* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Dünyanın əmələ gəlməsi. 2. Yer kürəsi, yer üzü, aləm. Dünyanın qitələri. Dünyanı dolaşmaq. Dünyada elə bir qüvvə yoxdur ki, bizə qalib gəlsin. – Bütün dünyanı gəzsən, yenə də belə at tapa bilməzsən. “Koroğlu”. Dünyada gözəl çoxdu; İlqar birinən gərək. Sarı Aşıq. Əsrlər uzunu Azərbaycan qızlarının toxuduğu al-əlvan xalılar dünyanın çox ölkələrində yayılmış və şöhrət tapmışdır. M.İbrahimov. // Bizi əhatə edən aləm, bütün varlıq, bütün canlılar; mühit. Qaranlıq çökdü, bütün dünya sükuta qərq oldu. – …Dünyada bəzi vaxt, bəlkə də çox vaxt, çox təəccüblü işlər ittifaq düşür… C.Məmmədquluzadə. [Fitnə:] Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. // Yer üzünü, dünyanın bütün xalqlarını əhatə edən və ya bütün dünya üçün əhəmiyyəti olan. Dünya müharibələri. Dünya tarixi. Dünya bazarı. Dünya hadisələri. Dünya rekordu. – Bunlar çox zaman qapı qabağında görüşürlər, dünya müharibəsindən, qıtlıqdan, zülmdən, zalımdan söhbət edirlər. S.Rəhman. // Dini təsəvvürlərə görə, əbədi sayılan “o dünyaya” (axirətə) müqabil olaraq müvəqqəti sayılan yaşadığımız aləm. Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini; Çünki beşgünlük olur bülbülişeydadə fərəh. S.Ə.Şirvani. [Dərviş:] Ey cavan, otuz ildir mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. A.Divanbəyoğlu. □ Dünya malı – fani sayılan bu dünyanın maddi nemətləri. [Vəzir:] Əgər Abbas ilə Pərinin arasını vurdursan, səni dünya malından qəni eləyərəm. (Nağıl). İstəmərəm bu dünyanın malını; Qovğasını, fitnəsini, alını. M.V.Vidadi. 3. məc. Müəyyən ictimai quruluş; mədəni və ictimai-tarixi əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit. Gərək tazə üsul üzrə açılsın cümlə məktəblər; Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı. S.Ə.Şirvani. Yeni dünya quran insanlar hər şeydən qabaq namuslu, təmiz vicdanlı olmalıdırlar. Ə.Vəliyev. // məc. Qayda, nizam, həyat quruluşu, həyat tərzi. [Əsgər:] …Bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun? Ü.Hacıbəyov. [Həmzə] belə bir səfərə çıxmaq üçün cahan müharibəsinin kəsilməsini, dünyanın düzəlməsini səbirsizliklə gözləyirdi. Ə.Əbülhəsən. 4. məc. İnsanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hissləri, təəssüratı, təsəvvürləri. Gəncin əlini sıxarkən, elə bil, onun dünyası dəyişirdi. M.S.Ordubadi. Hər ürəyin öz dünyası bir səadət arzular; Qanlar ilə yazılmışdır hər azadlıq dastanı. S.Vurğun. Udub qızıl bayraq altda onun təmiz havasını; Ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını. S.Rüstəm. [Sarxan] bir an üçün xatirələr dünyasına atıldı. M.Hüseyn. 5. məc. Bütün insanlar, adamlar; el, xalq, camaat. Dünya yığılsa da, dediyindən əl çəkməz. Qışqırıq səsinə dünya töküldü, gəldi. Bu nədir, dünyanı başına yığmısan! – Məftun kimidir kəndinə, dünyaları saymaz… H.Cavid. // məc. İnsanların müəyyən fəaliyyət sahəsi, aləmi. Elm dünyası. Tibb dünyası. Elm dünyasında yeni nə var? – Və lakin, bu arada çox az bir müddətin fasiləsində mətbuat dünyasında xeyli bir nəfəs genliyi əmələ gəldi. C.Məmmədquluzadə. İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. M.İbrahimov. // İnsanların ictimai peşə, sənət, məişət və s. cəhətdən götürülən ayrıca təbəqəsi, qrupu, zümrəsi. Artistlər dünyası. Yazıçılar dünyası. 