* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı. // Heyvan və insan bədəninin yumşaq hissəsi. Əti sümükdən ayırmaq. 2. Kəsilmiş heyvan bədəninin xörəyə işlənən qismi. Qoyun əti. Toyuq əti. Mal əti. Bişmiş ət. Çiy ət. – …Əti, çörəyi, qəndi bizə birə-iki qiymətə satırlar. C.Məmmədquluzadə. Ət almır, arvaddan küftə istəyir; Olmayanda tutur toy, bizim kişi. Aşıq Hüseyn. □ Ət baltası – ət doğramaq üçün balta. Ət daşı – üstündə ət döymək üçün bərk daş. Ət döymək – ətin sümüksüz qismini xırda-xırda doğramaq. Ət taxtası – üstündə ət döyülən və ya doğranan girdə və ya dördkünc qalın və bərk taxta. Ülfət yerdə oturub ət taxtasını təmizləyirdi. Mir Cəlal. 3. Bədən, vücud, əndam mənasında. Ətindən elə bil kəsdilər. Güllə ətə dəydi. – [Fərəc:] Bu ət, bu əndam mənim başıma lap bəla oldu. H.Arif. 4. Meyvənin qabığı altında olan yeməli yumşaq hissəsi. Almanın əti. Şaftalının əti. ◊ Ət asmaq – bişmək (qaynamaq) üçün əti qazanda od üstünə qoymaq. Ət basmaq – çox kökəlmək, ətlənmək. [Firidun] uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. M.İbrahimov. Ət gəlmək – bədənin yaralanmış yerinin üstü ətlə örtülmək, sağalmaq, yarası qapanmaq. Ət tökmək – çox arıqlamaq. Ətdən düşmək – arıqlamaq, zəifləmək. Ətdən qandan olmaq – çox arıqlamaq, zəifləmək. Ətə dönmək – süstləşmək, keyləşmək, atilləşmək, hərəkət edə bilməyəcək bir hala gəlmək. Ətə gəlmək – bir qədər kökəlmək. Ətə gətirmək – kökəltmək. Ətə cana (ətə-qana) dolmaq – bir qədər kökəlmək, yaxşılaşmaq, sağlamlaşmaq. …Səkinə otuz yaşına çatmışdı, ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. M.İbrahimov. [Tahir] son illərdə ətə-qana dolmuşdu. M.Hüseyn. Ətə-cana gəlmək – bax ətə-qana dolmaq. Nurəddin kəndə gələndən sonra, bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə kimi qızarmışdı. S.S.Axundov. İnsafsız qurd gülə-gülə; Dedi sevinə-sevinə: – Bu uşaqlar kökəlsinlər; Ətə-cana gəlsinlər. M.Dilbazi. Ətə-cana (ətə-qana) gətirmək – bir qədər kökəltmək, sağlamlaşdırmaq, canlandırmaq. Əti çimçişmək – 1) iyrənmək, çiyrənmək. [Əşrəfin] əti çimçişdi, bu rütubətli zirzəmidə qalmağı şəninə sığışdırmadı, ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. İ.Şıxlı; 2) ürpərmək. Yağışın suyu [Seymurun] boynuna, bədəninə süzüldü, əti çimçişdi. İ.Məlikzadə. Əti tökülmək – 1) arıqlamaq, zəifləmək; 2) xoşagəlməz bir iş, hərəkət və s. qarşısında özündə iyrənclik, xəcalət hissi duymaq. O danışanda adamın əti tökülür. Əti ürpərmək – qorxmaqdan, hürkməkdən və s. Hisslərdən tükləri qabarıb biz-biz durmaq, dəhşətə gəlmək. Həmzənin əti ürpərdi, vücudu titrəyib lərzəyə gəldi. Gözləri alaqara çaldı. Ə.Vəliyev. Ətimi (ətimizi) tökmə! – utandırma! xəcalət vermə! …İndi, bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər. Onlar bizim sözümüzü başa düşməyəcəklər və bizə belə cavab verəcəklər: “Sən allah, a kişi, ətimizi tökmə!” C.Məmmədquluzadə. Ətin tökülsün! – utan! xəcalət çək! həyan olsun! Ətini kəsmək (didmək) – çox əziyyət vermək, çox incitmək. [Əbdül:] Vallah, o qədər yanmışam ki, istəyirəm [Gülnisənin] ətini didəm. C.Cabbarlı. Fatı birdən ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov. Ətlə dırnaq arasına girmək – bir-birinə çox yaxın olan adamların işinə qarışmaq. Ətini şişə çəkmək – çox incitmək, çox əziyyət vermək. [Mahmud bəy:] Başına and olsun, əlimə düşə; Mən onun ətini çəkərəm şişə. S.Rüstəm. Bir köynək ət tökmək – bax köynək-köynək ət tökmək. Teymur saqi olmaq istəmədiyini deyənəcən bir köynək ət