Morqan sözü azərbaycan dilində

Morqan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Morqan • 98.7138%
  • morqan • 1.2862%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cozef Morqan
Cozef Morqan (ing. Joseph Morgan, doğum adı: Cozef Martin) — İngiltərəli aktyor və rejissor. The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri və onun spin-off versiyası olan İlk Doğulmuşlar seriallarında oynadığı Klaus Mayklson rolu ilə tanınır. Cozef London şəhərində doğulub, lakin 11 il Uelsin Suonsi şəhərində yaşayıb. O ailənin böyük uşağıdır. Cosef əvvəlcə Morriston Comprehensive School məktəbində təhsil aldı. Daha sonra isə incəsənət üzrə Gorseinon Kollecində (hazırda Gower College Swansea adlanır) təhsilini davam etdirdi. Yeniyetməlik vaxtlarında isə Londona qayıdaraq burada Central School of Speech and Drama universitetinə daxil oldu. Cozef karyerasına Sky One kanalının serialı olan Cadu serialında Troy rolu ilə başladı. Daha sonra Aleksander, Usta və Komandir: Dünyanın Uzaq Tərəfi kimi filmlərdə eləcədə BBC Two kanalında Gözəllik Xətti serialında rol aldı.
Henri Morqan
Henri Morqan (ing. Sir Henry Morgan; 24 yanvar 1631, ehtimal ki, , İngiltərə krallığı – 25 avqust 1688[…]) — Uelsli Dəniz qulduru. Henri Morqan Karib hövzəsində Dəniz quldurluğu ilə məşğul olmuşdur. O, ən məşhur Uelsli Dəniz qulduru hesab olunur. Morqan, Karib hövzəsində donanma üstünlüyünü İspaniyadan Böyük Britaniyaya keçməsinə çalışırdı. Henrinin, Monmoutşir valisi olan Robert Morqanın oğlu olduğu ehtimal olunur. Bristol şəhərinin arxivlərində 1655-ci ilə aid bir sənəddə Henri Morqan Karib Hövzəsində yerləşən Barbados adasında kənd təsərüffatı ilə məşğul olduğu göstərilmişdir. Bu məlumatdan başa Henri Morqan haqqında 1655-ci ilə qədər heç bir məlumat yoxdur. Henrinin şəxsi həyatı barədə əsas məlumatlar onun xatirələrindən öyrənilir. Öz xatirələrində Morqan məktəbi gənc yaşlarda tərk etdiyini, qələmdən daha çox oxa üstünlük verdiyini yazmışdır.
Morqan Ceyms
Morqan Ceyms (27 avqust 1999) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Ceyms Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Harri Toffolonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Ceyms klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Morqan Friman
Morqan Friman (1 iyun 1937[…], Memfis, Tennessi) — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibi oldu. Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi. Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır. Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.
Morqan Tsvangirai
Morqan Tsvangirai (d. 10 mart 1952, Qutu — ö. 14 fevral 2018, Yohannesburq) — Zimbabvenin baş naziri (2009 il fevralın 11-dən), Robert Muqabeyə qarşı müxalifətin lideri. Gümüş Qızılgül Həmrəylik Mükafatının laureatı (2001 ildən).
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Tomas Morqan
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], Pasadena, Kaliforniya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. Развитие и наследственность Ю. Я. Керкис. — М.—Л.: Биомедгиз, 1937.
Uilyam Morqan
Vilyam Morqan — voleybol oyununun banisi. 1870-ci ildə Nyu-Yorkun Lokport əyalətində dünyaya göz açmışdır. Əslən uelsli olan Morqan ABŞ vətəndaşı idi. O, 1892-ci ildə "Springfield" kollecində basketbol oyununun yaradıcısı Ceyms Naysimitlə tanışdı. Hər ikisi bədən tərbiyəsini oxumuş və 1895-ci ildə Naisimit basketbolu yaratmışdı. Bunu görən Morqan daha az güc sərf edərək daha çox maraq verəcək bir oyun yaratmaq istədi və voleybol oyununun əsasını qoydu. İlk olaraq "Mintonette" adlandırdığı oyunu daha sonra voleybol olaraq dəyişdilər və bugünkü voleybol oyunu inkişafla uzun yol keçdi. 1942-ci ildə Morqan dünyasını dəyişmişdir. Onun adına ABŞda orta məktəb də vardır.
