* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Bənövşəyi rəng. Mor parça. – Aşiqəm bu mor dağların; Baharına, yazına mən. S.Rüstəm. Onun mor rəngli gözəl gözlərinin gülüşündə nə isə sirayətedici dərin və xoş bir ifadə var idi. İ.Əfəndiyev. Gündoğan tərəfdəki … buludlar mor, pənbə, lacivərd rənglərə boyanır(dı). M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / morI (Cəbrayıl, Culfa) zəncir taxmaq üçün boyunduruğun ortasına keçirilmiş dəmir. – Öküz güc verdi, mor qırıldı (Cəbrayıl) II (Qarakilsə, Naxçıvan) yetişməmiş, kal (meyvə) Mor tut (Bərdə, Cəbrayıl, Xocavənd) – qonur tut. – Mor tut şirin olur (Bərdə); – Mor tut çəkuld ᵔo:lor (Xocavənd) ◊ Mor keçi (Cəbrayıl) – boz keçi. – Mor keçi sürünün qabağınca gedir (Cəbrayıl)
Azərbaycan dilinin dialektoloji lüğəti.