şö sözü azərbaycan dilində

şö

Yazılış

  • şö • 65.2174%
  • ŞÖ • 19.5652%
  • Şö • 15.2174%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Helmut Şön
Helmut Şön (alm. Helmut Schön‎; 15 sentyabr 1915, Drezden – 23 fevral 1996, Visbaden) — Almaniyalı futbolçu və məşqçi.2012-ci ilədək dünya çempionatını və Avropa çempionatını qazanmış yeganə məşqçi idi.2012-ci ildə onun nailiyyətini İspaniyanın məşqçisi Visente del Boske təkrarlamışdır. == Karyerası == === Futbolçu karyerası === Helmut Şön "Drezdner", "Drezden-Fridrixştadt", "Sankt-Pauli", "Hertha BSC" futbol klublarında oynamışdır.1937-ci ildən 1941-ci ilədək Almaniya millisində 16 oyun keçirmiş və 17 qol vurmuşdur. === Məşqçi karyerası === Helmut Şön "Saarbrükken" futbol klubunun məşqçisi olmuşdur. 1952–1956-cı illərdə Saarland yığmasının məşqçisi olmuşdur. Helmut Şönün baş məşqçiliyi altında Almaniya millisi 1972-ci il Avropa çempionatında və 1974-cü il dünya çempionatında çempion olmuşdur.
Henrix Şönfeld
Henrix Şönfeld (alm. Heinrich Schönfeld‎; 3 avqust 1900, Kluj-Napoka – 3 sentyabr 1976, Toronto) — Yəhudi əsilli Avstriyalı futbolçu. Mövqeyi hücumçu olub. İtaliyada Enriko Şönfeld (it. Enrico Schoenfeld) adı ilə çıxış edib. İlk İtaliya çempionatının bombardiri olub. == Karyera == Şönfeld karyerasına 1916-cı ildə Avstriya Bundesliqasında çıxış edən "Rudolfshügel" klubunda qapıçı kimi başlayır. 1920/21 mövsümündən etibarən Henrix bu klubun hücum xəttində oynamağa başlayır. Bu cür hadisə bizim zamanımızda bu təəccüblü görunə bilər, amma o illərdə belə dəyişikliklər nadir deyildi. Hücumçu kimi ilk oyunda Henrix Vyananın "Hakoah" klubuna qol vurur.
Hünər və Şöhrət Yolu ilə (1981)
Hünər və şöhrət yolu ilə (film, 1981)
Həsənkəndi (Şövt)
Həsənkəndi (fars. حسن كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kiçik Şöllü Dəmirçi
Kiçik Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda yerləşən kənd. == Etimologiyası == Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən kiçik sözündən, şollu və dəmirçi etnonimlərindən ibarətdir. Toponimdəki Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk mənşəli çol etnonimini, dəmirçi isə şahsevən türk tayfasından olan dəmirçi etnonimini əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Tarixi == Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında, Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək, 1969-cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir.[mənbə göstərin] Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.
Lalə Şövkət Hacıyeva
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir.[mənbə göstərin] Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.
Mahmud Şövkət Paşa
Mahmud Şövkət Paşa (1856[…], Bağdad, Bağdad əyaləti[d] – 11 iyun 1913, İstanbul) — Osmanlı hərb və dövlət xadimi. 31 mart hadisəsi kimi tanınan üsyanın yatırılmasında və II Əbdülhəmidin taxtdan endirilməsində rol oynamış, V Mehmet Rəşad səltənətində 23 yanvar 1913 – 11 iyun 1913 tarixləri arasında dörd ay on doqquz gün sədrəzəmlik etmişdir. == Həyatı == 1856-cı ildə Bağdadda anadan olub. Tbilisili Hacı Talib Ağanın nəvəsi, Fars mutasarrıfı Kındhudazadə Süleyman Faiq bəyin oğludur. Ata tərəfindən nəsli İraqa yerləşmiş Gürcü mənşəli bir ailəyə bağlıdır. İlk və orta təhsilini Bağdadda tamamladıqdan sonra İstanbula getdi. 1882-ci ildə kapitan olaraq Məktəbi Hərbiyyəni bitirdikdən sonra bir müddət Giritdə fəaliyyət göstərib, ertəsi il Məktəbi Hərbidə müəllimliyə başlamışdır. Bir müddət Baron von der Goltzun altında çalışdı, silah satın alma komissiyasının üzvü kimi Almaniyaya getdi. 1884-cü ildə kolağası, 1886-cı ildə mayor, 1889-cu ild polkovnik-leytenant oldu. 1891-ci ildə miralaylığa yüksəlib.
Mahmud Şövkət Əfəndi
Mahmud Şövkət Əfəndi (20 iyul 1903, İstanbul – 1 fevral 1973 və ya 1973, Overn-Rona-Alp, Fransa metropoliyası) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. Dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən ailə fərdliyindən çıxarılmışdır. == Həyatı == Şahzadə Mahmud Şövkət Əfəndi 1903-cü ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı olan Nervaliter xanım idi. O da atası kimi dənizçiliyə maraqlı idi. Hətta yaşadığı villanın həyətində böyük bir hovuz inşa etdirmişdi. Hətta bir müddət Osmanlı donanmasında və Osmanlı hava qüvvələrində xidmət etmişdi. 21 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edilmişdi. Ancaq o əsnada evləri əhali tərəfindən yağmalandığı üçün yanlarında heç nə götürmədən yük gəmisiylə Krit adasına yollandılar.
Martin Şöller
Martin Şöller (alm. Martin Schoeller‎; 12 mart 1968, Münxen) — Almaniya fotoqrafı.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü. 2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı.
Mehmed Şövkət Əfəndi