Vilyam Morqan
Vilyam Morqan — voleybol oyununun banisi. 1870-ci ildə Nyu-Yorkun Lokport əyalətində dünyaya göz açmışdır. Əslən uelsli olan Morqan ABŞ vətəndaşı idi. O, 1892-ci ildə "Springfield" kollecində basketbol oyununun yaradıcısı Ceyms Naysimitlə tanışdı. Hər ikisi bədən tərbiyəsini oxumuş və 1895-ci ildə Naisimit basketbolu yaratmışdı. Bunu görən Morqan daha az güc sərf edərək daha çox maraq verəcək bir oyun yaratmaq istədi və voleybol oyununun əsasını qoydu. İlk olaraq "Mintonette" adlandırdığı oyunu daha sonra voleybol olaraq dəyişdilər və bugünkü voleybol oyunu inkişafla uzun yol keçdi. 1942-ci ildə Morqan dünyasını dəyişmişdir. Onun adına ABŞda orta məktəb də vardır.
Artur Morqan
Artur Morqan — (ing. Arthur Morgan) Red Dead Redemption 2 oyununun baş qəhrəmanı. Rockstar Games- in Red Dead video oyun seriyasındakı personajlardan biridir . Artur qanundan kənar bir şəxsdir, Van der Linde bandasının yüksək rütbəli üzvüdür, o, Amerika sərhədinin qondarma təmsilçiliyində hökumət qüvvələri və digər düşmənlərlə mübarizə aparmağa çalışarkən Köhnə Qərbin tənəzzülü ilə məşğul olmalıdır . Rockstar Games- in inkişaf qrupu, hadisələrin ona necə təsir etdiyini daha yaxşı başa düşmək üçün Red Dead Redemption 2-də əvvəlki layihə Grand Theft Auto V (2013) dən fərqli olaraq idarə oluna bilən tək bir xarakterə sahib olacağına qərar verdi. Onlar həmçinin hesab edirdilər ki, Qərbin povest quruluşu vahid perspektiv tələb edir. Artur Morqan rolunu aktyor Rocer Klark canlandırıb ; Çəkiliş prosesində eyni vaxtda hərəkət və nitq çəkilişi iştirak edirdi, ancaq kiçik bir hissəsi səs kabinəsində edildi. Artur rolunu oynamaq üçün Klark aktyor Toshiro Mifunedən ilham aldı. O, qeyd etdi ki, Mifune personajlarının Arturda göstərmək istədiyi "dəli" yumor və mürəkkəblik hissi var. Klark " Təklif" dən bəzi fikirlər əldə etdi , çünki o, Arturla oxşar xarakter qövsünü, eləcə də Qərbi Günortadan və Con Ueynin işindən bəhs edir.
Kolin Morqan
Kolin Morqan (1 yanvar 1986) — Şimali İrlandiyalı aktyor. O, BBC-nin fantaziya serialı Merlin-də canlandırdığı Merlin (2008–2012) və Kennet Brana -ın Belfast filmində canlandırdığı Billy Clanton (2021) obrazları ilə məşhurlaşmışdır.
Morqan Bulkeley
Morqan Qardner Bulkeley (26 dekabr 1837 – 6 noyabr 1922, Hartford) — Amerikalı; siyasətçi; iş adamı; Peşəkar Beysbol Klubları Milli Liqasının (ing. National League (baseball)) ilk prezidenti.
Avqust de Morqan
Avqust de Morqan (27 iyun 1806[…], Maduray[d], Britaniya Hindistanı – 18 mart 1871[…], London) — ingilis riyaziyyatçısı, məntiqçi. Müasir riyazi məntiqdə Morqanın adını məntiq cəbrinin aşağıdakı fundamental qanunları daşıyır:konyunksiyanın inkarı inkarların dizyunksiyasına bərabərdir;dizyunksiyanın inkarı inkarların konyunksiyasına bərabərdir. First notions of logic, preparatory to study of geometry. London. 1839; A budget of paradoxes. London. 1872; Syllabus of a proposed system of logic. London. 1860.
