qohum sözü azərbaycan dilində

qohum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qohum • 92.8687%
  • Qohum • 6.8882%
  • QOHUM • 0.2431%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qohum ruhlar
Qohum ruhlar (ing. Kindred Spirits) — İrlandiyanın Kork şəhərində yerləşən abidə. Abidə paslanmaz poladdan hazırlanıb.
Qohum evliliyi
Qohum evliliyi yaxın qohumlar arasında nikahdır. Bu, qohumluq əlaqəsini ehtiva etsə də, insest cinsi əlaqədən kənar bir məna daşıyır. Klinik baxımdan, ikinci dərəcəli əmiuşağı və ya daha yaxın ailə üzvləri arasında olan evlilik qohum evliliyi hesab edilir. Bu, onların övladlarının ala biləcəyi gen nüsxələrinə əsaslanır. Bu cür evliliklər Böyük Orta Şərq regionu kimi bəzi icmalarda hələ də geniş yayılsa da, bir çox icmalarda ailə daxili evliliklərin sayı kəskin şəkildə azalmışdır. == Yayılması və stiqma == Qlobal miqyasda, uşaqların 8.5%-nin qohum valideynləri var və insan əhalisinin 20%-i endoqamiya tətbiq edən icmalarda yaşayır. Qohum evliliyinin tabu olaraq inkişaf etməsi ilə bağlı nəzəriyyələr həm sosial, həm də bioloji inkişaf kimi dəstəklənə bilər. === Sosial amillər === Sosial baxımdan, qohum evliliyinin tətbiqinə olan meyl sosial və maliyyə vəziyyətinə olan üstünlüklərlə əlaqədardır. Ailə strukturu və var-dövlətin qorunması, eləcə də evlilik razılaşmalarının asanlığı qohum evliliklərində dəyər verilən məqamlardır. Qohum evliliklərində yaşın aşağı olması və qohumluq əlaqələrinin fəsadları barədə məlumatsızlıq tez-tez müşahidə olunur.
Gəl qohum olaq (film, 2001)
Qarakişi (Rafael İsgəndərov) ilə Minayə (İlahə Səfərova) bir-birini sevirlər. Lakin Minayənin bacısı əri Ədalət (Valeh Kərimov) onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.
Ailə və qohumluq sistemləri
Qan Qohumluğundan İrəli (1981)
Film 1980-ci ilin oktyabr ayında Bakıda keçirilmiş SSRİ yazıçılarının konfransına həsr olunmuşdur.
Qan qohumluğundan irəli (film, 1981)
Film 1980-ci ilin oktyabr ayında Bakıda keçirilmiş SSRİ yazıçılarının konfransına həsr olunmuşdur.
Qohumluq
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qohumluq münasibətləri
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Yanlış döngə 5: Qan qohumluğu (film, 2012)
Yanlış döngə 5: qan qohumluğu — 2012-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. Bir qrup gənc Vircinadakı bir şəhərə yola düşürlər. Onlar bu şəhərin tarixini bilirlər. İllər əvvəl bu şəhərdə insanların kütləvi öldürülməsi və bunun hələdə üstünün açılmamasından xəbərləri var. Lakin gənclik duyğusu onlara daha ətraflı fikirləşməyə mane olur. Amma onlar gəldikləri yerin nə dərəcə də təhlükəli olduğunu anlayanda isə artıq çox gecdi. Onların o varlıqların əllərindən xilas olub olmayacaqları sual altındadır.
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir. Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır. Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir. Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.
Yanlış döngə 5: Qan qohumluğu
Yanlış döngə 5: qan qohumluğu — 2012-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. Bir qrup gənc Vircinadakı bir şəhərə yola düşürlər. Onlar bu şəhərin tarixini bilirlər. İllər əvvəl bu şəhərdə insanların kütləvi öldürülməsi və bunun hələdə üstünün açılmamasından xəbərləri var. Lakin gənclik duyğusu onlara daha ətraflı fikirləşməyə mane olur. Amma onlar gəldikləri yerin nə dərəcə də təhlükəli olduğunu anlayanda isə artıq çox gecdi. Onların o varlıqların əllərindən xilas olub olmayacaqları sual altındadır.
Eskimos qohumluq sistemi
Eskimos qohumluq sistemi — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Eskimos sistemi altı əsas qohumluq sistemindən biridir. Eskimos termini Kanadada aşağılayıcı hesab olunur və orada inuit termini ilə əvəz edilmişdir. Keçmiş onilliklərə nisbətən daha az olsa da, birincisi Alyaskada istifadə olunur. William Haviland, Cultural Anthropology, Wadsworth Publishing, 2002. ISBN 0-534-27479-XISBN 0-534-27479-X "The Nature of Kinship". 26 June 2001 tarixində arxivləşdirilib. "The Encyclopedia of North American Indians - Eskimo (Yupik/Inupiat/Inuit)". 24 December 2002 tarixində arxivləşdirilib. "Systematic Kinship Terminologies".