tökdü. M.Hüseyn. Köynək-köynək ət tökmək – son dərəcə utanmaq, xəcalət çəkmək. Əziz Gülsabahın eşqini soyuq səngərlərdə qönçə halında saxlayıb qaytardığını Bayram kişi biləndə köynəkköynək ət tökməli idi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / ət1 Dünya dillərinin çoxunda ət anlamını verən sözün mənası bədən deməkdir. Məsələn, latış dilindəki myaso (ruslara da latışlardan keçib) indi də bədən kimi başa düşülür. Bədən bizim söz deyil, ərəbcədir. Görünür, dilimizdə onun yerinə elə ət işlədilib. Bu sözün bir mənası da “yumşaq” olub. Sonuncu variant daha inandırıcıdır (yəqin ki, sümüklə müqayisə əsas götürülüb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ət2 I сущ. 1. мясо: 1) название мышечной ткани 2) туша, часть туши животных, употребляемые в пищу. Qızardılmış ət жареное мясо, bişmiş ət варёное мясо, döyülmüş ət рубленое мясо, yağlı ət жирное мясо, çiy ət сырое мясо, mal əti говяжье мясо (говядина), toyuq əti куриное мясо (курятина), qoyun əti баранье мясо (баранина), donuz əti свиное мясо (свинина), at əti конское мясо (конина), qaz əti гусиное мясо (гусятина), əti döymək рубить мясо 2. мякоть: 1) мягкая часть тела животного, человека. Güllə ətə dəyib пуля попала в мякоть 2) мягкая подкожная часть плодов, ягод, клубней. Şaftalının əti мякоть персика II прил. мясной. Ət iyi мясной запах, ət suyu мясной навар, бульон; ət dükanı мясная лавка, ət məhsulları мясные продукты, ət sənayesi мясная промышленность ◊ ət asmaq варить мясо; ət basıb kimi сильно поправился, заплыл жиром кто; üstünə ət gəlmək (yaranın) зарубцеваться, зажить; ət tökmək: 1. сильно похудеть; 2. сильно смущаться, смутиться; əti tökülmək: 1. похудеть; 2. чувствовать смущение, стеснение, стыд: ətimi(zi) tökmə(-yin) не смущай(-те) меня (нас); ətin tökülsün! хоть стыдись! Bir köynək ət tökmək сильно смущаться, смутиться (испытывать неловкость, замешательство), стыдиться; adamın əti tökülür уши вянут; ətdən düşmək похудеть, спадать, спасть с тела; ətə dönmək становиться, стать инертным, вялым; ətə gəlmək немного поправиться, ətə gətirmək kimi откармливать кого; ətim ürpəşdi волосы у меня дыбом стали; əti çimçişmək kimin брезговать, брезгать, испытывать отвращение; ətini kəsmək (didmək) kimin сильно мучить кого; ətini şişə çəkmək kimin подвергать, подвергнуть мучениям; ətlə dırnaq arasına girmək лезть, вмешиваться, вмешаться, соваться, сунуться в дела близких людей; əti ətindən, qanı qanından плоть от плоти, кровь от крови; ətini(mi) yesə də sümüyünü(mü) atmaz близкий человек в беде не бросит; ətini aşıq gönünü qaşıq eləmək kimin задавать перцу кому; ətini qiymə çəkmək kimin истязать, подвергать жестоким мучениям кого; əti dırnaqdan ayırmaq отделить, разлучить близких; ətini yeyib sümüyünə daraşmaq kimin терзать кого; əti dərisindən çıxmaq, əti dərisinə sığmamaq заплыть жиром
Azərbaycanca-rusca lüğət / ət1 I. i. 1. meat; flesh; qoyun ~i mutton; mal ~i beef; donuz ~i pork; toyuq / cücə ~i chicken meat; qaz ~i goose-flesh; quş ~i fowl-flesh; qaz ~i veal; cöngə / kələ ~i bull-beef; at ~i horse-flesh, horse-beef; ov ~i game; ağ ~ white meat; qırmızı ~ red meat; təzə ~ fresh meat; duzlanmış ~ curing meat, corned meat, corned beef; donmuş ~ frozen meat; çiy ~ raw meat, uncooked meat; suda bişmiş ~ boiled meat; qızardılmış ~ fried / roast meat; qrildə bişirilmiş ~ grilled meat; konservləşdirilmiş ~ tinned meat; canned meat amer.; hisdə qurudulmuş ~ hung-beef; bərk ~ tough meat; ◊ Nə ətdir, nə balıq