Elcan sözü azərbaycan dilində

Elcan

Yazılış

  • Elcan • 97.7444%
  • elcan • 1.7544%
  • ELCAN • 0.5013%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elcan
Elcan — kişi adı.
Elcan Abbasov
Elcan Əfsəddin oğlu Abbasov (23 sentyabr 2000, Mingəçevir – 21 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Abbasov 23 sentyabr 2000-ci ildə Mingəçevir rayonunda doğulub.2007-2017-ci illərdə Mingeçevirdə təhsil almışdır.Uşaq yaşlarında güləşlə məşğul olmuşdur. == Hərbi xidməti == Elcan Abbasov təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Elcan Abbasov 2020-ci il noyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Elcan Abbasov oktyabrın 21-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Elcan Bayramov
Elcan Qoşqar oğlu Bayramov (3 avqust 2001, Xanlar rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Bayramov 3 avqust 2001-ci ildə Göygöl rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Elcan Bayramov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Bayramov 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Bayramov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Cəlilov
Elcan Famil oğlu Cəlilov (26 fevral 1996, Tovuz rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Cəlilov 1996-ci il fevralın 26-da Tovuz rayonunda anadan olub. 2003-2014-cü illərdə A. Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elcan Cəlilov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elcan Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elcan Cəlilov noyabrın 7-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Muradov
Elcan Eldəniz oğlu Muradov (3 iyul 2001; Gəncə, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Muradov 3 iyul 2001-ci ildə Gəncə şəhərində Eldəniz Muradovun ailəsində anadan olmuşdur. 2007-2017-ci illərdə Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elcan Muradov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Muradov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə nəşi neytral zonadan götürülərək Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elcan Məmmədov
Elcan Zöhrab oğlu Məmmədov (9 avqust 1989, Mirbəşir rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində Zöhrab və Sahilə Məmmədovların ailəsində anadan olub. 1996–2007-ci illərdə Sabunçu rayonunda N. Rzayev adına 169 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007–2010-cu illərdə isə Azərbaycan Texniki Universitetində "Maşınqayırma" üzrə ali təhsil alıb. Gülnarə Məmmədov ilə ailəli idi. Ayan adında bir qızı və Ramal adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elcan Məmmədov 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra o, 2018-ci ildə Silahlı Qüvvələrin TTM-də üçaylıq təlimlərdə oldu və "leytenant" hərbi rütbəsi aldı. 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2020-ci ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Elcan Məmmədov 2020-ci ilin 12 – 15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.
Elcan Namazov
Elcan Hisayyət oğlu Namazov (1 iyun 1997, Dəmirçilər, Qazax rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2003-2014-cü illərdə E. Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elcan Namazov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Namazov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Namazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Rəhimli
Elcan Ədalət oğlu Rəhimli (26 avqust 1992; Alpout, Bərdə, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Rəhimli 1992-ci ildə Bərdə rayonunda dünyaya gəlib. Məktəbi bitirdikdən sonra 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elcan Rəhimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Bərdədə dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (5. noyabr 2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Elcan Rəhimov
Elcan Rəhim oğlu Rəhimov (6 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Kəpəz === Rəhimov Kəpəz akademiyası vasitəsilə inkişaf etmişdir. Rəhimov əsas komanda ilə debütünü 30 oktyabr 2016-cı ildə etmişdir. O, 80-ci dəqiqədə Zirə klubu ilə qarşılaşmada Tural Qürbətovu əvəz etmişdir. Həmin görüşdə Kəpəz Azərbaycan Premyer Liqası görüşündə Zirəyə 2-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Saatlı rayonunda anadan olub 1992-ci ildə birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Sadıq Elcanlı
Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru. == Həyatı == Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi "Atikva" ümid deməkdir (film, 1994) Avşarlar (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir ömrün xatirəsi (film, 2007) Böyük ömrün davamı (film, 2007) Dahi qurucu (film, 2009) Dünya bir pəncərədir (veriliş, 2007) Etnoqrafik etüdlər (film, 1996) Ey, Vətən! (film, 1995) Əbədi zirvə (film, 1998) Əbədiyyət ünvanı (film, 2004) Güllələnmiş heykəllər (film, 2002) Hacı Arif (film, 1995) Heydər Əliyev və Azərbaycan dili (film, 1997) Xilaskar. I film (film, 2003) Xilaskar. II film (film, 2003) İşğal (film, 1994) Kamil (film, 1997) Qanlı Bakı (film, 1994) Qisas günü (film, 1993) Qobustan (film, 1997) Mətbuat fədaisi (film, 2007) Novruz (film, 1995) Olacağa çarə yoxdur (film, 2003) Pirə qayıdan yol (film, 1994) Səhnəmizin Yaşarı (film, 1996) Səni axtarırıq...

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.42 dəfə / 1 mln.
2005 ••••• 0.67
2006 •• 0.23
2007 •••••• 0.85
2008 •••• 0.49
2009 •••••••••••••••••••• 2.88
2010 ••••••••••••• 1.82
2011 ••••••••••••••• 2.06
2012 ••••••••••••••• 2.15
2013 ••••• 0.58
2014 •••••••• 1.03
2015 •••• 0.51
2016 •••• 0.52
2017 •••••••••••• 1.63
2018 •••••••••••••• 1.95
2019 ••••••••••••• 1.81
2020 •••••••••••• 1.72

elcan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

elin canı, elin qəlbi; elini sevən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"elcan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elcan nədir? #elcan sözünün mənası #elcan nə deməkdir? #elcan sözünün izahı #elcan sözünün yazılışı #elcan necə yazılır? #elcan sözünün düzgün yazılışı #elcan leksik mənası #elcan sözünün sinonimi #elcan sözünün yaxın mənalı sözlər #elcan sözünün əks mənası #elcan sözünün etimologiyası #elcan sözünün orfoqrafiyası #elcan rusca #elcan inglisça #elcan fransızca #elcan sözünün istifadəsi #sözlük