MR sözü azərbaycan dilində

MR

Yazılış

  • MR • 96.1791%
  • Mr • 3.4751%
  • mr • 0.3112%
  • mR • 0.0346%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.mr
.mr — Mavritaniyanın internet kodu.
Acarıstan MR
Acarıstan (gürc. აჭარა) və ya rəsmi olaraq Acarıstan Muxtar Respublikası (gürc. აჭარის ავტონომიური რესპუბლიკა,Ач'арис автономиури республика)rus. Аджарская Автономная Республика — Gürcüstanın tərkibində muxtar respublika. Acarıstan Gürcüstanın cənub-qərbində, Qara dənizin sahilində yerləşir. Muxtar respublika cənubda Türkiyə ilə həmsərhəddir. Paytaxtı Batumi şəhəri, ümumi sahəsi 2,900 kvadrat kilometrdir. Əhalisinin əksəriyyətini acarlar təşkil edir. 1991-ci ildən muxtar respublikaya rəhbərlik edən və "Acarıstan aslanı" kimi ad çıxaran Aslan Abaşidze (Abaşidzelərin Acarıstandakı hakimiyyətinin kökləri 6 əsr öncəyə, XV əsrin ortalarına gedib çıxır - red.) belə mürəkkəb etnik strukturu olan bölgənin 2004-cü ilə qədər rəhbəri olub. 1991-1992-ci illərdə Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçib.
Krım MR
Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır. === Milli tərkibi === == İnzibati quruluşu == Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil.
MR-angioqrafiya
Maqnit-rezonans angioqrafiya (MR-angioqrafiya, MRA) — maqnit-rezonans tomoqrafiyası vasitəsilə qan damarlarının şəklinin əldə edilməsi üsulu.
Mr.Bean
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Mr. Robot
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
Naxçıvan MR
Naxçıvan, rəsmi adı ilə Naxçıvan Muxtar Respublikası (1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (Naxçıvan SSR), 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR)) — Azərbaycan Respublikasının tərkibində muxtar respublika, dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Respublikası (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür.
Mr. Kitty
Mr. Kitty və ya Echo Strobe kimi daha yaxşı tanınan əsl adı Forrest Avery Carney olan (24 mart 1992-ci ildə anadan olub), Amerikalı müğənni-bəstəkar, prodüser və DJ-dir. Onun üslubu synthwave, synthpop, new wave, cadugər evi və qaranlıq dalğa kimi təsvir edilir və musiqilərində dinləyicilərdə nostalji hisslər oyadır. O, daha çox 2014-cü ildə yayımladığı və 2019-cu ildə YouTube platformsında fanatı tərəfindən videosu yerləşdirildikdən sonra populyarlaşan "After Dark" mahnısı ilə tanınır Carney başqaları üçün IAMX və Estetik Mükəmməllik remiksləri etdi və Pastel Ghost və Crystal Castles ilə birgə mahnılar ifa etdi.
MR 1
Makedoniya Radiosu 1 – qısa formada "MR 1", həmçinin "Skopye Radiosu" (mak. Skopye Radiosu) kimi də tatınır. Makedoniyanın ilk böyük radiostansiyası, 1944-cü ildən etibarən de-facto yayımlanır. == Tarixi == Makedoniyada ilk radioyayım 1944-cü ildə, eksperimental ötürücülərin quraşdırılmasından sonra başlayıb. Yuqoslaviya təslim olunduqdan sonra yayım dayandırılsa da, Alman əsirliyində olan Bolqar radiostansiyaları fəaliyyətə başladı. 1944-cü ilin avqustunda Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş iclasında yazıçı Vlado Maleski gələcək Yuqoslaviya Respublikasında radiostansiya yaratmaq təklifini irəli sürdü. Bu səbəbdən Gorno-Vranovtsi kəndində canlı yayıma hazırlıq üçün texnik və jurnalistlər qrupu yiğılmışdı. Texniki avadanlıqlara Makedoniyada Yuqoslav Milli Azadlıq hərəkatı Ordusunun Baş Qərargahının zabiti Vasko Petkovski cavabdeh idi. 28 avqust 1944-cü ildə Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş 2-ci Antifaşist konqresini yayımlayan "Skopye Radiosu" efirə buraxıldı. Yayım Amerikanın 20vatlı, SCR qısadalğalı ötürücüsü vasitəsilə həyata keçirildi.