6. Çoxlu miqdarda pul, mal, dövlət və s. (bu mənada bəzən cəm şəklində işlənir). Əhməd baxıb gördü, heyvanlar bütün dünyanı gətiriblər. Heyvanlardan çox razılıq elədi. (Nağıl). Ol ki bir şişə şərabı ilə, dünyanı verib; Etiqadım budur, ol kəs genə məğbun eylər. S.Ə.Şirvani. □ Dünya(lar) qədər – lap çox, son dərəcə çox, hədsiz. Dünyalar qədər xoşbəxtdir. O, anasını dünyalar qədər sevir. – Aygün hələ soyunmamış toy paltarını; Hələ şaddır, bəxtiyardır dünyalar qədər. S.Vurğun. Dünyaya (dünyalara) dəyər – çox qiymətli, dəyərli şey haqqında. Gözəl olur bu yerlərin səhəri; Məncə, vardır dünyalara dəyəri. A.Şaiq. // “Bir” sözü ilə: bir dünya – çoxlu, son dərəcə çox, külli, sonsuz. Bir dünya yeni kitab almışam. Tamaşada bir dünya adam var idi. – Odur, şair oturmuş balaca miz dalında; Quş lələyi əlində, bir dünya xəyalında. B.Vahabzadə. 7. Dünyada, dünyasında şəklində – qətiyyən, heç, heç vaxt, əsla. Dünyasında belə şey ola bilməz. Dünyasında razı olmaz. Dünyasında elə adam deyil. – Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Ə.Haqverdiyev. 8. Dünya(lar)ca şəklində – bax dünya(lar) qədər (dünya 6-cı mənada). Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. C.Məmmədquluzadə. ◊ Dünya (bütün dünya) dağılsa (da) – 1) heç bir şeyə baxmayaraq, mütləq. [Aslan bəy:] Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa, gələcək. C.Cabbarlı; 2) qətiyyən, heç bir vaxt, əsla. Dünya dağılsa da, demərəm. – Bu dünya dağılsa da, sən qəlbimdəsən, ey şux; İlahəsən, dar gündə səni anmaq savabdır. Şəhriyar. Dünya (gen dünya) başına daralmaq (dar olmaq) – böyük kədər, fəlakət üz vermək, son dərəcə pərişan olmaq, kədərlənmək. Səni görən gözlər sənsiz dayanmaz; Gen dünya başına daralı, Sədəf! Aşıq Bağban. Belə olardısa, Rüstəmin başına dünya daralardı! S.Rəhimov. Dünya bir-birinə dəymək – 1) qarışıqlıq düşmək, vəlvələ düşmək, çaxnaşma düşmək; 2) sarsılmaq, ağlını itirmək. Əkbərin gözü qızın gözlərinə sataşanda dünya bir-birinə dəydi. Mir Cəlal. Dünya evi klas. – ömür, insan həyatı mənasında. Tapmadı, Vahid, hələ heç kəs bu xəttin sahibin: “Qaldı bu dünya evi divanədən-divanəyə”. Ə.Vahid. Dünya əhli – axirətə inanmayaraq bu dünyanın zövq və nemətlərindən istifadə edən adam. Dünya görmək – həyat təcrübəsi qazanmaq, təcrübələnmək. O, dünya görmüşdür… Bilir yağılar; Boransız, süngüsüz məhv olan deyil. S.Vurğun. Qoca qartal dünya görüb. İ.Əfəndiyev. Dünya gözəli – çox gözəl qız (qadın) haqqında; dilbər. Dünya gözəli, qaçma bəşərdən. S.Vurğun. [Fəxrəddin:] Cahanbanu bəyim bunu mənə güzəştə gedərdi. Lakin bu dünya gözəlini qiymətdən düşürən onun şeytanlığıdır… M.S.Ordubadi. Dünya işığı görmək – azadlığa çıxmaq, qapalı həyatdan azad olmaq. Toy məclisindən savayı bir yer yoxdu ki, qızlar dünya işığını görə biləydi… R.Əfəndiyev. Dünya işığı görməmək – azadlıqdan məhrum bir vəziyyətdə olmaq, qapalı həyat keçirmək. Keçmişdə qadınlar dünya işığı görməzdilər. Dünya işığına həsrət qalmaq – bax dünya işığı görməmək. Qadını dünya işığına həsrət qoyan çadra indi bizə arxaik bir şey kimi görünür… M.