ŞT sözü azərbaycan dilində

ŞT

Yazılış

  • ŞT • 93.0481%
  • şt • 4.2781%
  • Şt • 2.6738%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Məhəmməd Ştulski
Şeyx Hacı Məhəmməd Ştulski (Ramazanov) (1855, Ştul[d] – 1930, Dərbənd, Dağıstan MSSR) — Cənubi Dağıstanın tanınmış din xadimi, 1930-cu ildə Cənubi Dağıstanda Sovet hakimiyyətinə qarşı təşkil edilmiş geniş üsyanın lideri. Milliyyətcə ləzgidir. == Həyatı == Şeyx Məhəmməd-Xaci Ştulski (Ramazanov) 1855-ci ildə Küraxski rayonunun Ştul kəndində anadan olmuşdur. O, "Şeyx" və "Ştul Məhəmməd-Hacı" kimi tanınırdı. Partiya fondunun əvvəllər elmi dövriyyəyə daxil edilməmiş bəzi sənədlərindən görünür ki, şeyxin Ştul, Kasumkənd və Yuxarı Stalda mülkləri olub, yəni: üç ev, bağ, 50 baş mal-qara və s. Ailəsinə gəlincə, onun üç arvadı və yeddi uşağı olub. Qeyd edək ki, Şeyx Ştulski Cənubi Dağıstanda məşhur din xadimi olub, tez-tez Mahaçqala və Bakıda olub. 1929-cu ildə dövlət orqanları tərəfindən həbs edilmiş və iki ay həbsdə saxlansa da, bundan sonra azadlığa buraxılmışdır. 1930-cu ildə Şeyx Ştulski Dağıstanın cənubunda Sovet hakimiyyətinə qarşı üsyan təşkil etdi. == Şeyx Ştulskinin başçılıq etdiyi üsyanın ilkin şərtləri == Bu üsyanın motiv və məqsədlərini başa düşmək üçün Maqomed Ramazanov (Şeyx Ştulski) və üsyanın digər iştirakçılarının ittihamı üzrə 1632 saylı işin məzmunu ilə tanış olmaq lazımdır.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kaliforniya ştatı
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır. Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Karl Şteffek
Karl Konstantin Henrix Şteffek (alm. Carl Constantin Heinrich Steffeck‎; 4 aprel 1818[…], Berlin – 11 iyul 1890[…], Köniqsberq, Prussiya) — Almaniya animalist rəssamı, portretçi və qrafik. İlk növbədə atlar və itlər təsvirləri ilə məşhurdur. == Həyatı == Sənətə həvəsi olan rantyenin oğlu Karl Şteffek hələ gimnaziya illərində Prussiya İncəsənət Akademiyasında tez-tez olurdu. 1837-ci ildə rəssam Frants Krügerin şagirdi oldu və daha sonra Karl Beqasın emalatxanasında işləməyə başladı. 1839-cu ildə Şteffek Paris şəhərinə yollandı və orada iki ay Pol Delaroşun yanında şagirdlik etsə də, daha çox Oras Vernenin sənəti ilə maraqlanırdı. 1840–1842-ci illərdə İtaliya üzrə səyahət edirdi. Səfərdən qayıtdıqdan sonra ov və heyvan rəsmlərini çəkdi. Bu janrla yanaşı, "Albrext Axil ştandart uğrunda nürnberqistlərə qarşı mübarizədə" (1848) adlı böyük tarixi rəsm əsəri yaratdı, hansını ki 1864-cü ildə Berlin Milli Qalereyası əldə etdi. 1850-ci illərin əvvəllərindən Şteffek naqqaşlıq üzrə dərslər verməyə başladı.
Katsina ştatı
Katsina ştatı (ing. Katsina State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kebbi ştatı
Kebbi ştatı (ing. Kebbi State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kogi ştatı
Kogi ştatı (ing. Kogi State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat.
Konfederativ Ştatlar
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861–1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
Kross River ştatı
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Lars Ştindl
Lars Ştindl (26 avqust 1988-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Ştindl Almaniyanın Speyer şəhərində anadan olmuşdur. O, futbolçu karyerasına Viesental klubunun gənclər komandasında başlamışdır. 2000-ci ilin yayında Karlsruher klubunun akademiyasına qəbul olmuşdur. Ştindl peşəkar karyerasına Karlsruher klubunda start vermişdir. O, Bundesliqada ilk oyununa 15 mart 2008-ci ildə çıxmışdır. O, Ayntraxt Frankfurt klubuna qarşı oyunda 81-ci dəqiqədə meydana daxil olmuşdur. Ştindl Bundesliqada ilk qolunu 29 noyabr 2008-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuşdur. 2010-cu ilin fevral ayında Ştindl Karlsruher klubunu tərk etmişdir. 16 mart 2010-cu ildə o, Hannover 96 klubu ilə müqavilə imzalamışdır.
Maks Ştirner
