* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 is. 1. Camaat, xalq, adamlar. El üçün ağlayan gözsüz qalar. (Ata. sözü). Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir. Fələyin cəbrindən, el tənəsindən; Dərdim artıb bir ümmana dönübdür. Aşıq Ələsgər. Bildir bu zaman idi. El məscidə yığılmışdı. Mir Cəlal. □ El anası, el atası – elin başçısı, hamının qayğısını çəkən, dərdinə şərik olan, işinə yarayan, xeyir-şərində iştirak edən adam. [Mirzə Heydər:] A başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə bir el anasıyam, sən çağırırsan, sənin işini görürəm, bu çağırır, gəlib onun işini görürəm. Ə.Haqverdiyev. Həsən hamının dadına çatır, hamının xeyrini-şərini görür. Həsən el atasıdır. S.Rəhman. El ədəbiyyatı – şifahi xalq ədəbiyyatı, folklor. Bu sarsıntılıq, bu qatışıqlıq el ədəbiyyatında gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında bir qədər boşluq vücuda gətirmişdi. C.Cabbarlı. Yazılı klassik ədəbiyyatla bərabər, Azərbaycan dilində zəngin el ədəbiyyatı yaranır. M.İbrahimov. El oğlu, el qızı – bir eldən olan, həmvətən, həmyerli (bəzən müraciət məqamında işlənir). El oğlum, yadımdadır o dəmlər indikitək; Bağdakı uşaqlara, bir söz, ürəkdin, ürək. S.Rüstəm. Gözümün önündə canlanır hər an; Yolların yorğunu o qəmgin qarı; Bir də el oğlumun qərib məzarı. M.Rahim. [Sevinc:] Sən səhv edirsən, Mahmud! Mən bu gün sənin üçün bir el qızı yox, bir məktəb yoldaşıyam. Z.Xəlil. El yardım komitəsi – 1917-ci il inqilabının ilk illərində ayrı-ayrı kəndlərdə, qəzalarda yoxsul kəndlilərə kömək etmək məqsədi ilə təşkil edilən komitə. Bir tərəfdən, özünün yorulmaq bilmədən çalışması, digər tərəfdən, el yardım komitəsinin və başqa kənd təşkilatlarının maddi və mənəvi yardımı ilə Bəxtiyar özünə kəndin kənarında bir evcik düzəltmişdi. S.Hüseyn. El yolu – işlək, böyük yol, gediş-gəliş çox olan yol. El yolunun altında maşın dayandı. Ə.Vəliyev. 2. Ölkə, məmləkət, vilayət. Sağ gedəsən ulusuna, elinə; Misri qılınc bağladaram belinə. “Koroğlu”. Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. F.Köçərli. [Səlim:] Gəzdim, dolaşdım, uğradım hər elə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid. □ Eldən-elə – bir eldən o biri elə, elbəel. Eldən-elə gəzmək. – [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”. 3. Tayfa, qəbilə. Mən də ata və ana tərəfindən Müqəddəm elindənəm. M.F.Axundzadə. Deyirlər ki, qədim zamanlarda bu torpaqda bir el yaşarmış. M.İbrahimov. ◊ Elin dilinə salmaq (düşmək) – dillərə salmaq.
Azərbaycan dilinin izahlı lüğəti / el1 Bu söz “tayfaların birləşərək ittifaq yaratması” anlamını əks etdirib. Qəbilələr (boylar) tayfa (olmaq), tayfalar isə el şəklində birləşib və xalq anlayışını əmələ gətirib. Xalq ərəb sözüdür, el isə özümüzündür, onun sinonimidir. İlişmək (birləşmək, bağlanmaq, əlaqə) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / el2 1 сущ. название буквы “L” (“Л”) 2 I сущ. 1. люди, народ. El qüdrəti могущество, сила народа 2. страна, край. Uzaq ellər далёкие страны, bizim ellərdə в наших краях II прил. народный, всенародный. El adəti народный обычай, el bayramı народный праздник, el sənəti народное творчество, el havaları народные налевы (ритмы), el nəğməkarı народный певец, el aşığı народный ашуг, el sərvəti всенародное достояние, народные богатства; qürbət ellər чужбина, el məsəli пословица, el içində в народе ◊ el atan daşı qalxızmaq olmaz камень, что народ бросил, не подымешь; el ilə gələn qara gün toy-bayramdır вместе с народом и черный день – праздник; на миру и смерть красна; el gücü, sel gücü сила народа – сила потока; сообща можно горы свернуть; palaza bürün, el ilə sürün в палас завернись, с народом тащись (делай, поступай, как все); eli ayrı, köçü ayrı kimin хата с краю чья; el yatar, ac yatmaz голодному и ночью не спится; el bir olsa dağı yerindən oynadar сообща можно горы свернуть; el içində ol, el içində öl с народом живи, с народом умри
Azərbaycanca-rusca lüğət / el1 i. 1. people, nation; 2. country, land; uzaq ~lər faraway countries; bizim ~lərdə in our part of the world
Azərbaycanca-ingiliscə lüğət / el1 is. 1) peuple m, hommes m pl, gens m pl, monde m ; 2) pays m, parage m, état m, nation f, région f, village m ; uzaq ~lər les pays lointains ; bizim ~lərdə dans nos parages fam
Azərbaycanca-fransızca lüğət / el1 эл (1. жемят, халкь, инсанар; el üçün ağlayan gözsüz qalar. Ata. sözü элдихъ шехьай вилер буьркьуь жеда; // элдин; el anası (atası) элдин диде, элдин буба (элдин кьиле авайди (чӀехиди), виридан къайгъуда амукьдай, дердериз шерик жедай, хийир-шийирдиз виже къведай кас); el oğlu (qızı) элдин хва, элдин руш (са элдикай, халкьдикай, ватандай, чкадай тирди); el yardım komitəsi элдиз куьмекдай комитет (1917 йисан революциядин сифте йисара ччара-ччара хуьрера, уездра кесиб лежберриз куьмек авун патал тешкил хьайи комитет); el yolu элдин рехъ, эл фидай чӀехи рехъ, шегьре рехъ, элдин кӀвачик квай рехъ, фин-хтун гзаф авай рехъ; 2. уьлкве, мемлекат, вилаят; // eldən-elə и уьлкведай а уьлкведиз, са уьлкведай маса уьлкведиз физ, элба-эл (мес. къекъуьн); 3. тайифа, къебила); ** elin dilinə salmaq (düşmək) элдин сиве ттун (гьатун), мецера ттун (гьатун).
Azərbaycanca-ləzgicə lüğəti / el