İbrahimov. Dünya kədəri ədəb. – XVIII əsrin axırı və XIX əsrin əvvəlində Avropa ədəbiyyatında ifrat bədbinliyi və ümidsizliyi ifadə edən əhvali-ruhiyyə. Dünya üzü – bax dünya 2-ci mənada. [Kərəm:] Bu dünya üzündə üç şey zay olmaz; Biri yaxşılıq, biri elm, biri nan. “Əsli və Kərəm”. Bir də görsəm göz açıb, gər ol güli-rəna üzün; Görmək istərsəm, gözüm çıxsın əgər dünya üzün. S.Ə.Şirvani. Dünyada durmaq – yaşamaq, var olmaq, baqi qalmaq, əbədi qalmaq. Mən gedərsəmsə, məramım yenə dünyada durar. M.Ə.Sabir. Dünyadan bixəbər – heç bir şeydən xəbəri olmayan, qafil, cahil. Bunlar, bu mürtəce ünsürlər Azərbaycan xalqını elmsiz, savadsız, dünyadan bixəbər, bir sözlə, müstəmləkə xalqları kimi qul halına salmaq istəyirdilər. M.İbrahimov. Dünyadan əl çəkmək – dünya işlərindən uzaqlaşmaq, həyatda olan işlərlə, hadisələrlə daha maraqlanmamaq. Sən dünyadan əl çəkib məhkum etdin özünü. N.Rəfibəyli. Dünyadan getmək – bax dünyadan köçmək. Öldü eşqindən Nəsimi, iştə dünyadan gedir. Nəsimi. Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. Dünyadan xəbərsiz – bax dünyadan bixəbər. [Xavərə] elə gəldi ki, Kərimxanı, Xavəri və dünyadan xəbərsiz yatmış balaca Azadı gözaltı diqqətlə süzən qonağın qəlbi həsədlə, kinlə doludur. M.İbrahimov. Bir çox kəndlər qartal yuvası kimi sarp qayaların arasında dünyadan xəbərsiz yaşayırdılar. S.Şamilov. Dünyadan irtihal etmək kit. – bax dünyadan köçmək. Dünyadan köçmək – ölmək, vəfat etmək. Dostunu anarkən elə bu zaman; Əsrimin qızı da köçmüş dünyadan. M.Rahim. Dünyanı almaq (tutmaq) – hər yeri əhatə etmək, qaplamaq, hər yerə yayılmaq. Sel dünyanı almışdır. İşıq dünyanı aldı. – Bir zaman zülm tutdu dünyanı; Ucalır xalqın ərşə əfğanı. S.Ə.Şirvani. Zəlzələ dünyanı tuta, bu çinarların halına təfavüt eləməz. Mir Cəlal. Dünyanı başına dar etmək – son dərəcə kədərləndirmək, sarsıtmaq, çətin, çıxılmaz vəziyyətə salmaq. Bu qiyam dünyanı xainlərin başına dar edəcəkdir. M.İbrahimov. Dünyanı başına götürmək – bərk çığırmaq, bağırmaq, qışqırmaq, fəryad qoparmaq, səsküy salmaq. Dünyanı başına vurmaq (çalmaq) – sarsıtmaq, çox ağır təsir etmək, son dərəcə kədərləndirmək. Elə san dünyanı çaldı başıma; Aman, ana, dur, gör ağlayan kimdir? Aşıq Əmrah. Dünyanın dərdi – hamının qayğısı, hamının dərdi, fikri. [Süleyman Əsgərə:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. Dünyaya (dünyalara) sığmaz yaxud sığmayan – son dərəcə məsud, xoşbəxt adam haqqında. Genə dünyalara sığmaz, nə olubdur, Seyyid? Xoş baxıbdır üzünə, yoxsa genə yarı bu gün. S.Ə.Şirvani. Dünyaya əlvida demək (etmək) tənt. – ölmək. Dünyaya gələn – doğulan, törəyən, meydana gələn, vücuda gələn. [Rizvan:] Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ə.Haqverdiyev. Dünyaya gəlmək – doğulmaq, anadan olmaq, törəmək, vücuda gəlmək, meydana gəlmək. Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar? S.Ə.Şirvani. Əziz balalar, nə yaxşı vaxtda siz dünyayə gəlmişsiniz. N.Nərimanov. Ey bu gün dünyaya gələn körpələr; Göz açın, yurdumuz nə tamaşadır! S.Vurğun. Dünyaya gəlmiş – doğulmuş, anadan olmuş, törəmiş. Biçarə qadın bu hadisədən sonra, yeni dünyaya gəlmiş qız nəvəsini götürüb … qohumugilə köçür. S.S.Axundov. Dünyaya gətirmək – törətmək, doğmaq, yaratmaq, vücuda gətirmək. Biri məni bu dünyaya gətirmişdir məhəbbətlə; Öpüb-qucmuş, boyabaşa yetirmişdir məhəbbətlə. S.Vurğun. Dünyaya gözlərini yummaq tənt. – ölmək. Dünyaya səs salmaq – dünyanın hər yerində eşidilmək, məşhur olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / dünya3 ə. 1) ən yaxın aləm; bu dünya; 2) kainat; 3) m. çox(lu).