Neither fish, nor flesh; Əti ətimdən, qanı qanımdan Bone of my bone, flesh of my flesh; doğranmış ~ chopped meat; döyülmüş / çəkilmiş ~ minced meat; ~i doğramaq to chop the meat; ~i döymək / çəkmək (maşında) to mince the meat; ~ bişirmək to boil / to cook meat; ◊ ~ basmaq (çox kökəlmək) to grow* stout; ~ə dolmaq to gain flesh, to put* on flesh / weight; ~ə-qana gətirmək to fatten (d.), to flesh (d.); ~ə dönmək: 1) (süstləşmək) to become* languid, to feel* slack, to be* flabby / flaccid; 2) (yumşalmaq) to soften, to become* soft; ~i tökülmək: 1) (arıqlamaq) to lose* flesh; 2) məc. (xəcalət çəkmək) to be* ashamed (of); ~i ürpəşmək to feel* creepy; to be* startled; ~i çimçəşmək to be* disgusted, to feel* disgust, to be* squeamish (about); ◊ köynəkköynək ~ tökmək to be* greatly ashamed (of); Ətin tökülsün! Shame on you! ~ini tökmək to lose* flesh; ~ə öyrətmək (şahini, ov itini) to flesh (d.); ~ ilə qidalanmaq to live on flesh; Canavarlar ət ilə qidalanırlarWolves live on flesh; 2. (meyvədə) pulp, flesh II. s. meat, flesh, beef; ~ suyu beef-tea; broth; ~ xörəyi meat; ~ təhvili / tədarükü meat supply, meat purveyance
Azərbaycanca-ingiliscə lüğət / ət1 is. 1) viande f ; qoyun ~i viande de mouton, du mouton ; mal ~i viande de bœuf, du bœuf ; donuz ~i viande de porc, du porc ; toyuq ~i du poulet m, viande de poulet ; təzə ~ viande fraîche ◊ Nə ~dir, nə balıq ni chair, ni poisson ; ~ basmaq engraisser vi ; ~i tökülmək maigrir vi, devenir vi (ê) maigre ; məc. avoir honte (xəcalət çəkmək) ; ~in tökülsün! Aie honte! Quelle honte! C’est honteux!
Azərbaycanca-fransızca lüğət / ət1 сущ. 1. як; qoyun əti хпен як; // якӀун; ət xörəyi якӀун къафун; 2. беден, жендек, тан манада; 3. як (емишдин чкал, цил квачиз недай хъуьтуьл пай); ətli zoğal як алай (ири) чумал; ** ət asmaq як эцигун, чурун (ругун) патал къажгъандиз як вегьена къулал эцигун; ət basmaq якӀу кьун, як акьалтун, гзаф куьк хьун; ət gəlmək як хтун, як ахкьалтун, бедендин хер хьайи чка як хтана кӀев хъхьун, сагъ хъхьун; ət tökmək як вегьин, гзаф яхун хьун; ətdən düşmək якӀяй аватун, яхун хьун, зайиф хьун; ətə dönmək як хьиз хьун, суст хьун, тентес хьун, элецӀун, юза тежер гьалдиз атун; ətə gəlmək якӀуз атун, са кьадар куьк хьун, дири хьун; ətə gətirmək якӀуз гъун, дири авун, куькарун; ətə-cəna (ətə-qana) dolmaq якӀа-чӀарчӀе гьатун, якӀуз-чӀарчӀиз атун, са кьадар куьк хьун, хъсан хьун, гумрагь хьун, сагълам хьун; ətə-cana gəlmək кил. ətə-qana dolmaq; ətə-cana (ətə-qana) gətirmək якӀуз-чӀарчӀиз гъун, са кьадар куькарун, дири авун, гумрагьарун, сагъламарун; əti çimçişmək а) зурзун алахьун, дакӀан хьун, дакӀан атун; б) якӀуз цак акъатун, чӀарар цаз-цаз хьун; əti tökülmək а) якӀяй аватун, яхун хьун, зайиф хьун; б) як вегьин, хушуниз текъвер са кардин, амалдин ва мс. вилик дакӀанвилин, хажалатдин гьиссери кьун; əti ürpərmək якӀуз цак акъатун, чӀарар цаз-цаз акъвазун (кичӀевиляй ва мс.); ətimi (ətimizi) tökmə! заз (чаз) регъуь ийимир! хажалат гумир! манада; ətin tökülsün! чин алатуй ви! регъуь хьухь! хажалат чӀугу!; ətini kəsmək (didmək) як атӀун (як чакъвалай авун), гзаф азиятар гун, гзаф инжиклу авун; ətlə-dırnaq arasına girmək якӀунни кикен арада гьахьун, са-садаз гзаф мукьва тир инсанрин крарик акахьун; ətini şişə çəkmək як шишинал гьалсун, гзаф инжиклу авун, гзаф азиятар гун; bir köynək ət tökmək кил. köynək-köynək ət tökmək; köynək-köynək ət tökmək якӀар вегьин, гзаф регъуь хьун, хажалат чӀугун.
Azərbaycanca-ləzgicə lüğəti / ət