məşum sözü azərbaycan dilində

məşum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məşum • 93.5065%
  • Məşum • 5.1948%
  • MƏŞUM • 1.2987%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məşum altılıq
Məşum altılıq (ing. Sinister Six) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə Hörümçək-adamın düşmənləri tərəfindən formalaşdırılmış komanda Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. Komanda Hörümçək adama ardıcıl məğlub olan əsas super cinayətkarlardan ibarətdir. Orijinal Məşum altılıq komandası Doktor Osminoq tərəfindən qurulmuşdur. Məşum altılıq Hörümçək adamın əsas düşmən komandasıdır. Komanda bir çox animasiya serialında və videooyunda görünmüşdür. == Nəşrolunma tarixi == Məşum altılıq komandası ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. == Bioqrafiya == === Orijinal komanda === Hörümçək adama ardıcıl üç məğlubiyyətdən sonra Doktor Osminoq mexaniki qollarından ayrı düşür və həbs olunur. Mexaniki qollar sərbəst şəkildə Doktor Osminoqu həbsxanadan xilas edir və Doktor Osminoq Hörümçək adamla yolları kəsişən hər bir supercinayətkara müraciət yollayır. Ancaq Kərkəs, Elektro, Ovçu Kreyven, orijinal Misteri və Qum-adam müraciətə cavab verirlər.
Məşum qadın (film, 2002)
Məşum qadın (fr. Femme Fatale) — rejissor Brayan de Palmanın filmi. == Məzmun == Baş qəhrəman Lora Ash ziynət əşyalarını oğurlamaqda iştirak edir, amma o öz cinayət yoldaşlarını ataraq Parisə qaçır. Orada o özünü öldürməyə çalışan və ona çox oxşan qız görür. Həmin qız özünü güllələdikdən sonra Lora onun adını istifadə etməklə qızın təyyarə biletini götürür və ABŞ-yə qaçır. Təyyarədə o səfir ilə tanış olur. 7 ildən sonra o yenidən Parisə qayıdır, artıq Amerikanın Fransadakı səfirinin həyat yoldaşı qismində. Amma keçmiş cinayət şərikləri onun axtarışındadırlar və onların yeganə istəyi Loranın oğuraladığı ziynət əşyalarını tapmaq və onu öldürmək... == Rollarda == Rebekka Romiyn-Stamos — Laure Ash / Lily Watts Antonio Banderas — Nicolas Bardo en:Peter Coyote — Səfir Bruce Watts en:Eriq Ebouaney — Qara qalstuk Ri Rasmussen — Veronica Thierry Fremont — İnspektor Serra en:Gregg Henry — Shiff Fiona Curzon — Stanfield Phillips en:John Stamos — Agent == Maraqlı faktlar == Filmin əsas hadisələri Parisdə və Kannda cərəyan edir. Əvvəlcə Lora rolu Uma Turmana təklif olunmuşdu, amma o hamilə olduğundan bu təklifdən imtina etmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.45 dəfə / 1 mln.
2003 •••••••••••• 0.79
2004 •••••••••• 0.67
2005 •••••••••••••••••••• 1.35
2006 ••••••••••••••••• 1.13
2007 ••••••••••••• 0.85
2008 •••••••• 0.49
2009 •••••••••• 0.64
2010 ••••• 0.27
2011 ••••••• 0.43
2012 ••••••••••••• 0.86
2013 ••••• 0.29
2014 •••••••• 0.51
2015 ••• 0.17
2016 ••• 0.17
2019 ••••• 0.28
2020 •••••• 0.40

məşum sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Uğursuz, nəhs, bədbəxt adamda qorxu, dəhşət hissi oyadan. [Maral:] …İki sənə əvvəl böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Xanın bu məşum sükutu ən acı xəbərdən də ağır idi. M.Rzaquluzadə. // Bədbəxt, talesiz. Bitərbiyəliklə tifli-məsum; Axırda olur səfilü məşum. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / məşum

məşum sözünün sinonimləri (yaxın mənalı sözlər)

məşum sözünün rus dilinə tərcüməsi

  • 1 роковой, зловещий, фатальный

    Azərbaycanca-rusca lüğət / məşum
  • 2 прил. 1. зловещий (вселяющий страх, тревогу, опасение). Məşum gecə зловещая ночь 2. роковой (приносящий горе, несчастье, страдание). Məşum xəbər роковое известие 3. злосчастный (послуживший причиной несчастья, неприятности). Məşum atəş злосчастный выстрел

    Azərbaycanca-rusca lüğət / məşum

məşum sözünün inglis dilinə tərcüməsi

məşum sözünün fransız dilinə tərcüməsi

məşum sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MƏŞ’UM ə. uğursuz, nəhs, bədbəxt.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məşum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məşum nədir? #məşum sözünün mənası #məşum nə deməkdir? #məşum sözünün izahı #məşum sözünün yazılışı #məşum necə yazılır? #məşum sözünün düzgün yazılışı #məşum leksik mənası #məşum sözünün sinonimi #məşum sözünün yaxın mənalı sözlər #məşum sözünün əks mənası #məşum sözünün etimologiyası #məşum sözünün orfoqrafiyası #məşum rusca #məşum inglisça #məşum fransızca #məşum sözünün istifadəsi #sözlük