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dünya4 \. 1. Bir-biri ilə qanuni əlaqəsi olan, bir sistemlə müəyyənləşmiş tək-tək şeylərin və hadisələrin hamısı. Yaxud eyni qaydalara və qanunlara bağlı olan şeylərin, varlıqların təşkil etdiyi bütün. Üzərində yaşadığımız Yer üzü planeti. Şüurun xaricində qalan hər şeydən ibarət olan obyekt dünyası. Dünyagörüşü \ – Kainatın mənasını, prinsi-pini, dəyərini, insan varlığını və davranışlarını tamamilə qavra-mağa çalışan ümumi düşüncə, dünyaya ümumi bir baxış. EFORAT - Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir. EVDEMONİZM \ – etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoş-bəxtliyi, səadəti təmsil edər. EVRİSTİKA \ – yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan metodları öyrənən elm. EQO \. bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. fərdi o biri varlıqlardan ayıran şüur. Freydə görə əsas və ən primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların ən eqoistcəsinə doyurulmasıdır EKKLESİYA - Qədim Yunanıstanda xalq yığıncağınım ən çox yayılmış adı.Bütün növ məsələlər Ekklesiyada müzakirə edilirdi. EKZOQAMİYA (yunanca ―ekzo‖-xarici, ―qamos‖-nigah) – hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı. ELİTA fransızca seçilmiş deməkdir. Hakimiyyətin daşıyıcısı anlamına gəlir. EMFİTEVZİS - Roma hüququnda başqasının torpağından istifadəyə olan irsi hüquq. Yüz il və daha uzun müddətə bağlanan icarə müqaviləsi ilə müəyyən olunurdu və icarəyə götürən, torpaqdan istifadəyə və sərancam verməyə münasibətdə bütün hüquqlara malik idi. ENDOQAMİYA (yunanca ―endoi‖-daxili, ―qamos‖-nikah) –hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik kimi qəbilənin çox mühüm əlaməti olmuşdur. EQOİZM \ – 1. Ümumi mənada: mən düşkünlüyü, özünə düşkünlük, başqalarını hesaba qatmadan ancaq özünü düşünmək, öz mənfəətini düşünmək. İnsanı cəmiyyətə və digər adamlara münasibəti baxımından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət. EQOSENTRİZM \ – sözün kökü latın dilindəki ―ego – mən‖ kəlməsindən törəyib. – sentrizm əlavəsi isə ideya və konsepsiyalarda artırılan şəkilçi mahiyyətini daşıyır. Centr – mərkəz, ism – isə ideologiya mənasını ifadə edir. Ərəbcə variantı isə mən - أ ؤٔ sözünə ي – üçün şəkilçisi artırılmaqla düzəlmişdir. ―Mən‖i qərar və hadisələrin mərkəzinə yerləşdirmə, yaxud insanın öz aləmini yüksəklərə qaldıraraq bütün dünya hesab edən özünün maddi və mənəvi dəyərlərini bütün dünyaya müncər edən dünyagörüşü forması. EQZOTERİK \ – xaricdə olan, çöldə olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru‖, ―xarici‖ mənasını verər. Bir təlimin ictimaiyyətə açıqlanan və ―bilməsinə icazə verilən‖ qisimlərini ifadə edir. Ezoterik, etimoloji olaraq ―içə dönük‖, ―daxili‖ mənasını verir. Bir təlimin, seçmə seqmenti xaric, ictimaiyyətə açıqlanmayan və ―bilməsinə icazə verilməyən‖ sirli hissələrini ifadə edir. EQREQOR (yun. ἐγρήγοροι) insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s. EHTİMAL \ – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s. həqiqiliyə, düzgünlüyə olan münasibət dərəcəsi. Bu mənada ortaya çıxması vacib olmayan bir hadisənin ortaya çıxma imkanının ən yüksək dərəcəsi. