Möhrdar
Möhrdar, yaxud möhrdar-i möhr-i hümayun – "əlahəzrət
möhürünün mühafizəçisi". "Təzkirət əl-mülük"də göstərildiyi kimi, ilk
dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin,
mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara,
həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara
aid olan sənədlərə "əlahəzrətin möhürünü" basırdı. İskəndər bəy Münşi
belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə
İbrahim mirzəyə müraciə edərək deyir: "Sən cənnətməkan şah (yəni I
Şah Təhmasib) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində
olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə
yaraşmır". Buna görə də şah onu möhrdar təyin edir ki, "həmişə onun
qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin".