mehr-məhəbbət sözü azərbaycan dilində

mehr-məhəbbət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mehr-məhəbbət • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Mehr (dəqiqləşdirmə)
Mehr — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Kabud Mehr (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Məhəbbət
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Məhəmməd Səidi Mehr
Məhəmməd Səidi Mehr (fars. محمد سعیدی مهر‎; d.1963) — İranlı tədqiqatçı alim, Tərbiyət Müdərris Universitetinin fəlsəfə kafedrasının professoru. == Həyatı == Məhəmməd Səidi Mehr 1963-cü ildə Tehran şəhərində dünyaya göz açmışdır. Orta məktəbi riyaziyyat ixtisasında bitirdikdən sonra, dini və fəlsəfi məsələlərə marağı səbəbi ilə mədrəsəyə gedib, öz təhsilini orada davam etdirmişdir. Magistr təhsilini İlahiyyat və Doktorluq dissertasiyasını fəlsəfə sahəsində edərək, İngiltərəyə elmi tədqiqat üçün getmişdir. Qayıtdıqdan sonra Tərbiyət Müdərris Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. == Yaradıcılığı == Elmi fəaliyyətində bir çox kitab və məqalələrin müəllifidir. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür. === Kitabları === Kəlam elmi, Məhəmməd Səidmehr, Nurlar nəşriyyatı, 2013 (Bu kitab Azərbaycan dilinə tərcümə edilmişdir).
Məhəbbət Dəmirçiyeva
Məhəbbət Dəmirçiyeva (Məhəbbət Dəyirman qızı Dəmirçiyeva; 10 noyabr 1957, Qazax) — BDU Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri (2011), hüquq elmləri namizədi (1996), professor (2013). == Həyatı == Məhəbbət Dəmirçiyeva 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. O, 1964–1974-cü illərdə Daş Salahlı kəndində 1 №-li orta məktəbi bitirib və 1976–1981-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1981–1987-ci illərdə Türkmənistan SSR-in Nebit Dağ şəhərində gənc mütəxəssis kimi çalışıb. 1987-ci ildən isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində çalışır. O, 2011-ci ilədək Əmək hüququ və mülki prosess kafedrasında fəaliyyət göstərmişdir. Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiridir. Evlidir, iki övladı var. == Elmi fəaliyyəti == 1996-cı ildə Tbilisi Dövlət Universitetində "Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cü ildə isə həmin universitetdə "Azərbaycan Respublikasında nikah hüquq münasibətlərinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Məhəbbət Kazımov
Məhəbbət Kazımov (d. 2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – ö. 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2012). == Həyatı == Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir.
Məhəbbət Mirzəliyeva
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (17 oktyabr 1949, Bakı – 2016) — Azərbaycan alimi, dilçi, türkoloq, filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun direktor müavini. == Həyatı == Məhəbbət Mirzəliyeva 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971–1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. 1972-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Məhəbbət Mirzəliyeva 1975–1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981–1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır. 2002-ci ilin yanvarında AMEA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2013–2015-ci illərdə AMEA Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.. 2015-ci ilin may ayından yenidən institutun türk dilləri şöbəsinə rəhbərlik edir. Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 2016-cı ild' vəfat etmişdir.
Məhəbbət Mirzəyev
Məhəbbət Paşayev
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) == Həyatı == Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Məhəbbət Quliyev
Məhəbbət Vəliyeva
Məhəbbət Məhərrəm qızı Vəliyeva (4 sentyabr 1968, Bakı) — psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası təhsil nazirinin müavini (2018–2021), İlin ən yaxşı müəllimi (2001), Azərbaycan Respublikasının əməkdar müəllimi (2008). == Həyatı == Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991–2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003–2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008–2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə "İlin ən yaxşı müəllimi" Respublika müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. 2014–2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015–2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 1 fevral 2021-ci ildə öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib. Psixologiya üzrə fəlsəfə doktorudur.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. == Fiziologiyası == Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Məhəbbət əfsanəsi
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Platonik məhəbbət
Platonik sevgi, platonik eşq və ya platonik məhəbbət ― müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgi. Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla. Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir. Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir.