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Ehtimallıq \ biliyin ancaq – imkanlılıq dəyəri olduğunu və imkan olarsa ola biləcəyini önə sürən nəzəri-skeptik təlim. EHTİVA \ – əhatə, bir anla-mın yaxud kəlmənin və onu dilə gətirən terminin əhatə etdiyi varlıqların və fərdi haidsələrin hamısı. Ərəbcədə kök hərfləri h+v+y – dir. EHTİRAS \ – Ağlın çətinliklə idarə edə bildiyi hiss. Bir insanın istəmə, hiss etmə və düşünməsinə hakim olan güclü meyl. Uzun müddətli qalıcı və güclü hissiyyat. Pozitiv ehtiras uğura, neqativ ehtiras uğursuzluğa aparıb çıxarır. Hegel ehtiras olmadan heç bir böyük işin öhdəsin-dən gəlinməyəcəyini deyir. EZOTERİK \ – ―Ezoterik‖ termini ilə yalnız savadlılar üçün nəzərdə tutlmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandırırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məh-dud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat. EYNİYYƏT \ - predmetin, hadisənin öz-özü ilə bərabərliyini, eyniliyini və bir neçə predmetin bərabərliyini ifadə edən kateqoriya. EKZİSTENSİALİZM \ – Çağımızın bir fəlsəfə cərəyanı. Eqzistensial fəlsəfi təlimi əsas qəbul edən bütün düşüncə sistemlərinə verilən ad. Danimar-kalı alim Kierkegaard böyük miqyasda başladığı, eyni zamanda fəlsəfənin əvvəldən bəri ələ aldığı problemləri kökdən yeniləməyə çalışan modern Avropanın bəzi filosoflarının yaşatdığı fəlsəfi cərəyan. Fəlsəfədə XX əsrdə ziyalıların baxışlarına cavab verən yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasiona-list cərəyan. EKSPERİMENT \ – hər hansı bir hadisənin tədqiqatın məqsədlərinə uyğun gələn yeni şəraitin yaradılması vasitəsilə və ya prosesin gedişinin lazımi istiqamətdə dəyişdirilməsi vasitəsilə həmin hadisəyə fəal təsir yolu ilə tədqiq edilməsi. Yunan dilindəki peria \ kəlməsindən iki sıra söz törənmişdir: 1. \ emperia və törəmələri: empirik, empirizm; II. \ experientia \ və növləri: experimenter, experimental, experimentation. I – Emperia = təcrübə, təcrübədən keçirilənlər. EXPRESSİONİZM \. Təbiilik və müşahidəçiliyin əksi olan müasir sənət cərəyanı. Bu cərəyan ön planda və obyektiv təbiəti nə də maddi müşahidələri əks etdirmək istəyər, onun dilə gətirmək istədiyi, mənəvi həyata aid olanların ruhi mühtəvalarıdır. EKSPLİKASİYA \ – bu və ya digər predmetin, hadisənin mahiyyətinin aşkara çıxarıl-masından ibarət tədqiqat mərhələsi. EKLEKTİZM \ – Qurulmuş olan nizamlardan fərqli düşüncələri seçib almaq və öz təlimində birləş-dirmə metodu və bu metodla işləyən filosofların təlimi. Seçmə-cilik, uzlaşdırmacılık-İntihabiyye: müxtəlif və hətta bir-birinin ziddi olan fəlsəfi sistemlərdən iqtibaslar edərək yeni sistem qurmaqdır. EKVİVALENT \ – bir başqa dəyəri əvəz edə biləcək dəyər, aralarında məntiqi eynilik olanlara da deyilir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / dünya3 DÜNYA Dünya dedikləri – döyüş meydanı; Dənizlər qədərdir insanın qanı... (S.Vurğun); AÇUN (qəd.) Yenə ölgün sükuta batdı açun (C.Cabbarlı); ALƏM İllər, qərinələr keçirsə aləm; Yadımda saxlaram hər zaman səni (S.Vurğun); CAHAN Cahanda hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var (S.Vurğun); ÇƏRXİ-DÖVRAN Ürəyində ağrı, gözündə həsrət; O lənət yağdırdı çərxi-dövrana (B.Vahabzadə); ÇƏRXİ-FƏLƏK (köhn.) Bu çərxi-fələk tərsinə dövran edir indi.. (M.