Naxçıvan MR Ali Məclisi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı. == Tarixi == 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb. Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. 17 noyabr 1990-cı ildə XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. === Ali Məclisin çağırışları === == Statusu == Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
Naxçıvan MR Dövlət Statistika Komitəsi
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. == Haqqında == Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. == Sədrlər == Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.
Mr. Morale & the Big Steppers
Mr. Morale & the Big Steppers — ABŞ repçisi Kendrik Lamarın beşinci studiya albomu. 13 may 2022-ci ildə PGLang, Top Dawg Entertainment (TDE), Aftermath Entertainment, və Interscope Records tərəfindən buraxılıb.
Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. == Tarixi == Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. == Ümumi məlumat == Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. == Həmçinin bax == Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası == Mənbə == Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Anna Mrozinska
TBD (TBD) — Polşanı təmsil edən bədii gimnast. == Karyerası == TBD Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Leonti Mroveli
Leonti Mroveli (gürc. ლეონტი მროველი; v. XI əsr) — XI əsr gürcü tarixçisi, yepiskop. == Həyatı == == Tarixi baxışları == Buntürklərin qədim tarixindən xəbər verən Leonti Mrovelinin "Kartlis çarının həyatı" əsərində oxuyuruq: "Buntürklər qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar". L.Mroveli daha sonra məlumat verir ki, İran çarı Keyxosro türklərlə müharibəyə başladı və bu türklərin bəziləri Keyxosro tərəfindən qovuldu. 28 ev Qurqan (Kaspi) dənizindən keçib Kürlə üzü yuxarı Mesxetiyə gəldilər. Onlar domovladıka Mesxetiyə müraciət edib iranlılara qarşı kömək istədilər. Domovladıka Mesxeti bu barədə bütün kartvellərə xəbər verdi. Onlar (kartvellər) türklərlə dostlaşmaq arzusunu bildirdilər, çünki iranlılardan qorxurdular.
MRAP
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
MRNT
mRNT və ya məlumat RNT-si və ya məlumat RNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT tipidir. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər bir zülal tipi üçün spesifik mRNT var. DNT-dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir aminturşu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür.
Mramorye
Mramorye (serb-kiril. Мраморје) və ya Baqruşa (Багруша) ― Serbiyanın Peruçats kəndində yerləşən orta əsr nekropolu və bölgənin ən yaxşı qorunan nekropollarından biri. Nekropol 14-cü əsrdə tikilib və Drina çayı ilə yaşayış məntəqəsinin girişində çay boyunca uzanan əsas yol arasında yerləşir. Ərazi "müstəsna əhəmiyyətə malik bir mədəniyyət abidəsi" olaraq Serbiya Respublikası tərəfindən qorunur. Lakin ərazi yenə də bir tərəfdən Drina çayı, digər tərəfdən Peruçats qəsəbəsinin genişlənməsinin davam etməsi ilə təhdid olunur. 2016-cı ildə Mramoryenin də daxil oldduğu Serbiyadakı 3 nekropol UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Nekropol == Möhkəm əhəng daşından düzəldilmiş təxminən 200 qəbir daşına sahib olan nekropol XIV əsrdə qurulmuşdur. Nekropol keçmiş Yuqoslaviya ölkələrinin orta əsr cənazə memarlığına xas olan steçki tipli abidələri ehtiva edir. Nekropolda tapılan ən böyük məzar daşları nümunələrinin uzunluğu 2 metr (6.6 ft), eni və hündürlüyü isə təxminən 1 metr (3.3 ft) olmuşdur. Əvvəlki mənbələrdə nekropolda 122 abidənin olduğu qeyd olunsa da, son məlumatlara görə onların sayı 93-dür.