Havay qohumluq sistemi
Havay qohumluq sistemi, həmçinin nəsillərarası sistem — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Havay sistemi altı əsas qohumluq sistemindən biridir. Ümumi tipologiyalar daxilində Havay sistemi qohumluğun ən sadə təsnifat sistemidir. Qohumlar yalnız nəsil və cinsinə görə fərqlənirlər. Valideyn nəsli var, uşaq nəsli var. Bu sistemdə bir eqo valideynlərinin nəslinin bütün qadınlarına (ana, bibi-xala və bu nəsildəki kişilərin arvadlarına) "Ana" və bütün kişilərə (ata, əmi-dayı və bu nəsildəki qadınların ərlərinə) "Ata" kimi istinad edir. Uşaq nəslində bütün qardaşlara və kişi kuzenlərə "Qardaş", bütün bacılar və qadın kuzenlərə "Bacı" deyilir. Bu şəkildə krosskuzen "qardaş" kimi xatırlanır. İnsest tabusu semantikada öz əksini tapdığı üçün Havay sistemi ilə kuzen nikahının qadağan edilməsi arasında korrelyasiya tapılmışdır. William Haviland, Cultural Anthropology, Wadsworth Publishing, 2002.
Krou qohumluq sistemi
Krou qohumluq sistemi — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Krou sistemi altı əsas qohumluq sistemindən biridir. Sistem Montana ştatında yaşayan Krou qəbiləsinin adını daşıyır. Sistem müxtəlif mədəniyyətlər arasında tez-tez görünür. ABŞ-nin cənub-qərbində ənənəvi olaraq hopi hindi mədəniyyətinin və Navaxo Millətinin bir hissəsi olmuşdur. William Haviland, Cultural Anthropology, Wadsworth Publishing, 2002. ISBN 0-534-27479-X Thomas Trautmann and Peter M. Whiteley, Crow-Omaha : new light on a classic problem of kinship analysis, University of Arizona Press, 2012.
Sudan qohumluq sistemi
Sudan qohumluq sistemi, həmçinin deskriptiv sistem — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Sudan sistemi altı əsas qohumluq sistemindən biridir. Sudan qohumluq sistemi bütün qohumluq sistemləri arasında ən mürəkkəbidir. O, eqonun qohumlarının demək olar ki, hər biri üçün eqodan uzaqlığına, qohumluğuna və cinsinə görə ayrıca təyinat saxlayır. Eqonun atası eqonun atasının qardaşından və eqonun anasının qardaşından fərqlənir. Eqonun anası eqonun anasının bacısından və eqonun atasının bacısından eyni şəkildə fərqlənir. Kuzenlər üçün səkkiz mümkün termin var. Azərbaycan dili Sudan qohumluq sistemindən istifadə edir. William Haviland, Cultural Anthropology, Wadsworth Publishing, 2002.
Çin qohumluq sistemi
Çin qohumluq sistemi (çin. ənən. 親屬系統, sadə. 亲属系统, pinyin: qīnshǔ xìtǒng) — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Bu, dünyanın bütün qohumluq sistemləri arasında ən mürəkkəblərindən biridir. Bu, demək olar ki, hər bir ailə nümayəndəsinə nəslinə, nisbi yaşına və cinsinə görə xüsusi təyinatı saxlayır. Ənənəvi sistem aqnatik idi, patriarxal hakimiyyətə, patrilokal yaşayışa və kişi nəslindən mənşəyə əsaslanırdı. Ötən əsrdə, xüsusən 1949-cu ildən sonra Çində çoxlu dəyişiklik olsa da, əsaslı davamlılıq da olmuşdur. Böyük ailədə hər bir uşaq doğulandan böyük qardaşlar, bacılar, ana tərəfdən böyük qardaşların arvadları, müxtəlif xala-bibilər, dayı-əmilər, kuzenlər, baba-nənələr və qayınana-qayınatalardan ibarət mütəşəkkil qohumluq münasibətləri sistemində iştirak edirdi. Bu münasibətlər dəqiq adlandırılmış və fərqləndirilmiş, hüquq və vəzifələr daşıyırdı.
İrokez qohumluq sistemi
İrokez qohumluq sistemi, həmçinin bifurkat birləşmə — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən İrokez sistemi altı əsas qohumluq sistemindən biridir. İrokez ənənəsində qəbilə və ya qəbilə nəsli ana tərəfdən izlənilmişdir. Buna baxmayaraq, Amerika inqilabı səbəbindən zaman keçdikcə qəbilədəki qadınların səlahiyyətləri azalmışdır. Lappas, Thomas. ""for God and Home and Native Land": The Haudenosaunee and the Women's Christian Temperance Union, 1884–1921." Journal of Women's History 29.2 (2017): 62-85. ProQuest. Web. 28 Feb. 2022.