Qarşılıqsız məhəbbət
Qarşılıqsız sevgi, qarşılıqsız eşq və ya qarşılıqsız məhəbbət — bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər. Qarşılığı alınmayan sevgi nəhayət insanda bir vəsvəsəyə səbəb ola bilər, qarşılıq verməyi rədd edənin istək mənbəyini izləmək və ya ona kin ilə baxmaq tez-tez müşahidə olunur. Bu mürəkkəb vəziyyət sənət tarixindəki bir çox şah əsərin ilham mənbəyi olmuşdur. Qarşılıqsız sevgi ağrılı bir vəziyyət olsa da, bəzi insanlar üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu vəziyyətdə olan bir insan, kiməsə aşiq olmaq hissinin (cavabsız olsa belə) çəkdiyi bütün əzablara dəydiyini düşünə bilər. Təslim olmaq əvəzinə bu vəziyyətdə qalmağı seçə bilər. Özündən imtina etməyi tələb etdikdə belə, bunu özünü məğlubiyyəti, darmadağın olması kimi hiss edər və təslim ola bilməz. Uzun müddət, illərlə və hətta on illərlə davam edə biləcək cavabsız sevgi bir neçə fərqli yolla bitir. Əgər fərd sonunda cavab görərsə, onun duyğuları ümumiyyətlə tükənə və hətta sona çata bilər.
Romantik məhəbbət
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Səhrada Məhəbbət
Səhrada məhəbbət (isp. Amantes Del Desierto) — Kolumbiyanın Telemundo telekanalında yayımlanan teleserial. == Məzmun == Teleserialda baş verən hadisələr 20-ci əsrin 50-60-cı illərinə təsadüf edir. Andres Bustamante; maddi problemlər səbəbindən lisenziya ala bilməyən gənc həkim. Lazımi məbləği toplamaq üçün o, qonşuluqda yaşayan insanlara tibbi yardım göstərir. Onun ofisi anası Elena ilə yaşadığı evində yerləşir. Elena Bustamante oğlunu böyütmək üçün çox şeylərdən keçmiş və böyük əmək sərf etmiş anadır. Onlar davamlı pul çatışmazlığından evlərinin kirayə pulunu ödəyə bilmirlər və onların evi hər an Rafael Neqretanın əlinə keçə bilər. Rafael Neqreta ürəksiz, amansız bir insandır. O, evin kirayə pulunu ödəməyə imkanı çatmayan Andres və anasının borcuna daima faiz əlavə edir və onlardan pulu ödəmələrini tələb edir, əks halda o, onların evlərini ələ keçirəcəkdi.
Ayaqyalın məhəbbət
Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər. == Məzmun == Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == A.Panova-Potyomkina Regina Lazareva Yevgeni Muromski V.Lenin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
100% məhəbbət
100% məhəbbət (ingiliscə: 100% Love, Teluqu dilində: 100% లవ్, həmçinin 100% eşq kimi də tanınır) — 6 may 2011-ci ildə nümayiş etdirilmiş olan, Sukumarın teluqu dilində rejissorluğu ilə çəkilmiş olan hind filmidir. Süjet xətti xaraktercə tamamilə bir-birinə zidd olsa belə bir-birini sevən, lakin öz qürurlarına görə birlikdə ola bilməyən iki gəncin hekayəsindən bəhs edir. Baş rollarda Naqa Çaitanya və Tamannaah Bhatia oynamışdır. Film kassada hit olmuş və Ən Yaxşı Ev Filmi nominasiyası üzrə Nandi Mükafatını qazanmış, həmçinin film xanım baş qəhrəmanı olan Tamannaah üçün də bir neçə mükafat qazanmışdır. Film eyni adla Malayalam dilində dublyaj edilmişdir. Filmin hind dilində də remeyki planlaşdırılır. Film, 2016-cı ildə Prem Ki Bujhni adı ilə yalnız bir dəfə benqal dilində yenidən çəkilmiş və hal-hazırda Tamil dilində 100% Kadhal adlı remeykinin təqdim edilməsi planlaşdırılır. Hindistan telekanalında nümayiş olunmaq üçün Red Media şirkətinin sifarişi ilə film rus dilinə dublyaj edilmişdir.