Ə.Sabir); DƏHR (kl.əd.) Dərk edə bilməzdim dəhri, varlığı; Heyran olmasaydım gözəlliyinə (B.Vahabzadə); ƏRZ (məc.) Ərzin iqbalın bizik düşünən (M.Rahim); KAİNAT Bütün kainat qar altında bitmiş kimi idi (Mir Cəlal); KÜRREYİ-ƏRZ (kl.əd.) Azacıq sönərdi kini, qərəzi; Bir yumruq yapsaydı kürreyi-ərzi.. (M.Müşfiq); YER KÜRƏSİ Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı (A.Şaiq); YER ÜZÜ ..sənin ismü rəsmini baqi və yer üzündə məşhur olmağına cidd-cəhd edərdi (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / dünya2 I сущ. 1. мир: 1) совокупность всех форм материи как единое целое; Вселенная. Dünyanın əmələ gəlməsi происхождение мира, dünyanın əks olunması отражение мира, dünyaya baxış взгляд на мир 2) Земля как планета. Dünyanın xəritəsi карта мира 3) земной шар, весь свет; все люди. Dünya xalqları народы мира, müasir dünya современный мир, bütün dünyanı gəzmək объехать весь мир, bütün dünya bilir знает весь мир, dünya çempionu чемпион мира 4) объединенное по социальным, культурно-историческим, этнографическим признакам человеческое общество. Qədim dünya античный мир, sivil (mədəni) dünya цивилизованный мир 5) порядок, строй жизни. Köhnə dünya старый мир, yeni dünya новый мир 6) какая-л. область, сфера жизни и деятельности людей. Elm dünyası мир науки (научный мир), siyasət dünyası мир политики 7) какая-л. область, круг явлений психической жизни (чувств, переживаний и т.п.). Müasir gəncin dünyası мир современного молодого человека 8) какая-л. отдельная область, сфера воспринимаемой действительности. Gözəlliklər dünyası мир красот, xəyallar dünyası мир грёз, sirlər dünyası мир тайн, səslər dünyası мир звуков 2. разг. уйма (большое количество кого-л., чего-л.). Dünya adam yüığılıb собралось уйма народу, dünya pul lazımdır нужно уйма денег, dünya iş qalıb осталось уйма работы II прил. мировой: 1. относящийся к миру, Вселенной. Dünya okeanı мировой океан 2. охватывающий земной шар, весь мир. Dünya müharibəsi мировая война, dünya ağalığı мировое господство, dünya demokratik prosesi мировой демократический процесс, dünya tarixi мировая история, dünya bazarı мировой рынок, dünya iqtisadiyyatı мировая экономика, dünya birinciliyi мировое первенство; dünya birliyi мировое сообщество 3. имеющий значение для всего мира. Dünya elmi мировая наука, dünya ədəbiyyatı мировая литература, dünya miqyasında в мировом масштабе 4. известный всему миру. Dünya şöhrəti мировая слава, dünya şöhrətli alim ученый с мировым именем 5. первый, лучший во всем мире. Dünya rekordu мировой рекорд 6. принятый во всем мире в качестве общего, единого. Dünya standartları səviyyəsində на уровне мировых стандартов ◊ dünyalar qədər безгранично; dünyaya dəyər (dünyalara dəyər) очень ценный, цены нет; dünya başına dolandı (fırlandı) чуть не потерял сознание; dünya başına dardır kimin свет божий не мил кому; dünya vecinə deyil kimin море по колено к ому, всё нипочем к ому; dünya bir-birinə dəydi мир перевернулся, все прошло кувырком; dünya dağılsa da: 1. во что бы то ни стало; 2. ни за что на свете, ни за какие блага; dünya işığı görmək выходить, выйти