Maks Ştirner (alm. Max Stirner‎), əsl adı Yohan Kaspar Şmidt; 25 oktyabr 1806[…], Bayroyt, Bavariya Krallığı – 26 iyun 1856[…] və ya 25 iyun 1856, Berlin) — alman filosofu olmuşdur. O əsasən ekzistensializmin, nihilizmin, postmoderizmin və anarxizmin ən əsas anarxo-individualizmin öndərlərindən biri olaraq görülür. Ştirnerin əsas əsəri Eqo və mülkiyyətdir. Bu əsər ilk dəfə 1845-ci ildə Leypsiqdə dərc olunub və həmin dövrdə müxtəlif nəşrlərilə tərcümələri günümüzə qədər nəşr olunur. == Bioqrafiya == Maks Ştirner Bayroyt, Bavariada doğulmuşdur. Onun həyatı haqqında Şotlandiyada doğulan alman yazıçı Con Henri Mekkey 1898-ci ildə Almaniyada nəşr elətdirdiyi Maks Ştirnerin bioqrafiyası əsərində (Max Stirner – sein Leben und sein Werk) yazıb. Maks Ştirner nəfəs alətləri ustası olan atası Albert Christian Heinrich Schmidt (1769–1807) və əczaçı olan anası Sophia Elenora Reinlein'ın (1778–1839) tək övladı idi. Atası 19 aprel 1807-ci ildə 37 yaşında vərəmdən vəfat edib. Onun anası maddi çətinliklər səbəbindən Heynrix Ballersted adındakı əczaçı ilə evləndi və onlar qərbi Prussiyanın Kulm şəhərində(indiki Polşa ərazisi) yerləşdilər.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Mark-Andre ter Ştegen
Mark-Andre ter Ştegen (alm. Marc-André ter Stegen; 30 aprel 1992[…], Mönxenqladbax, Şimali Reyn-Vestfaliya) — alman futbolçu. Almaniya millisinin və Barselona klubunun qapıçısı.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos-Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Massaçusets ştatı
Massaçusets (ing. Commonwealth of Massachusetts) — Amerika Birləşmiş Ştatlarının şimal-şərqindəki Yeni İngiltərə regionunda yerləşən ştat. Ştat şərqdən Atlantik Okeanı, cənubdan Konnektikut və Rod-Aylend, şimaldan Nyu-Hempşir və Vermont, qərbdən Nyu-York ştatı ilə əhatələnib. Paytaxtı Boston şəhəridir.
Meksika Birləşmiş Ştatları
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
Men ştatının səhrası
Men ştatının səhrası (ing. Desert of Maine) — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir. == Tarixi == 1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür.
Mersedes Ştiber
Mersedes Ştiber (4 sentyabr 1974, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Mikroneziya Federativ Ştatları
Mikroneziya Federativ Ştatları, bəzən yalnız Mikroneziya (ing. Federated States of Micronesia) — Yeni Qvineya sahillərinin şimalında, Karolin adalarında, Mikroneziyada yerləşən Okeaniyada dövlət. 3 noyabr 1986-cı ildən bəri rəsmi olaraq müstəqil olan bu ölkə ABŞ ilə sıx əlaqədə qalır (ABŞ ilə sərbəst birləşmə) və Amerikanın iqtisadi yardımından çox asılıdır. Assosiasiya Razılaşmasına əsasən, ABŞ-dən müdafiə və maliyyə subsidiyaları təmin etmək tələb olunur == Etimologiyası == Mikronezya adı — "kiçik ada" qədim yunan sözlərindən "mikro" — "kiçik" və "nesos" — "ada"-dan gəlir, sonu ümumiyyətlə ölkələrin və ərazilərin adları üçündür; okeanın bu hissəsindəki kiçik adaların motivasiyasındadır. 19-cu əsrin birinci yarısından bəri istifadə edilmişdir. == Coğrafiyası == Mikronezya Federativ Dövlətləri Mikroneziyada yer alır və Okeaniyanın şimal-qərb hissəsində, Karolin adaları arxipelaqında, 0 ilə 14 ° N arasındadır. ş. və 136 və 166 ° E. d., Havay adalarından təxminən 4.000 km cənub-qərbdə. Yalnız 40-ı böyük ölçüdə olan 607 kiçik adadan ibarət bir dövlətdir. 607 adadan 65-də yaşayış var.
Missisipi ştatı
Missisipi ştatı (ing. Mississippi) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cekson şəhəridir.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Müqəddəs Roma imperiyası – 19 aprel 1567, Yena, Müqəddəs Roma imperiyası) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. == Həyatı == 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.

"şt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şt nədir? #şt sözünün mənası #şt nə deməkdir? #şt sözünün izahı #şt sözünün yazılışı #şt necə yazılır? #şt sözünün düzgün yazılışı #şt leksik mənası #şt sözünün sinonimi #şt sözünün yaxın mənalı sözlər #şt sözünün əks mənası #şt sözünün etimologiyası #şt sözünün orfoqrafiyası #şt rusca #şt inglisça #şt fransızca #şt sözünün istifadəsi #sözlük