qohum sözünün leksik mənası və izahı

  • 1 is. 1. Biri ilə qohumluq əlaqəsi olan adam. Yaxın qohum. Uzaq qohum. Ata tərəfindən qohum. – Hazırda mən öz qohumlarım və öz elim ilə bərabər cəbhəyə gedirəm. M.S.Ordubadi. Məlum oldu ki, Mirzə Səfərin, Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb. Ə.Haqverdiyev. 2. Mənşə etibarı ilə bir-birinə yaxın. Bu çiçəklər bir-birinə qohum olub, bir fəsiləyə mənsubdur. Qohum dillər. – Darvin öz kitabında yazır: “Heyvanlar bir-birinə qohumdurlar.” C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qohum

qohum sözünün etimologiyası

  • 1 Əsli ərəbcə qövmdür, ilkin mənası “qəbilə” (plemya) demək olub, sonra müasir anlamda işlədilib. Tuva dilində terel (dörqül) işlədilir, törəmək sözü ilə bağlıdır. Bizdə tirə işlədilib (dialektlərdə indi də qalır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qohum

qohum sözünün sinonimləri (yaxın mənalı sözlər)

qohum sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QOHUM – YAD Hazırda mən öz qohumlarım və elim ilə bərabər cəbhəyə gedirəm (M.S.Ordubadi); Azad yad adamın bu hərəkətlərindən çox şübhələndi, dərhal ayağa qalxıb onu qarşıladı (A.Şaiq).

    Azərbaycan dilinin antonimlər lüğəti / qohum

qohum sözünün rus dilinə tərcüməsi

  • 1 родственник

    Azərbaycanca-rusca lüğət / qohum
  • 2 I сущ. 1. родственник, родственница. Ata tərəfdən qohum родственник со стороны отца, uzaq qohum дальний родственник, qohumu düşmək приходиться родственником (родственниками) 2. разг. обычно собир. родня, родственники. Mən onun qohumu deyiləm я ему не родня II прил. родственный. Qohum xalqlar родственные народы, qohum dillər родственные языки, qohum növlər родственные виды

    Azərbaycanca-rusca lüğət / qohum

qohum sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. relation, relative; kinsfolk, kinsman* kinswoman*, kindred; yaxın ~ near relation; ən yaxın ~ nearest relative; uzaq ~ distant relation; Onun Amerikada heç bir qohumu yoxdur He / She has no kinsfolk in America; Onun dəfnində qohumlarından az adam iştirak etdiA few of his kindred were present at his funeral II. s. kindred, related, cognate, allied; ~ millətlər kindred nations; ~ dillər allied / kindred / cognate languages; ~ elmlər allied / cognate sciences

    Azərbaycanca-ingiliscə lüğət / qohum

qohum sözünün fransız dilinə tərcüməsi

qohum sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. мукьвад, мукьва кас, мирес; uzaq qohum яргъал мирес (мукьвад); yaxın qohum талукь (мукьва) мирес; ata tərəfindən qohum буба патай мукьвад, мирес; 2. прил. сад-садаз мукьвавал (ухшарвал) авай, мукьва; qohum dillər мукьва чӀалар; 3. къавум.

    Azərbaycanca-ləzgicə lüğəti / qohum

qohum sözünün türk dilinə tərcüməsi

"qohum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qohum nədir? #qohum sözünün mənası #qohum nə deməkdir? #qohum sözünün izahı #qohum sözünün yazılışı #qohum necə yazılır? #qohum sözünün düzgün yazılışı #qohum leksik mənası #qohum sözünün sinonimi #qohum sözünün yaxın mənalı sözlər #qohum sözünün əks mənası #qohum sözünün etimologiyası #qohum sözünün orfoqrafiyası #qohum rusca #qohum inglisça #qohum fransızca #qohum sözünün istifadəsi #sözlük