Con Pirpont Morqan
Con Pirpont Morqan(ing. John Pierpont Morgan I; 17 aprel 1837[…], Hartford – 31 mart 1913[…], Roma) — Amerika biznesmeni. Con Pirpont Morqan (1837–1913) "hava satıcısı" kimi tanınmış bu şəxs, məşhur maliyyəçi, Corc Pibodinin ortağı Cunius Spenser Morqanın ailəsində doğulmuşdur. Morqanların vaxtilə Yamayka qubernatoru olmuş ingilis dəniz qulduru Henri Morqanın nəslindən olması da maraqlı tarixi faktdır. Bu baxımdan biz də bu nömrədə kiçik araşdırma aparmaqla mövzunu praktiki baxımdan tədqiq etməyi məqsədəuyğun hesab etdik. Keçmiş dövrün tanınmış maliyyəçilərindən Con Morqanın və Con Rokfellerin yazı xətti nümunələrini seçilməsi isə "maliyyə istedadı" anlayışının müxtəlif aspektlərinin işıqlandırılıması arzusundan irəli gəlirdi. Belə ki, onların hər birinin istedadı özünəməxsusluğu ilə seçilir və psixoloji keyfiyyətlərin xüsusi kombinasiyası ilə təcəssüm olunur. Sadalanan şəxsiyyətlər ABŞ-də yaşamış və fəaliyyət göstərmişlər. Burada məhz belə bir sual meydana çıxır: "Görəsən, dünyanın digər ölkələrində istedadlı maliyyəçilər olmamışdırmı?" Təbii ki, olmuşdur. Lakin XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ öz imkanlarının spektrlərini səfərbər edib reallaşdırmağı bacaran xüsusi iqtisadi mühitə malik idi.
De Morqan qanunları
De Morqan qanunları — Şotland riyaziyyatçısı Avqust de Morqan (1806-1871) adı ilə adlandırılıb. Avqust de Morqan ilk dəfə bu xassəni dəqiq ifadə etmiş və tam araşdırmışdır. Təkliflər hesabının (nəzəriyyəsinin) xassəsi. Bu xassə təkliflərin konyuksiyasının (dizyunksiyasının) inkarının onların inkarının dizyunksiyası (konyuksiyası) ilə eyniqiymətli olduğunu müəyyənləşdirir. Başqa sözlə A ∧ B ¯ = A ¯ ∨ B ¯ {\displaystyle {\overline {A\land B}}={\overline {A}}\lor {\overline {B}}} və A ∨ B ¯ = A ¯ ∧ B ¯ . {\displaystyle {\overline {A\lor B}}={\overline {A}}\land {\overline {B}}.} De-Morqan qanunları istənilən Bul cəbrində, xüsusi halda, çoxluqlar cəbrində doğrudur. İxtiyari A ⊂ U , B ⊂ U {\displaystyle A\subset U,B\subset U} çoxluqları üçün ( A ∩ B ) ′ = A ′ ∪ B ′ , ( A ∪ B ) ′ = A ′ ∩ B ′ , {\displaystyle (A\cap B)^{\prime }=A^{\prime }\cup B^{\prime },(A\cup B)^{\prime }=A^{\prime }\cap B^{\prime },} Burada X ′ = U ∖ X {\displaystyle X^{\prime }=U\backslash X} , ( X ⊂ U ) {\displaystyle (X\subset U)} - tamamlama əməlidir. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Jak De Morqan
Jak de Morqan (3 iyun 1857[…] – 12 iyun 1924, Marsel)— fransız tarixçisi, numizmat və arxeoloqu. Jak De Morqan 3 iyun 1857-ci ildə Fransanın Uisso-Syur-Koccon şəhərində anadan olmuşdur. 1889–1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İran və Azərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar apararaq tarixi abidələrimizi ölkədən kənara çıxartmışdır. O, 1889-cu ildə Korqanrud (Kəonru) mahalında qazıntılar aparmış və buradakı tarixi abidələrlə yanaşı, qızıl və digər qiymətli əşyaları Fransa muzeylərinə göndərmişdir. De Morqan Lənkəran, Lerik və Astaranın ərazisində arxeoloji qazıntılara ilk olaraq Çay İçi Lənkəran (Ruədilə) mahalından başlayaraq, Astaranın, Lerikin, Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edirdi. O, savadsız kənd camaatını müxtəlif yollarla aldadaraq qədim tarixə malik qəbirləri onlara qazdırmışdır. 1890-cı ildə tədqiqatcı həmyerlisi K. Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində arxeoloji qazıntılara başlayır. O, buradakı nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5–6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır.
Lüis Henri Morqan
Morqan Lüis Henri (ing. Lewis Henry Morgan; 21 noyabr 1818 – 17 dekabr 1881[…], Roçester[d], Nyu-York ştatı) – ABŞ alimi, etnoqrafı və arxeoloqu. Amerika hindililərinin məişətini öyrənərək ibtidai cəmiyyətin tarixinə dair sanballı material toplamış, "Qədim cəmiyyət" əsərində (1877) ümumiləşdirmişdir. Siniflərə qədərki cəmiyyəti tarixinin dövrləşdirilməsini yaratmaq cəhdi Morqana məxsusdur; bu cəhd hər bir dövrü istehsal texnikasının inkişafı ilə əlaqələndirmək baxımından qiymətli hesab edilir. Morqan müəyyən etmişdir ki, ailə cəmiyyətin inkişafı ilə birlikdə dəyişən tarixi hadisədir. Luis Henri morqan 40 il müddətində irokezlerle birlikdə yaşamış və onların həyatını öyrənmişdir.