на свободу; увидеть божий свет; dünya işığı görməmək, dünya işığına həsrət qalmaq света божьего не видеть; elə bil dünya bağışladı будто весь мир подарил (обрадовал); dünya qədər в высшей степени, очень; dünya qurulandan bəri с сотворения мира; dünya kimin, nəyin üstündə qurulmayıb свет не клином сошелся на ком, на чем; dünya gözəli писаная красавица; o dünya тот свет, потусторонний мир; dünya durduqca на веки веков, на веки вечные; dünya gözündə deyil kimin ничто не мило к ому; dünya gözünə qara görünür kimin свет не мил кому; dünya gözünə görünmür kimin ничто не интересует кого; dünya görmək иметь жизненный опыт, видеть жизнь; dünya xali deyil свет не без добрых (хороших) людей; dünyada durmaq вечно жить в мире; dünyadan bixəbər olmaq быть в неведении: dünyadan əl çəkmək отрекаться, отречься от мира сего; dünyadan köçmək отправиться на тот свет; покинуть этот мир (умереть); dünyadan küsmək потерять интерес к жизни; dünyadan əlini üzmək: 1. видеть свой смертный час; 2. перестать надеяться на что-л., окончательно разувериться в чем-л.; dünyadan xəbəri olmamaq см. dünyadan bixəbər olmaq; dünyadan xəbərsiz: 1. ни о чем не знающий:; 2. не от мира сего; dünyaya əlvida demək прощаться, распрощаться с миром (с жизнью), dünyaya gəlmək появляться, появиться на свет; dünyaya gətirmək производить, произвести на свет; dünyaya göz açandan с тех пор, как родился, со дня рождения; dünyaya gözlərini qapamaq см. dünyaya əlvida demək; dünyaya səs salmaq прославиться на весь мир; греметь по всему миру; dünyanı başına almaq кричать, орать изо всех сил; dünyanı almaq (tutmaq) охватывать, охватить что-л. (окутывать, обволакивать) целиком; dünyanı başına dar eləmək kimin доводить, довести до отчаяния, притеснять кого; не давать воли к ому; dünyanı başına yığmaq поднимать, поднять крик, шум; dünyanı bir-birinə vurmaq вызвать переполох; dünyanın qurtaran yerində у черта на куличках; dünyanın işi belədir так устроен мир; dünyanın malı dünyada qalır нажитое остается миру; на тот свет ничего не возьмешь; dünyanın o başı край света; dünyanı ayağının altına almaq исходить весь свет вдоль и поперёк, из конца в конец; dünyanı dağıdaram все переверну, переверну вверх дном; весь мир (свет) переверну; dünyanın gen vaxtında в лучшие (добрые) времена
Azərbaycanca-rusca lüğət / dünya1 I. i. universe, world; ~nın yaranması origin of the universe; bütün ~da all over the world, in the whole world, the world over; ◊ ~nın sonu / başı world’s end; ◊ ~sını başına dar etmək to lead* smb. to trouble; ~ya gəlmək to be* born; ◊ ~nı bir yerə yığmaq to set* up a clamour, to make* a row, to kick up a row; gözlərini ~ya qapamaq bax ölmək; ◊ ~dan bixəbər olmaq, ~dan xəbərsiz olmaq to know* nothing about the world around, to be* ignorant; ◊ ~nı başına almaq to make* a noise, to make* a row; ~nın qurtaran yerində, ~nın o başında on the other side of the world, at the world’s end; hər iki ~da in this world and the next II. s. world; ~ müharibəsi world war; ~ bazarı world market; ~ rekordu world record; ~ miqyasında on a world scale; ~ əhəmiyyətli hadisə event of world impor tance; ~ çempionatı world championship; ~ çempionu world champion