Məhəbbət Mehdiyeva
Məhəbbət Mehdiyeva (20.09.1945) — Filoloq, tərcüməçi, muzeyşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru (1980), Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi (1989), “Tərəqqi” medalı laureatı (2014), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2018). == Həyatı == Məhəbbət İsa qızı Mehdiyeva 1945-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuş, 1963-cü ildə Naxçıvan şəhər 3-li onbirillik orta məktəbini bitirmişdir. 1963-64-cü illərdə yeni açılan Naxçıvan televiziya verilişləri komitəsində diktor vəzifəsində çalışmış, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinin rus bölməsinə daxil olmuş və 1969-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1970–ci ildən Azərbaycan EA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, 1984-cü ildən elmi-kütləvi işlər şöbəsinin müdiri, 1993-cü ildən 2004-cü ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Bu illər ərzində namizədlik dissertasiyası müdafiə etmiş, monoqrafiya, 70-dən çox məqalə və bukletlər dərc etdirmiş, 60-dan artıq kitab və bukletin elmi redaktoru və tərtibçisi olmuş, yüzlərlə elmi-tədqiqat əsərlərini Azərbaycan dilindən rus dilinə tərcümə etmişdir. 2005–ci ildən Heydər Əliyev Fondunda və 2012-ci ildən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin tədqiqi və təbliği” departamentinin direktoru vəzifəsində çalışıb. Bakıda və rayonlarda bir sıra ədəbiyyat, o cümlədən Gəncə şəhərində Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Azərbaycan Xalq Cühuriyyətinin tarixini əks etdirən muzeylərin, Bakının Qala qəsəbəsində “Əntiq əşyalar” muzeyinin, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının tarixini əks etdirən muzeyin, MTN-nin Akademiyasında “Şərəf” muzeyinin, Quba şəhərində “Quba soyqırımı” muzeyinin (müştərək), Ceyhanda, Qarsda (Türkiyə), Daşkənddə (Özbəkistan), Buxarestdə (Rumıniya), Azərbaycanın bir çox rayon və şəhərlərində Heydər Əliyevin həyat-fəaliyyətini əks etdirən muzey və mərkəzlərin mövzu-ekspozisiya planlarının müəllifi, tərtibçisi, redaktoru olmuşdur. AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində işlədiyi müddətlərdə bir çox dövlət, elm, ədəbiyyat, incəsənət xadimləri ilə izahatlar aparmışdır. == Ailəsi == Məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti İdris Mehdiyevin həyat yoldaşı olub (1965-2015). İki qızı, 4 nəvəsi vardır.
Məhəbbət (film, 1948)
Məhəbbət (it. L'Amore) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. Filmdə iki məhəbbət hekayəsindən söhbət açılır. Filmin bəstəkarı Roberto Rossellininin qardaşı Renzo Rossellinidir. == Məzmun == Filmin məzmunu iki məhəbbət hekayəsinə ayrılır. Birinci hekayədə sevgilisi tərəfindən atılmış bir qadının hekayəsindən, ikinci hekayədə isə Allahdan vergi alaraq, Müqəddəs İosifdən hamilə qaldığını düşünən bir qadının hekayəsindən söhbət açılır. Birinci hekayədə qadının keçirdiyi məhəbbət hisslərindən söhbət açılır. Hekayə bağlı otaqda baş verir.İkinci hekayədə isə əsl məhəbbətdən danışılır. Hər iki qadın obrazını İtalyan aktrisası Anna Manyani canlandırmışdır. İkinci hekayədə küçədə gəzən avara oğlan obrazını isə filmin ssenaristlərindən biri olan Federiko Fellini canlandırmışdır.
Məhəbbət Əfsanəsi (balet)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.

mehr-məhəbbət sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#mehr-məhəbbət nədir? #mehr-məhəbbət sözünün mənası #mehr-məhəbbət nə deməkdir? #mehr-məhəbbət sözünün izahı #mehr-məhəbbət sözünün yazılışı #mehr-məhəbbət necə yazılır? #mehr-məhəbbət sözünün düzgün yazılışı #mehr-məhəbbət leksik mənası #mehr-məhəbbət sözünün sinonimi #mehr-məhəbbət sözünün yaxın mənalı sözlər #mehr-məhəbbət sözünün əks mənası #mehr-məhəbbət sözünün etimologiyası #mehr-məhəbbət sözünün orfoqrafiyası #mehr-məhəbbət rusca #mehr-məhəbbət inglisça #mehr-məhəbbət fransızca #mehr-məhəbbət sözünün istifadəsi #sözlük