Mehmed Şövkət Əfəndi (5 iyun 1872, Dolmabağça sarayı, İstanbul ili – 22 oktyabr 1899) — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Şövkət Əfəndi 1872-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləziz, anası isə onun üçüncü xanımı Neşərək xanım idi. 4 yaşında ikən atası taxtdan devrilmiş və bir neçə gün sonra şübhəli olaraq ölü tapılmışdı. V Muradın qısa səltənətinin ardından Ortaköydəki köşkdə yaşamağa başlayan Mehmed Şövkət Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Seyfəddin Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 3 aprel 1890-cı ildə Fatmayı-nur xanımla evləndi və bu evlilikdən 1 oğlu dünyaya gəldi. Sultan Əbdüləzizin oğul nəsli məhz onun ailəsindən törəyib. Məzarı Sultan Mahmud türbəsindədir. Məzar daşının üzərinə aşağıdakı yazı yazılmışdır:Cennet mekân Sultan Abdülaziz Han Hazretlerinin mahdum-ı mükerremleri Şevket Efendi Hazretlerinin ruhuna Fatiha.
Milli Qadın Şöhrəti Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. == Üzvləri == Anna Dadli Ella Fitscerald Eleonora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri == Xarici keçidlər == Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Molla Abbas Şölə
Hacı Molla Abbas Hacı Abdulla oğlu Şölə (İsfahan – 1899, Yelizavetpol) — şair. == Həyatı == Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur. Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu. Mərhum Şölə təvəllüdü zamanından ömrünün müsinn çağına qədər xəstə olmadığını və hətta baş və diş ağrısı nə olduğunu bilmədiyini öz dost və tanışları yanında iddia edərmiş. Şölə fars və türk dillərini kamil vəchdə bilirmiş. Amma əşarü kəlamının çoxusu türk dilindədir. Yazdığı əşarın əksəri, demək olur ki, Gəncə şəhərinin xüsusi vüquatına və onda vaxtbəvaxt zühur edən əlamata, vüqua gələn təğyirata və Gəncə əhlinin əxlaqü adatına dairdir. Şölənin dili açıq və sadə olduğuna binaən, onun kəlamları hər kəsə, hətta kəmsavad adamlara da xoş gəlir.
Molla Əhməd (Şövt)
Molla Əhməd (fars. ملااحمد‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli (Şövt)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məmduh Şövkət Esendal
Məmduh Şövkət Esendal (29 mart 1883, Çorlu — 16 may 1952, Ankara) — Türk yazıçısı, diplomat, siyasətçi, Türkiyənin Azərbaycanda ilk səfiri. == Fəaliyyəti == Azərbaycan—Türkiyə münasibətlərindən söz açarkən "ilk" epitetinə tez-tez müraciət etmək lazım gəlir. Cümhuriyyət elanından bir həftə sonra 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperatorluğu arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Bu müstəqil dövlət kimi Azərbaycanın imzaladığı ilk beynəlxalq hüquqi-diplomatik sənəd idi. 1991-ci il noyabrın 11-də, keçmiş SSRİ-nin de-fakto mövcudluğu şəraitində siyasi iradə və qətiyyət nümayiş etdirərək hələ müttəfiq sovet respublikalarından biri sayılan Azərbaycan SSR-nın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu. Maraqlıdır ki, 1920–22-ci illərdə hələ müstəqilliyin müəyyən atributlarına malik olan Azərbaycan SSR-lə diplomatik münasibətlər quran və Bakıya öz təmsilçisini göndərən ilk dövlət yenə də Türkiyə, bu dəfə milli müstəqillik uğrunda Qurtuluş Savaşına başlamış Mustafa Kamal Türkiyəsi idi. Azərbaycan Cümhuriyyətinin süqutundan 5 gün sonra, 1920-ci il mayın 3-də qurulan Ankara hökuməti həmin il avqustun 12-də özünün ilk xarici təmsilçisini başqa bir ölkəyə deyil, məhz Azərbaycana göndərmişdi. Yeni Türkiyəni sovet Bakısında təmsil edən ilk türk diplomatı isə tanınmış yazıçı və ictimai-siyasi xadim Məmduh Şövkət Esendal (1883–1952) olmuşdu. O, patriarxal Osmanlı əyalətlərindən birində – Tekirdağın Çorlu ilçəsində, əkinçi ailəsində doğulmuşdu. Ailəsinin yoxsulluğu üzündən ardıcıl və sistemli təhsil ala bilməmişdi.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. == Erkən həyatı == Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Nurabad (Şövt)
Nurabad (fars. نوراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Pəmbək-Şörəyel distansiyası
Pəmbək-Şörəyel distansiyası (rus. Памбако-Шорагяльская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 – 10 aprel 1840-cı illərdə mövcud olmuşdur.
Qarabulaq (Şörəyel)
Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. == Tarixi == Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
Qayalı (Şörəyel)
Qayalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Toponim qaya sözünə -lı şəkilçisinin qoşulması ilə əmələ gəlib «daşlı, qayalı yerdə olan kənd» mənasını ifadə edir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1950-ci il fərmanı ilə dəyişdirilib Noraber qoyulmuşdur.
Qazançı (Şörəyel)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur. == Digər == Qazançı dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

"şö" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şö nədir? #şö sözünün mənası #şö nə deməkdir? #şö sözünün izahı #şö sözünün yazılışı #şö necə yazılır? #şö sözünün düzgün yazılışı #şö leksik mənası #şö sözünün sinonimi #şö sözünün yaxın mənalı sözlər #şö sözünün əks mənası #şö sözünün etimologiyası #şö sözünün orfoqrafiyası #şö rusca #şö inglisça #şö fransızca #şö sözünün istifadəsi #sözlük