Morqan Lüis Henri
Morqan Lüis Henri (ing. Lewis Henry Morgan; 21 noyabr 1818 – 17 dekabr 1881[…], Roçester[d], Nyu-York ştatı) – ABŞ alimi, etnoqrafı və arxeoloqu. Amerika hindililərinin məişətini öyrənərək ibtidai cəmiyyətin tarixinə dair sanballı material toplamış, "Qədim cəmiyyət" əsərində (1877) ümumiləşdirmişdir. Siniflərə qədərki cəmiyyəti tarixinin dövrləşdirilməsini yaratmaq cəhdi Morqana məxsusdur; bu cəhd hər bir dövrü istehsal texnikasının inkişafı ilə əlaqələndirmək baxımından qiymətli hesab edilir. Morqan müəyyən etmişdir ki, ailə cəmiyyətin inkişafı ilə birlikdə dəyişən tarixi hadisədir. Luis Henri morqan 40 il müddətində irokezlerle birlikdə yaşamış və onların həyatını öyrənmişdir.
Morqan Nikin itməsi
Morqan Çantel Nik (ing. Morgan Chauntel Nick; d. 12 sentyabr 1988, ABŞ, Arkanzas, Alma - itkin düşdü 9 iyun 1995, ABŞ, Arkanzas, Alma) – Kiçik Beysbol Liqası oyununda oğurlanmış amerikalı qız. Morqanın anası insanlara itkin düşmüş övladlarını tapmağa kömək edən Morqan Nik Fondunu yaratmaqla tanınmışdır. 9 iyun 1995-ci ildə Morqan Nik və anası Kollin Nik Arkanzas ştatının Alma şəhərində Kiçik Beysbol Liqası oyununa getdilər. Saat 10:30 radələrində Morqan anasından dostları ilə birlikdə işıldaböcəyi tuta biləcəyini soruşdu. Əvvəlcə anası tərəddüd etdi, lakin sonda icazə verdi. O, sonuncu dəfə dostları tərəfindən 10:45 radələrində anasının maşının yanında tək başına ayaqqabılarından qumu boşaldarkən göründü. Dostları isə ondan bir neçə metr kənarda ayaqqabılarını təmizləyirdilər. Morqanın dostları ayaqqabılarını geyinərkən Morqanla söhbət edən xoşagəlməz bir adam gördüklərini bildirdilər.
Morqan Tomas Hant
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], Pasadena, Kaliforniya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. Развитие и наследственность Ю. Я. Керкис. — М.—Л.: Биомедгиз, 1937.
Morqan (dairə, Alabama)
Morqan dairəsi və ya Morgan qraflığı, Amerika Birləşmiş Ştatlarının Alabama ştatında yerləşən bir qraflıqdır. ABŞ-da əhalinin 2020-ci ildəki siyahıyaalınmasına görə dairənin əhalisi 123,421 nəfər təşkil edir. Dairənin mərkəzi Dekatur şəhəridir.
Morqana Qmaç
Morqana Qmaç (17 iyun 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Morqana Qmaç 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qmaç həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. Morqana Qmaç 2016-cı ildə Braziliya bayrağı altında elə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Emanuelle Lima, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.08 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••••••••••••• 1.68
2005 ••••••••••••• 1.35
2006 ••• 0.23
2007 ••••••••••• 1.06
2008 •••••••••• 0.97
2009 •••••••••••••••• 1.60
2010 •••••••••• 1.00
2011 •••••••••• 0.94
2012 ••••••••••••••••• 1.72
2013 •••••••••••••• 1.46
2014 ••••••••••••••••• 1.72
2015 •• 0.17
2016 •••• 0.35
2017 ••••• 0.49
2018 ••••••••• 0.90
2019 •••••••••••••••••••• 2.09
2020 ••••••• 0.66

"morqan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#morqan nədir? #morqan sözünün mənası #morqan nə deməkdir? #morqan sözünün izahı #morqan sözünün yazılışı #morqan necə yazılır? #morqan sözünün düzgün yazılışı #morqan leksik mənası #morqan sözünün sinonimi #morqan sözünün yaxın mənalı sözlər #morqan sözünün əks mənası #morqan sözünün etimologiyası #morqan sözünün orfoqrafiyası #morqan rusca #morqan inglisça #morqan fransızca #morqan sözünün istifadəsi #sözlük