Azərbaycanca-ingiliscə lüğət / dünya2 the wide world / the great world / the whole world * белый свет / Божий свет (окружающий мир)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / dünya1 is. monde m, univers m, globe f, terre f ; ~nın yaranması origine f du monde ; ~nın sonu fin f du monde ; ~ya gəlmək naître vi (ê) ; ~ çempionatı championnat m du monde
Azərbaycanca-fransızca lüğət / dünya1 [ər.] сущ. дуьнья (1. дуьне, каинат; 2. Ччил, Ччилин шар; алем; ччилин винел алай ччан алай, ччан алачир затӀар вири; 3. пер. вири инсанар; эл, жемят, халкь; 4. пер. гзаф кьадар пул, мал, девлет ва мс.; // дуьньядин; dünya tarixi дуьньядин тарих; ** dünya (bütün dünya) dağılsa (da) а) дуьнья чкайтӀани, са куьнизни килиг тавуна, мутӀлакь; б) дуьнья са пата хьайитӀани, гьич са чӀавузни, асла; dünya (gen dünya) başına daralmaq (dar olmaq) (генг) дуьнья дар (сал) хьун, кьилел чӀехи мусибатар атун, сед хьун, гзаф перишан хьун, гъамлу хьун, фир-тефир (чка) сал хьун, кӀеве гьатун; dünya bir-birinə dəymək дуьнья сад-сада акьун а) алаш-булаш хьун, араяр акахьун, къалабулух акатун, велвела гьатун; б) акьул квадарун, къарсун; dünya evi клас. дуьньядин кӀвал, дуьнья, инсандин уьмуьр манада; dünya əhli дуьнья эгьли, ахиретдал чӀалахъ тушиз и дуьньядин лезет ва няметрикай файда къачузвай кас; dünya görmək дуьнья акун, уьмуьрдин тежриба кӀватӀун, тежрибалу хьун; dünya gözəli дуьнья гуьзел, дилбер; гзаф гуьзел рушан (дишегьлидин) гьакъинда; dünya işığı görmək дуьнья акун, экв акун, югъ акун, азадвилиз акъатун; dünya işığı görməmək дуьнья такун, экв такун, къецел пад такун, кӀваляй къецел экъечӀ тавун, азадвиликай магьрум тир гьалда хьун; dünya işığına həsrət qalmaq кил. dünya işığı görməmək; dünya üzü кил. dünya 1(2); dünyada durmaq дуьньядал аламукьун, яшамиш хьун, гьамиша аваз хьун, эбеди хьун; dünyadan bixəbər дуьньядикай хабар авачир, са куьникайни хабар авачир, бейхабар, буьндуьгуьр; dünyadan əl çəkmək дуьньядилай гъил къачун (чӀугун), дуьньядин (уьмуьрдин) крарикай яргъаз хьун; dünyadan getmək кил. dünyadan köçmək; dünyadan xəbərsiz кил. dünyadan bixəbər; dünyadan irtihal etmək кил. dünyadan köçmək; dünyadan köçmək дуьньядилай фин, дуьньядилай куьч хьун, кьин; dünyanı almaq (tutmaq) вири дуьнья кьун, вири патарихъ чукӀун (мес. сел, экв); dünyanı başına dar etmək дуьнья дар (сал) авун, фир-тефир (чка) сал авун, гзаф гъамлу авун, къарсурун, кӀеве ттун; dünyanı başına götürmək дуьнья къачуна фин (ванци), кӀевидаказ гьараюн, ван ацалдун, ван кутун, цӀугъун, фаряд авун; dünyanı başına vurmaq (çalmaq) къарсурун, гзаф заландаказ эсер авун, гъамлу авун; dünyanın dərdi дуьньядин дерт; виридан дерт, къайгъу, фикир; dünyaya (dünyalara) sığmaz (sığmayan) дуьньяда гьакь тийир кьван рикӀ шад, акьалтӀай шад, хушбахт касдин гьакъинда; dünyaya əlvida demək (etmək) дуьньядиз элвида авун (лугьун), кьин; dünyaya gəlmək дуьньядал (дуьньядиз) атун, дидедиз хьун, хун, туьремиш хьун, аладун; dünyaya gətirmək дуьньядал (дуьньядиз) гъун, хун, туьретмишун, арадиз акъудун; dünyaya gözlərini yummaq дуьньядиз вилер агалун (мичӀун), кьин; dünyaya səs salmaq дуьньяда ван ттун, дуьньядин гьар са чкадай ван атун, машгьур хьун.
Azərbaycanca-ləzgicə lüğəti / dünya(Şəki) kiçik ipək bağlaması. – Dünya saf, təmiz ipəx’dən olur
Azərbaycan dilinin dialektoloji lüğəti.