "Xəyal" MTRŞ-nin icraçı direktoru olmuşdur (2007–2008) . Ondan çox kitabın müəllifidir. Kərim Dünyamalı 2005-ci ildə Həcc ziyarətində olub.
Məhəmməd Dünyamalıyev
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu — texnika elmləri doktoru, professor. == Həyatı == Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuşdur. 1962-ci ildə riyaziyyat ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra APİ-nun Ali riyaziyyat kafedrasında assistent, böyük müəllim işləmişdir. 1964-1969-cu illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunun aspirantı olmuşdur. 1970-ci ildə "Mayenin süzülməsinin və quyuların rasional yerləşməsinin bəzi məsələləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Dərinlikdə yerləşən neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya proseslərinin hesabat nəzəriyyəsi və üsulları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi, 2003-2006-cı illərdə - Azərbaycan MEA Geologiya institutunun "Neft yataqlarının işlənilməsi və neft və qaz hasilatının proqnozlaşdırılması" şöbəsində baş elmi işçidir. 2006-cı ildən bu günə qədər ATU-nin "Riyaziyyat" kafedrasının professorudur. == Elmi fəaliyyəti == Dünyamalıyev M.A. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqat sahəsi: neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya effektlərinin və dağ süxurlarının sürüşməsinin öyrənilməsi.
Təhməzqulu ağa Dünyamalıoğlu
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). == Həyatı == Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. === Partiya fəaliyyəti === 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
Əhməd Dünyamalıyev
Əhməd İsmayıl oğlu Dünyamalıyev (1 may 1926, Malatkeşin, Zəngilan rayonu – 11 fevral 1991, Bakı) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1971). == Həyatı == 1 may 1926-cı ildə Zəngilan rayonunun Malakeşin kəndində doğulub. 1944–1962-ci illərdə "Gürgan-neft" qazmakəşfiyyat trestində qazmaçı, 1962–1992-ci illərdə isə "Xəzər-dənizneft" birliyində buruq ustası işləmişdir. 1992-ci ildə Bakıda vəfat edib. == Təltifləri == Lenin ordeni və medallarla təltif olunmuşdur.

"dünyam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dünyam nədir? #dünyam sözünün mənası #dünyam nə deməkdir? #dünyam sözünün izahı #dünyam sözünün yazılışı #dünyam necə yazılır? #dünyam sözünün düzgün yazılışı #dünyam leksik mənası #dünyam sözünün sinonimi #dünyam sözünün yaxın mənalı sözlər #dünyam sözünün əks mənası #dünyam sözünün etimologiyası #dünyam sözünün orfoqrafiyası #dünyam rusca #dünyam inglisça #dünyam fransızca #dünyam sözünün istifadəsi #sözlük