Mrk 590
Mrk 590, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Balina bürcü istiqamətində yerləşir. Sa tipli qalaktikadır. İngilis astronomu Vilyam Herşel tərəfindən 1785-ci ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Mrk 776
Mrk 776, Yeni Baş Kataloqda qeydə alınmış NGC kataloğunda bulunan IC cismidir. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. SBab tipli qalaktikadır. İngilis astronomu Vilyam Herşel tərəfindən 1785-ci ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Mrk 809
Mrk 809 — Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Çoban bürcü istiqamətində yerləşir. Sc tipli qalaktikadır. Levis Svift tərəfindən 1886-cı ildə 40.64 sm (16 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Mrqaşen
Mrqaşen - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Tufan (MRAP)
Tufan — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaratdığı Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi. "Tufan"ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan"ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
Ceyson Mraz
Jason Thomas Mraz (23 iyun 1977)- Amerikalı müğənni-bəstəkar. O, 2000-ci ildə San Dieqoda kafedə işləyərkən diqqət çəkməyə başlayıb. Orada zərb alətləri ifaçısı Toka Rivera ilə tanış oldu. "Live at Java Joe's"-ı yayımlandıqdan sonra Rivera ilə davam etdi. 2002-ci ildə ilk albomu olan "Waiting for My Rocket to Come"-u buraxdı. Albomdakı "The Remedy (I Won't Worry)" kifayət qədər uğurlu oldu, lakin onun əsas uğuru 2005-ci ildə buraxılan Mr. O, bunu A-Z albomu ilə tutdu. Albom ilk həftəsində ABŞ-da 100.000-dən çox nüsxə satdı və Billboard 200-də beşinci yerdə debüt etdi. Onun üçüncü albomu "We Sing. We Dance.
MrBeast Burger
MrBeast Burger — İnternet şəxsiyyəti Cimmi Donaldson (MrBeast) tərəfindən Virtual Yemək Konseptləri, MMC ilə əməkdaşlıqda qurulan və inkişaf etdirilən Amerika virtual restoranıdır. O, Şimali Amerika və Avropada fəaliyyət göstərir və daha çox ölkəyə yayılmağı planlaşdırır. Zəncirlər müxtəlif burgerlər, kartof qızartmaları, desertlər və konservləşdirilmiş içkilərdən ibarət menyu təqdim edir. Çatdırılma proqramından müştərilər yemək sifariş edir və bu sifariş real məkanda fəaliyyət göstərən müqaviləli restoranların yerlərində hazırlanır. == Tarixi == === Açılışdan əvvəl === Donaldson'un MrBeast Burgerinin üzərində işləməyə nə vaxt başladığı bəlli olmasa da, Twitter hesabından "sonsuza qədər" buraxmağı planlaşdırdığını deyib. Donaldson'un YouTube kanalının meneceri Uil Hayd, layihənin bir neçə aydır üzərində işlənildiyini deyərkən, digər menecer Reed Düşşer isə layihənin bir ildən artıq müddətdə planlaşdırıldığını bildirib. MrBeast Burger üçün rəsmi Twitter hesabı 12 Avqust 2020-ci ildə yaradılıb və yerlər rəsmi buraxılışdan bir neçə gün əvvəl çatdırılma proqramlarında istifadəçilərə görünməyə başlayıb. === Rəsmi açılış === İlk MrBeast Burger məkanı rəsmi olaraq 10 Noyabr 2020-ci ildə Şimali Karolina ştatının Wilson şəhərində açılıb. Müvəqqəti olaraq yenidən bəzədilmiş Burger Boy restoranı olan bu yer mağazanın tək fiziki yeri idi. YouTube videosunun bir hissəsi olaraq, Donaldson pulsuz yemək reklam etmiş və binanın avtomobillə xidmətində növbəyə duran müştərilərə pul, texnologiya və hətta yeni avtomobil verib.

Oxşar sözlər

#mr nədir? #mr sözünün mənası #mr nə deməkdir? #mr sözünün izahı #mr sözünün yazılışı #mr necə yazılır? #mr sözünün düzgün yazılışı #mr leksik mənası #mr sözünün sinonimi #mr sözünün yaxın mənalı sözlər #mr sözünün əks mənası #mr sözünün etimologiyası #mr sözünün orfoqrafiyası #mr rusca #mr inglisça #mr fransızca #mr sözünün istifadəsi #sözlük