* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Dialektlərdə işlənir, rus dilindəki лежать (uzanmaq) sözü ilə bağlıdır (çarpayı yerinə lejanka da deyirlər). Bizdə məna dəyişib “bolluq” anlamında işlədilir. Başqa yozuma görə şülən sözünün dəyişilmiş formasıdır. Birinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / lejan(Cəbrayıl, Çənbərək, Gədəbəy, Qafan, Tovuz, Zaqatala) bol, çox. – Bu il bizim armudumuz lejandı (Qafan); – Qartof Cıfıxlıda lejandı (Çənbərək); – Yiməh-işməx’ lejanıdı qonaxlıxda dünənnəri (Gədəbəy); – Qavaxlar buralarda qarağat lejan olardı (Cəbrayıl) Lejan eləməx’ (Xanlar) – talan etmək, talamaq. – Hasanın malını lejan elədilər. Lejan çəx’məx (Gəncə) – paylamaq. – Bir tağar buğduyu xalxa lejan çəx’dix’
Azərbaycan dilinin dialektoloji lüğəti.